Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Zombi 2

Vikipediya, azad ensiklopediya
Zombi 2
it.Zombi 2
"Zombi 2" filminin İtalyan versiyasında afişası
"Zombi 2" filminin İtalyan versiyasında afişası
JanrQorxu filmi
RejissorLüçio Fulçi
ProdüserlərFabritsio De Ancelis
Uqo Tuççi
Ssenari müəllifləriEliza Briqanti
Dardano Sakketti
Baş rollardaTisa Ferrou
Yen Makkallok
Al Kliver
Riçard Conson
Olqa Karlatos
OperatorSerco Salvati
BəstəkarlarFabio Frizzi
Corco Kaskio
Adrianno Cordanella

Maurizio Carini
İstehsalçıVariety Film Production
İlk baxış tarixi25 avqust 1979
Müddət91 dəqiqə
Büdcə410 milyon İtalyan lirası
Gəlir614 milyon İtalyan lirası
Ölkəİtaliyaİtaliya
Dilİngilis dili
İl1979
RəngRəngli
Çəkiliş yeriNyu-York
IMDbID0080057
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zombie 2 (it.Zombie 2) — 1979-cu ildəQorxu filmi janrında çəkilən İtalyan filmi. Filmin bəstəkarlarından biri olan Corcio Kaskio filmin titrlərndə Corcio Tuççi kimi göstərilmişdir. Filmin büdcəsi təxminən 1 milyon ABŞ dollarına yaxındır. Filmin ilk adı "Zombi" olur. 1978-ci ildəABŞ rejissoruCorc Romero tərəfindən[1] ABŞ vəİtaliya studiyalarının ortaq çəkilişi sayəsində "Ölülərin sübhü" (ing.Dawn of the Dead)[2][3] filmi çəkilir. Bu filmin büdcəsinin yarısını ssenaristlərdən biri olan Dario Arcento qoymuşdur. Bu səbəbdən filmin birbaşa satışa çıxarılması nəzarətini öz üzərinə götürmüş və filmin müvəffəqiyyət əldə etməsi üçün "Zombi: Ölülərin sübhü" (ing.Zombie: Dawn of the Dead) adı altında satışa çıxarmışdır.[4] İtalyan rejissoru Lüçio Fulçi satışda həmin filmin çəkəcəyi filmlə qarışdırılmamasından ötrü filmə "Zombi 2" vermişdir.[5] Lakin bir müddət sonra bu film ABŞ-də "Zombi" adı altında satışa çıxarılmışdır.[6]

Məzmun

[redaktə |vikimətni redaktə et]
XəbərdarlıqXəbərdarlıq:Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Nyu-York sahillərinə naməlum səbəbdən boş yaxta daxil olur. Patrullardan biri Harbor yaxtanı araşdırarkən gözlənilmədən polislərdən biri qəribə görkəmli olan kişi tərəfindən öldürürür. Bu zaman digər polislər ona atəş açır və kişi dənizə düşür. Patrullar ölmüş polisi qəbirdə basdırırlar. Bir müddətdən sonra aydın olur ki, bu yaxta həkim Boulza aiddir.

Anna Boulz (Tisa Ferrou) yaxtanın sahibi Boulzun qızı olduğu üçün şübhə altındadır. Anna bilir ki, onun atası tropik adalara araşdırma aparmaq üçün getmişdir. Jurnalist Piter Vest (Yen Makkallok) bu barədə xəbərlərdə məlumat verir. Anna və Piter yaxtada görüşürlər. Bu zaman onlar burada məktub tapırlar. Məktubda yazılır ki, Boulz Matul adasındadır (Sent-Tomas, ABŞ-nin Virciniya adaları) və qəribə xəstəlikdən əziyyət çəkir. Anna və Piter bu işi birlikdə araşdırmağa qərara gəlirlər. Bu məqsədlə onlar yaxta heyətinə Brayan Kurt (Al Kliver) və Syuzen Barret (Auretta Gey) cütlüyünə qoşulurlar ki, tropik adanı tapsınlar.

Matul adası ölülərin dirildiyi lənətlənmiş yerdir. Həkim Devid Menard (Riçard Conson) adada yaşayır və burada gizli aradırmalar aparır. Onun qəzəbli həyat yoldaşı Paola (Olqa Karlatos) onun üzərinə zombi hücum etdikdən sonra adanı tərk etmək istəyir, lakin Menard onu fikrindən daşındırmağa çalışır ki, araşdırmalarına davam etsin.

Anna, Piter, Brayan və Syuzen bura gələn zaman zombilərlə rastlaşırlar. Zombilər heyətlərin çoxunu, o cümlədən həkim Menardı öldürürlər. Bir müddətdən sonra Syuzen zombiyə dönür və virusu Brayana keçirir. Anna və Piter Brayanı sübut kimi götürərək yaxta ilə buranı tərk edirlər. Onlar okeana çatırlar, lakin radiodaNyu-Yorkazombitaun xəstəliyinin yayıldığı xəbərini eşidirlər. Bu zaman zombilərin Nyu-York körpüsündən necə axışdıqları göstərilir.

XəbərdarlıqXəbərdarlığın sonu.

Maraqlı faktlar

[redaktə |vikimətni redaktə et]
  • Film bir çox ölkələrdə qadağan olunmuşdur.
  • Bəzi zombilərdə qrim olmadığından onlar bel tərəfdən çəkilmişdir.
  • Filmin ssenaristi Dardano Saççetti tirdə göstərilməyib.
  • Zombilərin qrimi film heyətinin avtobusunda edilmişdir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. J.C. Maçek III."The Zombification Family Tree: Legacy of the Living Dead". PopMatters. 2012-06-15.2017-07-03 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2014-09-26.
  2. "Filming locations". IMDB.2012-11-30 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2012-06-27.
  3. "Dawn of the Dead (1978)". Rotten Tomatoes.2009-06-03 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2014-09-26.
  4. Peter Dendle: The Zombie Movie Encyclopedia, S. 7
  5. Paolo Albiero & Giacomo Cacciatore, Arriva il "poète du macabre", ovvero: Zombi 2 (1979), in Il terrorista dei generi. Tutto il cinema di Lucio Fulci, Roma, Un mondo a parte, 2004, pagine 184–193,ISBN 88-900629-6-7
  6. As Chianese & Gordiano Lupi, Filmare la morte. Il cinema horror e thriller di Lucio Fulci, Piombino, Edizioni Il Foglio, 2006, pp. 107–113,ISBN 88-7606-101-0.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Zombi_2&oldid=8056650"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp