Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Yuliya Samoylova

Vikipediya, azad ensiklopediya
Yuliya Samoylova
rus.Ю́лия Само́йлова
Yuliya Samoylova 2018-ci ildə
Yuliya Samoylova 2018-ci ildə
Ümumi məlumatlar
Doğum adıYuliya Oleqovna Samoylova
rus.Ю́лия Оле́говна Само́йлова
Doğum tarixi(35 yaş)
Doğum yeriUxta,Komi Respublikası,Rusiya Sovet Federativ Sosialist Respublikası
Vətəndaşlığı Rusiya
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni, bəstəkar
Fəaliyyət illəri2013–h.h.
Janrlarpop,rok
Musiqi alətivokal
jsvok.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yuliya Oleqovna Samoylova (rus.Ю́лия Оле́говна Само́йлова;d.7 aprel1989, Uxta,Komi Respublikası,Rusiya Sovet Federativ Sosialist Respublikası) —Rusiya müğənnisi və bəstəkarı. 2017-ci ildə onun Ukraynaya girişinə üç illik qadağa qoyulmuşdur. Buna səbəb Yuliyanın Ukrayna qanunlarını pozaraqKrıma Rusiyadan giriş etməsidir[1]. Müğənni Krım yarımadasının Rusiya tərəfindən zəbtindən sonra 2015-ci ildə KrımınKerç şəhərində baş tutan konsertdə çıxış etmişdir. Ukraynanın ifaçıya qarşı tətbiq etdiyi qadağanın ardınca onun2017 Avroviziya Mahnı Müsabiqəsində iştirakı baş tutmamışdır.

Yuliya Samoylova "I Won't Break" mahnısı iləRusiyanı2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Yuliya SamoylovaRusiyanınKomi Respublikasında yerləşən Uxta şəhərində anadan olmuşdur. Yuliyanın ayaqları uşaq yaşlarından spinal əzələ atrofiyası xəstəliyi səbəbi ilə öz funksiyalarını itirməyə başlamış və həmin vaxtdan da o, əlil arabası ilə hərəkət edir.[2] İfaçının dediyinə görə irsi xəstəliyin təzahürü uğursuzpoliomielit peyvəndindən sonra yaranmış ola bilər. Lakin peşəkarlar belə bir ehtimalın mümkün olmadığını bildirir. Samoylova öz musiqi karyerasını Uxtada yerləşən restoranda çıxış etməklə başlamışdır. 2008-ci ildə isə o, TerraNova qrupuna yeni üzv seçilmişdir. Lakin qrup 2010-cu ildə fəaliyyətini dayandırmışdır. Müasir humanitar akademiyasında psixologiya üzrə təhsil alan ifaçı 2010-cu ildə təhsilini bitirmədən akademiyanı tərk etmişdir.

Musiqi karyerası

[redaktə |vikimətni redaktə et]

2013-2014:Faktor AQış Paralimpiyası

[redaktə |vikimətni redaktə et]

2013-cü ildə Yuliya Samoylova RusiyanınFaktor A musiqi yarışmasında iştirak etmiş və nəticədə ikinci yerə layiq görülmüşdür. 2014-cü ildə o, eyni zamanda RusiyanınSoçi şəhərində keçirilənQış Paralimpiya Oyunlarının açılış mərasimində çıxış etmişdir.

2017-hal-hazırda: Avroviziya

[redaktə |vikimətni redaktə et]

2017-ci ilin mart ayında Yuliya Samoylovanın "Flame is Burning" mahnısı ilə Rusiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyi Rusiya telekanalı tərəfindən təsdiqlənmişdir. Bunun ardınca Ukrayna Təhlükəsizlik Xidmətinin Yuliya Samoylova üzərində araşdırma başladığı məlumatı verilmişdir. Buna səbəb isə Yuliyanın Ukrayna qanunlarını pozaraq Krıma Rusiyadan giriş etməsi olmuşdur. Müğənni Krım yarımadasının Rusiya tərəfindən zəbtindən sonra 2015-ci ildə KrımınKerç şəhərində baş tutan konsertdə çıxış etmişdir. Ukrayna rəsmiləri Rusiyanın Samoylovanı müsabiqəyə göndərmək qərarının siyasi addım olduğunu bildirərək, Rusiyanın məhz növbəti siyasi qalmaqal yaratmaq istədiyindən Krıma qeyri-qanuni yolla giriş edən müğənninin Avroviziya üçün seçildiyini və bunun düşünülmüş addım olduğunu iddia etmişdirlər. Rusiya tərəfi bu iddiaları təkzib etmiş və bunun arxasında heç bir siyasi məqam olmadığı söylənilmişdir.[3] 22 mart tarixində Ukrayna Təhlükəsizlik Xidməti rəsmi olaraq Yuliya Samoylovanın ölkəyə girişinə 3 illik qadağa qoyulduğunu bəyan etmişdir. Müsabiqə təşkilatçıları iki ölkə arasında danışıqlar aparmaq istəsə də, heç bir nəticə əldə edilməmiş və nəhayət 13 aprel 2017-ci il tarixdə "Pervıy Kanal" Kiyevdə baş tutan müsabiqədə Rusiyanın iştirak etməyəcəyini bəyan etmişdir[4]. Beləliklə, Samoylovanın Kiyevdə keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. O, Avroviziya 2017-nin keçirildiyi gün Krımda səhnə almışdır.[5]

Yuliya Samoylova "I Won't Break" mahnısı iləRusiyanı2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[6]

Diskoqrafiya

[redaktə |vikimətni redaktə et]

Sinqllar

[redaktə |vikimətni redaktə et]
Mahnı adıİl
"Flame is Burning"2017
"Яд"
"I Won't Break"2018
"Спи"2019

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Ukraine bans Russia's Eurovision entrant over Crimea tour". The Guardian.2017-07-18 tarixindəarxivləşdirilib.İstifadə tarixi:22 mart 2017.
  2. "RUSSIA'S YULIA SAMOILOVA BECOMES SECOND SINGER IN WHEELCHAIR TO COMPETE AT EUROVISION". wiwibloggs.com. Wiwibloggs. 12 mart 2017.2017-03-13 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2018-01-29.
    Eurovision in Ukraine: Controversy over Russian entryArxivləşdirilib 2022-03-10 at theWayback Machine, BBC News (13 mart 2017)
  3. "Russia strikes provocative note for Eurovision in Ukraine". The Guardian.2017-03-23 tarixindəarxivləşdirilib.İstifadə tarixi:22 mart 2017.
  4. "Первый канал не будет транслировать Евровидение-2017". www.1tv.ru(rusca). Russia-1. 13 aprel 2017.2017-07-16 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2018-01-29.
  5. "Another Eurovision song contest, another diplomatic crisis". The Economist. 4 may 2017.3 January 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:29 January 2018.
  6. "Arxivlənmiş surət".2022-04-21 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2018-01-29.
Əvvəlki:
Sergey Lazarev
"You are the Only One"
Rusiya Avroviziya Mahnı Müsabiqəsində

2018
Sonrakı:
Sergey Lazarev
"Scream"

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
Final bölməsindəki müğənnilərin adı nəticəyə görə yazılmışdır.
Final
I yarımfinal
II yarımfinal
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Yuliya_Samoylova&oldid=6692428"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp