Rixard Vilhelm Vaqner (alm.Wilhelm Richard Wagner; 22 may 1813, Leypsiq — 13 fevral 1883, Venesiya) — Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseisti.
Heyvan təcrübələrindən imtina edilsəydi, bəşəriyyət əsaslı irəliləyiş əldə edərdi.
Həqiqi bir həyatımız olsaydı, sənətə ehtiyacımız olmayacaqdı. Sənət əslində gerçək həyatın bitdiyi yerdə, qarşımızda başqa heç bir şeyin olmadığı yerdə başlayır. Sənət iqtidarsızlığımızı etiraf etməkdən başqa bir şey deyilmi?
Təbiət o qədər güclü, o qədər sarsılmaz və yeniləşməsində o qədər tükənməzdir ki, heç bir təsəvvürə sığmayan qüvvə onun yaradıcı gücünü məhdudlaşdıra bilməz.