Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Yulius Evola

Vikipediya, azad ensiklopediya
Yulius Evola
it.Giulio Cesare Andrea Evola
Doğum tarixi19 may1898(1898-05-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi11 iyun1974(1974-06-11)[1][2][…](76 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Kampo Verano[d]
İstiqamətiTradisionalizm[d], neofaşizm, Fərdiyyətçilik
Əsas maraqlarıfəlsəfə, metafizika, siyasi fəlsəfə, Ezoterizm, tarix fəlsəfəsi
TəsirlənibBudda, Lao-tszı, Osvald Şpenqler, Rene Genon, Cambattist Viko, Otto Ueyninger, Benedetto Kroçe, Dmitri Merejkovski, Fridrix Nitsşe, Platon, Georq Vilhelm Fridrix Hegel, Ernst Yunqer, Fyodor Dostoyevski, Maks Ştirner, Vilfredo Pareto
Saytfondazionejuliusevola.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BaronYulius Evola (tam adı:Culio Çezare Andrea Evola,it.Giulio Cesare Andrea Evola;19 may1898[1][2][…],Roma,İtaliya krallığı11 iyun1974[1][2][…],Roma) —İtalyanezoterik filosofcu, yazıçı, şair, rəssam,kulturoloqsiyasi xadim[3]. İnteqral tradisyonalizmin nümayəndələrindən biri,ezoterizmokkultizm üzrə bir sıra əsərlərin müəllifidir. Bir sıra tədqiqatçılar onuneofaşizm ideoloqu kimi olaraq görürlər[4][5][6][7][8][9]. Evolanın yazıları Avropada və dünyanın digər yerlərində sağçı ideologiyanın bir çox nümayəndələrinə təsir göstərmişdir.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Erkən illəri

[redaktə |vikimətni redaktə et]

Evola Romada anadan olmuşdur, valideynləri Siciliyalı aristokratlar idi. Deyilənə görə ailəsi ispan və alman mənşəli olmuşdur[10].Roma Sapientsa Universitetinin Mühəndislik fakültəsini bitirmiş, lakin diplomdan imtina etmişdir, bunun da səbəbini belə vurğulamışdır: "Özümü heç bir şəkildəburjua akademiyasında və doktor ya da mühəndis kimi titullarla əlaqələndirmək istəməmişəm"[11][12].

Evola yeniyetməlik illərində rəssamlıq və ədəbiyyatla məşğul idi. Bu dövrdə o yazıçılardanOskar VayldQabriele Dannunsio, fəlsəfədən isəFridrix Nitsşe,Otto Veyninqer,Karlo MikelştedterMaks Ştirnerdən təsirlənmişdir.[13]

Birinci Dünya müharibəsində EvolaAziago yaylasında artilleriya zabiti kimi xidmət etmişdir. Müharibədən sonraavanqard incəsənət ilə məşğul oldu vəFilippo Tommaso Marinettinin Futurizm hərəkatına qoşuldu. Rəssamlığı, poeziyası və qısa ömür sürənRevue Bleue jurnalında yazdığı məqalələrlə, İtaliyadadadaizmin görkəmli nümayəndələrindən biri oldu. 1922-ci ildə avanqard sənətin kommersiyalaşdığı və akademik konvensiyalarla dəyəri düşməsinin qənaətinə gəldikdən sonra o, rəsm və poeziya kimi bədii ifadəyə diqqətini azaltdı[12].

O, sonradanRene Genonun əsərləri ilə tanış olur və "Faşist tənqidi" jurnalında yazıçı olaraq işləyir. Həmin dövrdə o katolik dairələrin tənqidinə məruz qalmış "Paqan imperializmi" əsərini burdaykən nəşr edir.

Yetkinlik, faşizm dövrü

[redaktə |vikimətni redaktə et]

1924–1925-ci illərdə Evola Romada okkultist Arturo Reqininin buraxdığı "Atanor" və "İqnis" jurnallarında fəal yazıçılıq işləri görür[14].

Evola öz jurnalı olan "Qüllə" (it.La Torre) çap etməyə başladı, lakin onuncu buraxılışından sonra bağlandı. Jurnalın ilk nəşrinin bir məqaləsində filosof belə vurğulayır: "Faşist,kommunist,anarxist, yaxuddemokratik quruluşlarda asılı olmayaraq, bizim üçün tamamilə eyni olan prinsipləri müdafiə etməkdir. Bu prinsiplər öz-özlüyündə siyasi səviyyədən çoxdur, lakin bunların tətbiqində keyfiyyətli şəkildə fərqləndirmək lazımdır, yəni iyerarxiya, avtoritet və imperiya ideyalarının ən geniş mənada təsdiqini tələb edir".

