İkinci Qarabağ müharibəsi - əsas hadisələrin xronologiyası

Əsgər

Şəklin mənbəyi,TASS/Getty Images

Şəklin alt yazısı,Şuşa şəhəri 8 noyabrda işğaldan azad edilib

Azərbaycan və Ermənistan arasında 27 sentyabrda başlayan müharibə 44 gün davam edib. Bu müddət ərzində üç dəfə humanitar atəşkəs elan edilib. Lakin o hər dəfə pozulub.

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış bəyanata görə, 10 noyabrda Qarabağda döyüşlər dayandırılıb və atəşkəs barədə razılığa gəlinib.

Hazırda Rusiya sülhməramlıları Qarabağdadır. Onlar 5 il müddətinə orada qalacaqlar.

Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək.

BBC News Azərbaycanca İkinci Qarabağ müharibəsi kimi adlandırılan döyüşlərə dair əsas hadisələrin xronologiyasını hazırlayıb.

İkinci Qarabağ müharibəsi - xronologiya

Həm Azərbaycan, həm Ermənistan cəbhədə hərbi əməliyyatların başlamasını elan edib. Ermənistan hərbi səfərbərlik elan edib. Azərbaycan isə qismən səfərbərlik elan edib.

Ermənistan Xankəndinin atəşə tutulduğunu bildirib.

View on Twitter

Azərbaycan: Ermənistanın atəşləri nəticəsində 10 mülki şəxs ölüb, 30 nəfər yaralanıb.

View on Twitter

Suqovuşan (keçmiş adı ilə - Madagiz) su anbarı və Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndləri azad edilib.

View on Twitter

Gəncə, Mingəçevir, Xızı, Abşeron, Füzuli, Tərtər və Cəbrayıl şəhərləri raket atəşinə tutulub. Cəbrayıl şəhəri və rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri azad olunub.

Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəklik azad olunub.

Bərdə şəhərinə raket atılıb.

Çinarlı (Hadrut) qəsəbəsi və Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı, Sur kəndləri azad olunub.

Ermənistan döyüşlərdə 376 hərbçisini itirdiyini elan edib.

Moskvada Birinci humanitar atəşkəs razılaşması imzalanıb.

Gəncə şəhərinə gecə raket atılıb
Gəncə şəhərinə gecə raket atılıbMənbə Getty Images

Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri azad olunub.

Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri azad olunub.

Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri azad olunub.

Füzuli şəhəri və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri azad olunub.

Ermənistan Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə raket hücumu edib.

İkinci humanitar atəşkəs razılaşması imzalanıb.

Tarixi Xudafərin körpüsü azad olunub.

Tarixi Xudafərin körpüsü azad olunub
Tarixi Xudafərin körpüsü azad olunubMənbə Azertag

Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad olunub.

Zəngilan şəhəri və Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri azad olunub.

Zəngilan rayonunun Mincivan qəsəbəsi və Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndləri azad olunub.

Zəngilanın Ağbənd qəsəbəsi və Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri azad olunub.

Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına taktiki-operativ raket atılıb.

Xocavənd rayonunun Dolanar, Bünyadlı Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli Zəngilan rayonunun Vənədli, Mirzəhəsənli Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri azad olunub.

Human Rights Watch Azərbaycanın Dağlıq Qarabağda qadağan olunmuş klaster bombasından istifadə etdiyini deyib.

Xankəndidə (Stepanakert) klaster bombalarının atıldığı iddia olunan yerlər
Xankəndidə (Stepanakert) klaster bombalarının atıldığı iddia olunan yerlərMənbə Human Rights Watch

Qubadlı şəhəri və Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri azad olunub.

Washingtonda üçüncü humanitar atəşkəs razılaşdırılıb.

Ermənistanın Azərbaycanın Bərdə şəhərinə artileriya hücumu nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndləri azad olunub.

Ermənistanın Azərbaycanın Bərdə şəhərinə raket hücumu nəticəsində 21 nəfər ölüb, 40 nəfər yaralanıb.

