Movatterモバイル変換


[0]ホーム

URL:


Wayback Machine
DecJANFeb
31
200720082009
success
fail
COLLECTED BY
Organization:Alexa Crawls
Starting in 1996,Alexa Internet has been donating their crawl data to the Internet Archive. Flowing in every day, these data are added to theWayback Machine after an embargo period.
Collection:51_crawl
this data is currently not publicly accessible.
TIMESTAMPS
loading
The Wayback Machine - https://web.archive.org/web/20080131232356/http://www.itv.az:80/



 

 


 ƏSAS SƏHİFƏ
 
 
 
 
  HAQQIMIZDA
 
 
 
 
  VERİLİŞLƏR
 
 
 
 
 
 
 
 
 
  RƏSMİ SƏNƏDLƏR
 
 
 
 
 REKLAM
 MƏTBUATDAN
 ƏLAQƏ

« Yanvar 2008
BeÇaÇrCaSbBz
 1234
6
1213
181920
2627
31 
« Dekabr 2007
BeÇaÇrCaSbBz
 12
5
89
1516
20212223
31 

 

| | | | | | |
GÜNDƏM


«Avroviziya-2008»də Azərbaycanı təmsil edəcək iştirakçının adı fevralın 2-də məlum olacaq

İsmayıl ÖMƏROV: «Əminəm ki, münsiflər heyətinin seçdiyi namizəd Azərbaycanı mötəbər yarışmada layiqincə təmsil edəcək»
Yanvarın 24-də «Avroviziya-2008»-Azərbaycan Təşkilat Komitəsinin sədri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov kütləvi informasiya vasitələri nümayəndələri üçün geniş mətbuat konfransı keçirdi.
«Avroviziya-2008»ə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verən İ.Ömərov Azərbaycanın tanınmış sənət adamlarından və incəsənət xadimlərindən formalaşdırılmış Milli Münsiflər heyətinin 40-dan çox müğənnini dinlədiyini və onların sırasından 3 nəfərin seçildiyini söylədi.|ətraflı oxu >>

ÖTƏN GÜN PREZİDENT İLHAM ƏLİYEV İSVEÇRƏDƏN VƏTƏNƏ QAYIDIB

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, dövlət başçısı bu ölkənin Davos şəhərində Dünya İqstisadi Formu çərçivəsində keçirlən enerji sammitində iştirak edib. Prezident İlham Əliyevin Davosda dünyanın bir çox ölkələrinin dövlət və hökumət rəhbərləri, nüfuzlu işguzar dairələrinin nümayəndələrin ilə çoxsaylı ikitərəfli görüşləri olub.|ətraflı oxu >>
ROBERT VEKSLER: “907-Cİ DÜZƏLİŞİN TƏTBİQİ MÜVƏQQƏTİ DAYANDIRILSA DA, BU QANUNA YENİDƏN BAXILMALIDIR”

Azərbaycanda bu yaxınlarda səfərdə olmuş Amerika Konqresi Nümayəndələr Palatasında Beynəlxalq Əlaqələr Komitəsinin Avropa üzrə alt komitəsinin sədri, demokrat konqresmen Robert Veksler bildirib ki,|ətraflı oxu >>
BU GÜN TÜRKİYƏDƏ ASİYADA QARŞILIQLI FƏALİYYƏT VƏ ETİMAD TƏDBİRLƏRİ ÜZRƏ MÜŞAVİRƏ EKSPERTLƏRİNİN GÖRÜŞÜ İŞƏ BAŞLAYACAQ

Bu gün Türkiyənin paytaxtı Ankarada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə ekspertlərinin görüşü işə başlayacaq. Tədbirdə Azərbaycanın Xarici İşlər, Müdafiə və Daxili İşlər Nazirlikləri,|ətraflı oxu >>
ERMƏNİSTAN ORDUSUNUN BÖLMƏLƏRİ ATƏŞKƏSİ YENİDƏN POZDU

Ermənistan ordusunun bölmələri ötən gün Qazax rayonunun Bağanis-Ayrım kəndindən, Tovuz rayonunun Ağdam və Koxa Nəbi kəndləri yaxınlığında yerləşən mövqelərdən, bu gün isə Füzuli rayonunun Qaraxanbəyli və Qərvənd kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini|ətraflı oxu >>
AZƏRBAYCAN ƏRAZİSİNDƏ ÖTƏN GÜNDƏN YAĞMAĞA BAŞLAYAN QAR BƏZİ BÖLGƏLƏRDƏ PROBLEMLƏR YARADIB

