Samuel Smayls |
 |
Doğum tarixi | 23 dekabr 1812 |
Doğum yeri | Haddinqton |
Vəfat tarixi | 16 aprel 1904 |
Vəfat yeri | Kensinqton |
Dəfn yeri | Brompton qəbiristanlığı |
|
Samuel Smayls — ingilis yazıçısı.
- Ağıllı insan təkcə özü üçün deyil, cəmiyyət üçün də çalışır.
- Başıboş adamlar xarab maşınlar kimi çox gurultu salırlar.
- Başımızın üstünü qara buludlar alanda bu buludların axmasında bizi günəşli günlərin gözləyə biləcəyini unutmayaq
- Başqalarının uğurlarına qibtə edirik, ancaq bu uğurların onlara nəyin bahasına başa gəlməsi barədə düşünmürük.
- Bədbəxtlikdən şikayət edənlər, əslində, əvvəllər etdikləri səhvlərin cəzasını çəkirlər.
- Bir cəmiyyətin mədəniyyət, incəsənət və fəlsəfəsini öyrənmək üçün o cəmiyyətin kitablarını oxuyub öyrənməliyik.
- Bir ciddi təşəbbüs min səmərəsiz cəhddən yaxşıdır.
- Bir insanın xarakteri onun kimlərlə oturub-durması, kitabsevərin xarakterini isə onun oxuduğu kitablar əsasında öyrənmək olar.
- Böyük insanların bəlkə də qaba görünüşləri var, əslində isə onlar son dərəcə həssas və zərifdirlər.
- Cəmiyyətin xoşbəxtliyi üçün çalışanın özü də xoşbəxt olar.
- Cəsarət elə bir fəzilətdir ki, bütün insanlar onun ləzzətini dadmalıdır.
- Cəsarət heç bir halın sarsıda bilməyəcəyienerji mənbəyi, mükəmməl iradə qüvvəsidir.[1]
- Dəyərli kitablar əbədi yaşamaq üçün doğulur.
- Etiraf etməliyik ki, məşhurların çoxu yalnız öldükdən sonra şöhrətə çatmışdır.
- Əxlaq bütün qanunlardan alidir.
- Əxlaqını itirmiş ölkə məhv olmağa məhkumdur.
- Ən yaxşı əxlaq məktəbi ailədir.
- Fəal həyatın hər dəqiqəsi qazanılmış qələbəyə oxşayır.
- İnsanı dar gündə qoymayan yeganə dost kitabdır.
- Kitab bilik xəzinəsinə bənzər, içinə daxil olun.
- Kitab müxtəlif insanların düşüncələrini vəhdət halında birləşdirən və onların arasında sıx ünsiyyət yaradan mənəvi körpüdür.
- Kitablar qocalıqda ən yaxşi dost, cavanlıqda ən yaxşı rəhbərdirlər.[mənbə göstərin]
- Kobud və sərt rəftar bütün qapıları üstümüzə bağlayır.
- Ləyaqətli və əxlaqlı adamlarla oturub-dursanız, bi məziyyətlər sizə də keçə bilər.[2]
- Məktəblərin ən bəhrəlisi çətinlik məktəbidir.
- Öz xoşbəxtliyimə yox, cəmiyyətin xoşbəxtliyinə sevinirəm.
- Tənbəl bir beyin — şeytanın iş otağıdır.
- Uzun müddət hökm sürmək istəyirsənsə, səbirli ol.
- Zövqlərin ən gözəli elmdən alınan zövqdür.
- ↑Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.73
- ↑Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, "Elm-təhsil" nəşriyyatı, 2012,