Amnesty International Ermənistanın Bərdəyə hücumda qadağan olunmuş klaster bombasından istifadə etdiyini deyib.

Bərdəyə atıldığı iddia olunan klaster bombalarının hissələri
Bərdəyə atıldığı iddia olunan klaster bombalarının hissələriMənbə Getty Images

Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri azad olunub.

Human Rights Watch Ermənistanın Bərdəyə hücumda qadağan olunmuş klaster bombasından istifadə etdiyini deyib.

Bərdəyə atılan “Smerç” raketinin qalıqları
Bərdəyə atılan “Smerç” raketinin qalıqlarıMənbə Human Rights Watch

Atəşkəs pozulandan sonra Ermənistan Rusiyadan kömək istəyib.

Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri azad olunub.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Michelle Bachelet Ermənistanı və Azərbaycanı mülki ərazilərə, məktəblərə və xəstəxanalara hücumları dayandırmağa çağırıb.

Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri azad olunub.

Sərhədsiz Reportyorlar Təşkilatı BMT-ni, Avropa Şurasını və Azərbaycanı Xankəndidə qalmış 80 nəfər yerli və xarici jurnalist daxil olmaqla mülki şəxslərin təxliyyəsinə icazə verilməsinə çağırıb.

Xankəndidə (Stepanakert) müharibədə həlak olanların qəbirləri arasında gəzən sakinlər
Xankəndidə (Stepanakert) müharibədə həlak olanların qəbirləri arasında gəzən sakinlərMənbə REUTERS

Ermənistan Azərbaycanın artileriya hücumu nəticəsində Xankəndidə 3 mülki şəxsin öldüyünü deyib.

Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndləri azad olunub.

Şuşa şəhəri işğaldan azad olunub.

Dağlıq Qarabağda separatçılar Şuşa şəhərinə nəzarəti itirdiklərini etiraf ediblər. Onlar bildirib ki, Azərbaycan Ordusu Xankəndinin astanasındadır.

Vahram Poghosyanın facebook yazısından ekran görüntüsü
Vahram Poghosyanın facebook yazısından ekran görüntüsüMənbə Vahram Poghosyan

Bartaz qəsəbəsi və 8 yüksəklik, eləcə də Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndləri azad olunub.

Ermənistan, Azərbaycan və Rusiya Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə bəyanat imzalayıb.

Atəşkəs razılaşmasına görə Ağdam, Kəlbəcər, Laçın rayonları dekabrın 1-dək Azərbaycan qaytarılır. Ermənistan qoşunları Qarabağdan çıxır və ora Rusiya sülhməramlıları daxil olur.

Azərbaycan əsgərləri Ağdam şəhərinə girirlər.

View on Twitter

Ağdam rayonunun Azərbaycana geri qaytarılması rəsmən baş tutur.

Kəlbəcər rayonu Azərabaycana geri qaytarıldı.

View on Twitter

Laçın rayonu Azərabaycana qaytarıldı.

Prezident İlham Əliyev izah edib ki, Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin parametrləri müəyyən edildikdən sonra Laçın şəhəri Azərbaycana qaytarılacaq. Dağlıq Qarabağı Ermənistanla əlaqələndirən yol Laçın şəhərinin içindən keçir.

View on Twitter

Ermənistanda itaətsizlik aksiyaları başlayıb. Müxalif siyasi qüvvələr Yerevanda şəhərdaxili yolları bağlayaraq Baş nazir Nikol Paşinyanın istefasını istəyiblər. Nikol Paşinyana və onun hökumətinə qarşı etirazlar onun Azərbaycan və Rusiya ilə Dağlıq Qarabağda atəşkəs haqqında razılaşma sənədi imzalanmasından sonra başlayıb.

Azərbaycan Zəfər Paradı keçirib. Paradda Türkiyənin Prezidenti Recep Tayyip Erdoğan və Türkiyə hərbçiləri iştirak ediblər.

Müharibəyə dair xəbərlər saytımızda,canlı rejimdə yenilənir.