Bölgə müxbirimizin rayon mərkəzi hidrometeorologiya müəssisəsinə istinadən verdiyi məlumata görə, Quba, Qusar və Xaçmaz rayonlarında temperatur göstəriciləri 8 dərəcə aşağı düşüb. Burada yağan qarın hündürlüyü 7 sm-ə çatır.|ətraflı oxu >>
ABŞ-IN ƏFQANISTANLA BAĞLI YENİ HESABATI QALMAQALA SƏBƏB OLA BİLƏR

Belə ki, Amerika Atlantik şurasının hazırladığı və bu axşam Konqresə təqdim edəcəyi 2 hesabatda lazımi tədbirlərin görülməyəcəyi təqdirdə Əfqanıstanın yer üzündən silinəcəyi öz əksini tapıb. Hesabatda təhlükəsizliyin gücləndirilməsi,|ətraflı oxu >>
GÜRCÜSTAN PARLAMENTİ YENİ HÖKUMƏTİN TƏRKİBİNİ MÜƏYYƏNLƏŞDİRƏCƏK

Gürcüstan parlamenti növbədənkənar iclasında yeni Nazirlər Kabinetinin siyahısını təsdiqləyəcək. Prezident Mixail Saakaşvilinin sərəncamı əsasında Lado Qurqenidze tərəfindən formalaşdırılan hökumətin tərkibində ədliyyə, təhsil, iqtisadiyyat nazirləri,|ətraflı oxu >>
İTALİYA YENİ HÖKUMƏTİN FORMALAŞDIRILMASINA HAZIRLAŞIR

İtaliya prezidenti Corcio Napolitano apardığı məsləhətləşmələrdən sonra Senat sədri Franko Mariniyə müvəqqəti keçid hökumətini formalaşdırmağı tapşırıb. İtaliya prezidentinin bu qərarı siyasi böhrandan çıxmaq və seçki qanunvericiliyində islahatlar aparmaq məqsədi daşıyır.|ətraflı oxu >>
FRANSANIN «AİRFRANS» AVİAŞİRKƏTİNİN ƏMƏKDAŞLARI TƏTİL KEÇİRİR

Fransanın «Eyr frans» aviaşirkətinin əməkdaşları yenidən tətilə başlayıb. Həmkarlar ittifaqlarının rəsmi dairələrlə apardığı danışıqların nəticəsiz başa çatmasından sonra yenidən tətilə başlayan aeroport işçilərinin tələbi dəyişilməyib. Əmək sisteminin dəyişdirilməsini və əməkhaqqının artırılmasını tələb edən hava limanı əməkdaşları|ətraflı oxu >>
AMERİKAN “AİRLAYNS” AVİAŞİRKƏTİNƏ MƏXSUS TƏYYARƏ FLORİDA ŞTATINDA QƏZA ENİŞİ ETMƏLİ OLUB

Puerto-Rikodan Filadelfiyaya uçan təyyarənin enişi zamanı 6 nəfər xəsarət alıb. Hadisəyə pilot kabinəsində tüstü qalxması səbəb olub. Palm-biç hava limanında yerə enən təyarənin pilot kabinəsinin pəncərələri içəridəki tüstünü çölə çıxarmaq məqsədilə sındırılıb.|ətraflı oxu >>
ELNUR HÜSEYNOV, AYNUR İSGƏNDƏRLİ VƏ «UNFORMAL» QRUPU MÜSABİQƏYƏ CİDDİ HAZIRLAŞIR

Ukraynalı mütəxəssislər qrupunun rəhbəri: «Avroviziya-2008»də Azərbaycanı təmsil edəcək namizədlər istedadlı və çalışqandır»
«Avroviziya-2008» müsabiqəsinə Azərbaycandan iddialı olan namizədlər artıq 10 gündür ki Kiyevdədir.|ətraflı oxu >>
İSLAM KONFRANSI TƏŞKİLATI PARLAMENT İTTİFAQININ VII KONFRANSI KEÇİRİLİR

Qahirədə İslam Konfransı Təşkilatı Parlament İttifaqının VII konfransı keçirilir. Konfransda iştirak etmək üçün Milli Məclisin nümayəndə heyəti artıq Qahirədədir.|ətraflı oxu >>
ABŞ-DA YENİ SİYASİ QALMAQAL YARANIB

Amerika Birləşmiş Ştatlarında yeni siyasi qalmaqal yaranıb. Dövlət departamentinin rəsmi nümayəndəsi Şon Makkormak BMT-dəki daimi nümayəndələri Zalmay Xəlilzadın Davos İqtisadi Formunda icazəsiz iranlı həmkarları ilə görüşdüyünü açıqlayıb.|ətraflı oxu >>
OKRUAŞVİLİ AZADLIĞA BURAXILIR

Fransa məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvilinin cərimə ödəyərək, azadlığa buraxılması barədə qərar çıxarıb. Bu barədə məlumat verən sabiq nazirin vəkili İrakli Okruaşvilinin azad olunması müqabilində nə qədər məbləğ ödəndiyini isə açıqlamayıb.|ətraflı oxu >>
FEVRALDA KOSOVANIN MÜSTƏQİLLİYİ ELAN EDİLƏ BİLƏR

Serbiya Demokratik Partiyasının rəhbəri Voislav Koştunitsa prezident seçkilərində Tomislav Nikoliçin qalib gələcəyi təqdirdə Kosovanın fevral ayında müstəqilliyini elan edəcəyini bildirib. Amma Voislav Koştunitsa əvvəlki prezident Boris Tadiçi də dəstəkləməyib.|ətraflı oxu >>
ÇİNDƏ ƏLVERİŞSİZ HAVA ŞƏRAİTİ ÖLKƏYƏ 4,5 MİLYARD DOLLAR ZİYAN VURUB

Çində davam edən əlverişsiz hava şəraiti ölkəyə 4,5 milyard dollar ziyan vurub. Bu barədə rəsmi açıqlama verən dövlət komitəsi bildirib ki, 2008-ci ilin yanvarın ortalarından ölkədə tüğyan edən təbii fəlakətlər nəticəsində artıq 38 nəfər həlak olub,|ətraflı oxu >>
PERUNUN HƏRBİ QÜVVƏLƏRİNƏ MƏXSUS TANKER BATIB

Perunun hərbi dəniz qüvvələrinə məxsus «Supe» adlı tankeri Amerikanın neftemalı platforması yaxınlığında batıb. Qəzaya tankerdə bir neçə dəfə ardıcıl baş verən partlayışlar səbəb olub. Rəsmi açıqlamaya əsasən tankerin göyərtəsində 3 partlayış baş verib. Nəticədə gəminin 15 nəfər heyət üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.|ətraflı oxu >>
MİLLİ MƏCLİSİN YAZ SESSİYASI FEVRALIN 1-DƏ BAŞLAYACAQ

Bahar MURADOVA: «Sessiyanın qanunvericilik işləri planına 20-yə yaxın qanun layihəsi daxil edilib»
Parlamentin yaz sessiyasının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Milli Məclisin sədr müavini Bahar Muradova qanunverici orqanın ötən ilki fəaliyyətini yüksək qiymətləndirərək,|ətraflı oxu >>
AZƏRBAYCANLI MƏCBURİ KÖÇKÜNLƏR TƏRƏFİNDƏN AVROPA MƏHKƏMƏSİNƏ 1000-DƏN ÇOX ŞİKAYƏT GÖNDƏRİLİB

Çingiz ƏSGƏROV: «Həmin şikayətlərdən hələlik biri Avropa Məhkəməsinin icraatındadır»
Azərbaycanlı məcburi köçkünlər ilk növbədə pozulan hüquqlarının bərpa olunmasını, Ermənistanın işğalçı dövlət kimi tanınmasını tələb edir.|ətraflı oxu >>
İSTANBULDA BAŞ VERƏN AVTOBUS QƏZASINDA 7 NƏFƏR AZƏRBAYCANLI XƏSARƏT ALIB

Türkiyənin İstanbul şəhərindən İqdıra gedən sərnişin avtobusu yolun buz bağlaması səbəbindən sürüşərək yoldan çıxıb və 25 mert dərinlikdə dərəyə aşıb. Qəza nəticəsində avtobusda olan 50-ə yaxın sərnişindən 35 nəfəri xəsarət alıb.|ətraflı oxu >>
QƏRB BÖLGƏSİNƏ GÜCLÜ QAR YAĞMAĞA BAŞLAYIB

Ötən gün günorta saatlarından başlayaraq Azərbaycanın qərb bölgəsinə də güclü qar yağmağa başlayıb. Qar Qazax, Ağstafa və Tovuz rayonlarında daha intensivdir. Temperatur kəskin dərəcədə aşağı düşüb. Bölgə müxbirimizin verdiyi məlumata görə, təbii qaz və elektrik enerjisinin verilməsində problem yoxdur.|ətraflı oxu >>
NİC QƏSƏBƏSİNDƏ KARANTİN ELAN OLUNUB

Qəbələ rayonunun Nic qəsəbəsində donuzlarda “Afrika taunu" virusu aşkar edildikdən sonra, həmin ərazidə karantin elan olunub. Qəsəbənin bütün giriş-çıxış yolları baytarlıq xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Dövlət Baytarlıq Xidmətinin xüsusi təhlükəli xəstələliklər üzrə epizotoloji nəzarət sektorunun müdiri Kliment Əsədov bölgə müxbirimizə bildirib ki,|ətraflı oxu >>
QAT: «ERMƏNİLƏRİN BAKIYA GƏLİŞİ YOLVERİLMƏZDİR»
]
Qarabağ Azadlıq Təşkilatı Ermənistan nümayəndələrinin martın əvvəlində Bakıda keçiriləcək NATO seminarında iştirak etməsinə etiraz edir. Təşkilatın bununla bağlı yaydığı bəyanatinda bildirilir ki,|ətraflı oxu >>
AZƏRBAYCANIN 2008-Cİ İLDƏ ÜTT-YƏ ÜZV QƏBUL OLUNMASI GÖZLƏNİLMİR

Azərbaycanın 2008-ci ildə Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunması gözlənilmir. Bu haqda məlumat verən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, təşkilata üzv olduqdan sonra Azərbaycandakı bir çox müəssələrin bazara dünya standartlarına uyğun məhsul çıxara bilmədiyinə görə iflas ola biləcəyi barədə səslənən fikirlər reallığı əks etdirmir.|ətraflı oxu >>
AZƏRBAYCANA TURİST AXINI 1 MİLYON NƏFƏRƏ ÇATIB

Son 2 ildə Azərbaycana turist axını 2 dəfə artaraq 1 milyon nəfərə çatıb. Bu barədə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev görülən işlərlə bağlı hesabat verərkən bildirib. Nazir 155 mehmanxanaya lisenziya verildiyi, respublika üzrə 60-a yaxın yeni mehmanxananın tikildiyini qeyd edib.|ətraflı oxu >>
LOMONOSOV ADINA MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN BAKI FİLİALI NÖVBƏTİ TƏDRİS İLİNDƏN FƏALİYYƏTƏ BAŞLAYA BİLƏR

Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı növbəti tədris ilindən fəaliyyətə başlaya bilər. Bu barədə məlumat verən təhsil naziri Misir Mərdanov 2009-cu ildən Azərbaycandakı bütün təhsil müəssisələri,|ətraflı oxu >>
GÖRÜŞLƏR

Telekanallar güclərini birləşdirməlidir
İsmayıl ÖMƏROV:"Biz televiziya kimi mühüm bir vasitədən istifadə edərək Türk dünyasının birliyinə nail olmalıyıq".
Murad KƏSKİN:
"İctimai Teleradio ilə əməkdaşlığa xüsusi önəm veririk".
"Türkiyə ilə Azərbaycanın taleyi bir-biri ilə sıx bağlıdır. Hər iki ölkənin televizyonçuları türk millətinin istəyini düzgün işıqlandırmaq üçün birgə, əlaqəli şəkildə fəaliyyət göstərməlidir".
Bu sözləri mayın 29-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov Türkiyənin "Mehtap" televiziyasının baş direktoru Murad Kəskin və "Samanyolu Azərbaycan"ın icraçı direktoru Xəlil İbrahim Seyhanla görüşündə dedi. |

Fransız rejissor Azərbaycan haqqında film çəkəcək
Filmdə İctimai Teleradionun fəaliyyəti də geniş işıqlandırılacaq.
Fransanın nüfuzlu “ARTE FRANCE” kanalının rejissoru Maksim Mardukayev Azərbaycan haqqında film çəkəcək. 26 dəqiqəlik filmdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti də işıqlandırılacaq.
Bu sözləri mayın 26-da İctimai Teleradionun Baş direktoru İsmayıl Ömərovla görüşündə fransız rejissorun özü dedi. Dünyanın əksər ölkələrindəki telekanallarla əməkdaşlıq etdiklərini deyən qonaq Azərbaycana səfəri çərçivəsində ölkənin ictimai yayımçısı ilə də səmərəli əlaqələr qurmaq niyyətində olduğunu söylədi: |

"Biz Sizin fəaliyyətinizi yüksək qiymətləndiririk"
BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisi Ambeyi Liqabo İctimai Teleradioda oldu
Bakıda səfərdə olan BMT-nin İnsan Haqları Şurasının fikir və söz azadlığının təşviqi və qorunması üzrə xüsusi məruzəçisi Ambeyi Liqabo aprelin 25-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşdü.
Qonaqlara İctimai Teleradionun fəaliyyəti barədə ətraflı məlumat verən şirkət rəhbəri bir il səkkiz ay ərzində böyük işlər görüldüyünü diqqətə çatdırdı. İctimai Televiziyanın öz formatını qısa müddətdə tamaşaçılara qəbul etdirdiyini önə çəkən Baş direktor hazırda Türksat peyki vasitəsi ilə yayımlanan İctimai Televiziyanın nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda sevildiyini və izləndiyini söylədi. |

 

FƏALİYYƏTİMİZ

"Avrovizion" həyəcanı İctimai Televiziyada
Eksklüziv yayım həyata keçirən şirkət. Helsinkiyə yaradıcı qrup göndərib.
Bütün dünyada böyük maraqla izlənilən "Avrovizion" mahnı müsabiqəsi bu həftə başlayır. Finlandiyanın paytaxtı Helsinki şəhərindəki "Hartwall" Arenasında keçiriləcək 52-ci "Avrovizion" mahnı müsabiqəsinə 42 ölkə qatılıb. Bütün müsabiqələrdə olduğu kimi "Avrovizion"da da iştirak etmək üçün müəyyən şərtlərə əməl etmək vacibdir. Məsələn, iştirakçı dövlətin ictimai yayımçısının Avropa Yayımları Birliyinə üzvülüyü tələb olunur. |ətraflı oxu >>

Dunay sahillərində Azərbaycan günü
Macarıstanın "Duna" TV-si bu il də mayın 26-daefirini Azərbaycana həsr edəcək.

İctimai Televiziyanın Macarıstanın ictimai yayımçısı olan "Duna" TV ilə ötən il reallaşdırdığı uğurlu layihə bu il də təkrarlanacaq. Belə ki, bu günlərdə "Duna" televiziyası tərəfindən İctimai Televiziya rəhbərliyinə layihənin bu il də təkrarlanması ilə bağlı ünvanlanan təklif müsbət cavablandırılıb. |ətraflı oxu >>

EFİR MƏKANINDA YENİ MODEL
İsmayıl Ömərov İctimai Teleradionun Baş direktoru seçilməsinin 2 illiyi ilə bağlı ənənəvi mətbuat konfransı keçirdi.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov aprelin 25-də bu vəzifəyə seçilməsinin 2 illiyi ilə bağlı hesabat xarakterli mətbuat konfransı keçirdi. "İctimai Teleradio yayımı haqqında" qanuna əsasən ildə iki dəfə Yayım Şurası qarşısında hesabat verən Baş direktor bu hesabatları verdiyini və şura üzvləri tərəfindən yaxşı qiymət və təşəkkür aldığını söylədi. |ətraflı oxu >>


  Efirdə müstəqil Azərbaycanın İctimai Televiziyasıdır! 39-42-ci paralellərdə yerləşən Azərbaycan Respublikası 15 ilə yaxındır ki, Ermənistanla müharibə şəraitində yaşayır. Torpaqlarının 20% erməni işğalçıları tərəfindən zəbt olunub. Bir milyondan artıq vətəndaşı qaçqın düşüb. Işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik şurasının 822, 853, 874, 884 saylı qətnamələri indiyədək yerinə yetirilməyib. BU ƏDALƏTSİZLİYƏ DÜNYA BİRLİYİ HƏLƏ DƏ DÖZÜR.

ANONSLAR

 «Carçı» informasiya proqramı- Hər gün: 09:00; 12:00; 15:00; 17:00; 18:00 (rus dilində); 20:00; 23:00; 01:00 (ingilis dilində).

 "Yekun" analitik proqramı - hər bazar saat 20:00-da. Hadisələrin təhlilini, ekspert şərhlərini, analitiklərin proqnozlarını izləmək istəyirsinizsə həftənin "Yekun"unu izləməyi unutmayın.





















 

  
RƏYLƏR


 

 

© 2005-2007 | Müəllif hüquqları: İctimai Televiziya və Radio Yayımları Şirkəti | www.itv.az | e-mail:info@itv.az
webmaster:admin@itv.az


[8]ページ先頭

©2009-2025 Movatter.jp