Yuxarı Luara (fr.Haute-Loire,oks.Naut Léger, Naut Leir) —Fransa cənubunda yerləşən,Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 43. İnzibati mərkəzi —Le-Püi-an-Vele. Əhali — 231 877 nəfər (departamentlər arasında 86-ci yer,2010-ci ilin məlumatları).
Ərazisi — 4977 km². Departamentin ərazisindəLuara çayı axır.
Departamente 3 rayon, 35 kanton və 260 kommun daxildir.
Yuxarı Luara —1790-cı ilin martındaBöyük Fransız İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Lionne, Overn və Lagedok əyalətlərinin ərazisində yerləşir . Adı Luara çayından gəlir.