1934-cü ildən 1943-cü ilədək, o "Faşist sistem" jurnalında daimi rubrikanı ("Fəlsəfə dioraması") rəhbərlik edib, onun naşiri Mussolininin həmkarlarından biri, Böyük Faşist Şurasının üzvü Roberto Farinaççi olub.

1938-ci ildə Rumıniyaya səfər zamanı "Dəmir qvardiya"nın lideri olanKorneliu Zelya Kodryanu ilə tanış olub. Çoxsaylı ifadələrinə görə, bu səfər həm "Legion" (Qvardiyanın ikinci adı) təşkilatına, həm də legionerlərin "Kapitan" adlandırdıqları Kodryanu şəxsiyyətinə heyran olan Barona unudulmaz təsir bağışladı[15]. Nəticədə, Rumın filosofunun bir çox ideyaları Evolanın əsərlərində öz əksini tapıb və onun arzu etdiyi "Aryan-roman arxetipi" "Kapitan"da özünü göstərirdi[16].

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 1234Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1234Julius Evola (nid.).
  3. "ЭВОЛА (EVOLA) Чезаре Андреа Джулиаию (1898-1974)".5 mart 2016 tarixindəarxivləşdirilib.İstifadə tarixi:11 aprel 2022.
  4. "Down to the time of his death in 1974, Evola stood as the leading intellectual of neofascism and/ or the radical right in all Europe". —Payne S. G. A History of Fascism, 1914–1945
  5. Рафал Панковський"Батьки-відновники": Мослі, Евола, Деґрель, БардешArxivləşdirilib 2015-06-27 at theWayback Machine
  6. Модржинская Е. Д. Критика идеологии неофашизма.Мысль, 1976. С. 100
  7. Филатов М. Н., Рябов А. И. Фашизм 80-х: политический анализ современного ультраправого, крайне реакционного движения в странах Западной Европы. Алма-Ата:Казахстан, 1983. — 354 с.
  8. Nicholas Goodrick-ClarkeBlack Sun: Aryan Cults, Esoteric Nazism, and the Politics of Identity[ing.]
  9. A. James Gregor. The Search for Neofascism "Evola, as one of the few, provided the texts that became one of "the most important" sources for the neofascism that arose out of the ruins of the Second World War".
  10. Александр Дугин."ЮЛИУС ЭВОЛА, ЯЗЫЧЕСКИЙ ИМПЕРИАЛИСТ". arctogaia.com.14 iyul 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:20 avqust 2016.
  11. Paul Furlong,The Social and Political Thought of Julius EvolaArxivləşdirilib 2022-05-08 at theWayback Machine. London: Routledge, 2011.ISBN 9780203816912
  12. 12Julius Evola,Il Camino del Cinabro, 1963
  13. Roger Griffin, Matthew Feldman.Fascism: Post-war fascisms. Taylor & Francis, 2004. p. 219
  14. Nicholas Goodrick-Clarke.Black Sun: Aryan Cults, Esoteric Nazism, and the Politics of Identity[ing.], 2002 —ISBN 0-8147-3155-4
  15. Ален де Бенуа."ЮЛИУС ЭВОЛА, РАДИКАЛЬНЫЙ РЕАКЦИОНЕР И МЕТАФИЗИК, ЗАНИМАЮЩИЙСЯ ПОЛИТИКОЙ". www.nb-info.ru.16 avqust 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:20 avqust 2016.Известно, что Эвола говорил о своем почти безграничном восхищении Корнелиу Кодряну, лидером этого движения, вплоть до того, что видел в нем «тот самый арийско-римский архетип»
  16. Юліус Евола."Моя зустріч з Кодряну". Політономія. politonomia.org.ua. 18 iyul 2003.İstifadə tarixi:20 avqust 2016.Кодряну складав враження навіть своїм фізичним виглядом. Високий, добре складений, він втілював у собі «арійско-романский» тип
⛭
Qədim dövr
Orta əsrlər
Erkən müasir dövr
XVIII—XIX əsrlər
XX—XXI əsrlər
Sosial nəzəriyyələr
Əlaqəli
 Bu şablona bax 
  Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
BAVADV10171099 ·BIBSYS5054116 ·BNCa11860650 ·BNEXX891255 ·BNF118862590 ·CiNiiDA0747903X ·CONOR71449699 ·GND119395835 ·ICCUCFIV010823 ·ISNI0000000118562907 ·LCCNn50010889 ·LNB000060199 ·NKCola2008487952 ·NLA49860148 ·NLG61004 ·NLPa0000001186001 ·NSK000339860 ·NTA067876315 ·NUKATn96025256 ·PTBNP59185 ·SUDOC027316793 ·VIAF66462101 ·ULAN500073539 ·WorldCat VIAF66462101
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Yulius_Evola&oldid=8376635"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp