YouTube video formatı olaraq Flash Video Formatı (*. flv) istifadə edir. İnternet saytında istənilən video kliplər Flash Video olaraq izlənəbilir və yakompüterә *. flv formatında fayl olaraq endirilə bilər. Video klipləri izləmək üçünAdobe Flash plug-inikompüterdə qurulu olmalıdır. Saytda qoyulan video kliplər YouTube tərəfindən avtomatik olaraq 320x240 pixele keçirilir və Flash Video Format'a (. Flv) çevrilməkdədir. mart 2008-ci ildə yüksək keyfiyyət olaraq 480x360 pixels variantı əlavə olunmuşdur.
AVI,MPEG və yaQuicktime vs. video formatına sahib videolar istifadəçi tərəfindən YouTube-a ən çox 1 GB tutumunda yüklənəbilir.
YouTube platformasında istifadəçilər video kliplərә baxa bilməkdə ayrıca istənildiyində öz video klipini YouTube-a yükləyə bilirlər.
Bu platformada iştirak edən istifadəçinin inkişaf etdirdiyi fayllar, fərdi həvəskar kliplәr, video kliplәr film, TV proqramları parçacıqları və musiqi videoları'ndan ibarətdir. İstifadəçilər tərəfindən YouTube-a gündəlik təxminən 65.000 ədəd yeni klip yerləşdirməkdə və 100 milyona yaxın video klip izlənilməkdədir.
İstifadə şərtlərinə uyğun gəlməyən video klipler istifadəçilərin bildirişləri ilə YouTube səlahiyyətliləri tərəfindən araşdırılaraq silinir.
YouTube üzvləri izlədikləri video klipləri dəyərləndirib bal verəbilərlər ayrıca izlədikləri video klip haqqında şərhlər də yazabilərlər.
YouTube üzvlərinin kanallarını daha uyğun hala gətirə bilməsi üçün "kanal növləri" vardır.
- YouTuber (YouTube-çu): Standart YouTube hesabıdır.
- Director (Rejissor): Təcrübəli film prodüserləri üçün nizamlanmışdır.
- Musician (Musiqiçi): Musiqi əsərləri olanlar üçündür.
- Comedian (Komediyaçı): Mizahi video prodüserləri üçündür.
- Guru (Mütəxəssis): Maraq sahəsinə bağlı video çəkənlər üçündür.
- Reporter (Bildirişci):
Bunların xaricində saytdan pul qazana bilmək üçün Partner proqramı mövcuddur. 2007-ci ilin mayında YouTube, tanınmış üzvlərini YouTube işbirliyinə dəvət etmiş, sonradan üzvlərin istifadəsinə açmışdır. Bu proqrama üzv olanların videoların öz əsəri olması və minlərlə dəfə izlənilməsi lazımdır. ProqramABŞ,Kanada,İngiltərə,Avstraliya,Almaniya,Niderland vəBraziliyada yaşayan üzvlərə açıqdır. Gələcəkdə başqa ölkələrə imkan verilməsi düşünülməkdədir.
YouTube bir çox istifadəçisinin internetdə məşhurluq qazanmasına səbəb olmuşdur. YouTube-un ən çox izlənilən istifadəçisiMrBeast-dir. Bir başqa YouTube istifadəçisi Massaçusettsli köhnə resepsiyonistBruk Brodak,NBC ilə 18 aylıq müqavilə imzalamışdır. YouTube-un ən çox izlənilən istifadəçisilonelygirl15-in də əslində Yeni Zelandiyada yaşayan aktrisaCessika Li Rouz olduğu və videolarını bir neçə film rejissoru ilə çəkdiyi açıqlanmışdır.Kris Kroker 11 sentyabr 2007-ci ildəBritney Spears ilə əlaqədar nümayiş etdirdiyi videosu ilə qısa müddətdə özünə diqqət çəkmişdir.
YouTube-dakı videoların sayəsində internetdə tanınmış olan şəxslər də vardır. Bu kəslərə "YouTube məşhurları" deyilir. Onların bəziləri bunlardır:
Bruk Brodak 2006-cı ilin iyunundaCarson Dalya prodüseri olduğu proqramlar ilə 18 aylıq müqavilə imzalayaraq YouTube-dan mediyaya keçən ilk istifadəçidir. 31 yanvar 2007-ci ildəLisa Donovanın (LisaNova)Foxun komediya proqramı MADtv-nin 12-ci mövsüm bölümlərinə qatıldığı açıqlanmışdır.