
Zəncilər – VII–IX əsrlərdə ərəb vəİran qul alverçiləri tərəfindən, əsasən, Zənzibar adasının (ərəb dilində əz-Zinc; "zinci" adı da buradandır) qul bazarlarından alınaraqİraq vəXuzistana gətirilmişŞərqi Afrika mənşəli qul.
Zincilərdən ən ağır işlərdə istifadə edirdilər. Onlar kanallar qazır, bataqlıqları qurudur, şoranlıqları əkin üçün yararlı sahələrə çevirir, həmçinin pambıq və şəkər qamışı plantasiyalarında işləyirdilər. Zincilərdən xilafətin bəzi qoşun hissələri də təşkil edilmişdi. Dözülməz iş şəraiti və amansız istismar dəfələrləzincilərin üsyanlarına səbəb olmuşdu.