Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

York hersoqu

Vikipediya, azad ensiklopediya

York hersoqu (ing.Duke of York) —Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri.XV əsrdən etibarən bu ünvan ənənəvi olaraq,İngiltərə (daha sonraBritaniya)monarxlarının ikinci oğul övladına verilir. Bu ünvanŞotlandiya krallığının monarxial strukturundakıAlbani hersoqu ünvanı ilə ekvivalentlik təşkil edir.İngiltərəŞotlandiya krallıqlarının1707-ci ildə birləşməsinin ardından bu 2 ünvan bir müddət birlikdə verilsə də,York və Albani hersoqu ünvanı yalnız 3 dəfə yaradıldı.

Ünvanİngiltərə tarixində ümumilikdə 8 dəfə yaradıldı. Hal-hazırda ünvanın sahibiBirləşmiş Krallığın kraliçasıII Elizabetin ikinci oğluŞahzadə Endryudur. Ancaq hersoqun hal-hazırda yalnız 2 qız övladı var və evliliyi1996-cı ildə xanımından boşanması ilə baş çatmışdır. Bu səbəblə, hersoqun yenidən evlənib oğul övladının dünyaya gəlməməsi halında, York hersoqu ünvanı onun vəfatının ardından yenidən ləğv ediləcək.

İlk verildiyiEdmond Lanqli istisna olmaqla, York hersoqu olan şəxslər ya taxta çıxaraq bu ünvanı səltənətlə birləşdirmiş, ya da oğul varisi olmadan vəfat etmişdir.

Tarixi

[redaktə |vikimətni redaktə et]

Orta əsrlərdə York şimaliİngiltərənin əsas şəhəri və735-ci ildən etibarən York başyepiskopluğunun mərkəzi idi. Yorkşir isəİngiltərənin bölgədəki ən böyük əyaləti idi. York adı isə orta əsrlər dönəmində buradavikinqlər tərəfindən yaradılan kiçik Jorvik krallığının adından qaynaqlanır.

York hersoqu ünvanı ilk dəfə1385-ci ildəİngiltərə kralıIII Eduardın dördüncü oğluEdmond Lanqliyə verildi. Onun ardından ünvanı alan oğluEduard isə1415-ci ildəAzenkur döyüşündəki ölümünədək ünvanı daşıdı. Onun ölümünün ardından ünvanV Henri tərəfindən edam olunan qardaşıKonisburqlu Riçardın oğluYorklu Riçarda verildi.Yorklu RiçardınGül müharibəsi illərində Veykfild döyüşündə ölümündən sonra ünvan onun böyük oğluEduarda keçdi ancaq Eduardın1461-ci ildəIV Eduard adıyla İngiltərə taxtına keçməsi nəticəsində ünvan səltənətlə birləşdi.

Ünvan ikinci dəfəIV Eduardın ikinci oğlu olan Şahzadə Riçard üçün təsis edilsə də, o, qardaşının taxtdan endirilməsinin ardındanLondon qalasına həbs olundu və əmisiIII Riçard tərəfindən 10 yaşında ikən müəmmalı şəkildə qətlə yetirildi.

Ünvan üçüncü dəfəVII Henrinin ikinci oğluHenri Tüdor üçün təsis edildi. Onun böyük qardaşıArtur Tüdorun1502-ci ildə ölümü ilə Henri taxtın varisi oldu və1509-cu ildəVIII Henri adıyla taxta çıxdıqdan sonra York hersoqu ünvanı yenidən səltənətlə birləşdi.

Ünvan dördüncü dəfəI Ceymsin ikinci oğluKarl Stüart üçün təsis edildi. Onun böyük qardaşıHenri Frederikin1612-ci ildə ölümü ilə Karl taxtın varisi oldu və1625-ci ildəI Karl adıyla taxta çıxdıqdan sonra York hersoqu ünvanı yenidən səltənətlə birləşdi.

Ünvan beşinci dəfəI Karlın ikinci oğluCeyms Stüart üçün təsis edildi. Hal-hazırdaABŞ-də yeləşənNyu-York şəhəri də məhz onun şərəfinə adlandırılmışdır. Böyük qardaşıII Karlın geridə varis buraxmadan vəfatının ardındanII Ceyms adıyla taxta çıxdıqdan sonra York hersoqu ünvanı yenidən səltənətlə birləşdi.

XVIII əsr ərzindəİngiltərəŞotlandiya krallıqlarının birləşməsinin ardından York vəAlbani hersoqu ünvanları birləşdirildi və bu ünvanlar cüt halında 3 dəfə təsis edildi. Bu ünvanların cüt halındakı ilk sahibiI Corcun kiçik qardaşı Ernest Avqust oldu. Ancaq o, yepiskop olaraq fəaliyyət göstərirdi və övladı yox idi. Onun vəfatının ardından qoşa ünvanlarIII Corcun kiçik qardaşı Şahzadə Eduarda təsis edildi. Ancaq o da heç vaxt evlənmədi və geridə varis buraxmadan vəfat etdi. Bu ünvanların qoşa halında üçüncü və son sahibi isəIII Corcun ikinci oğlu Frederik Avqust oldu. O, Britaniya ordusunda komandir olaraq xidmət göstərdi və bir çox mənbədə "Yorkun Böyük Hersoqu" olaraq anılır. Buna baxmayaraq o da geridə varis buraxmadan vəfat etdi.

Bundan sonrakı illərdə ünvan yenidən tək halda təsis edildi. York hersoqu ünvanının yeddinci sahibi gələcəkdəVII Eduard adıyla taxta çıxan şahzadə Eduardın ikinci oğluCorc oldu. Ancaq o daV Corc adıyla taxta çıxdı və beləcə ünvan yenidən səltənətlə birləşmiş oldu.

Ardından York hersoqu ünvanıV Corcun ikinci oğlu və gələcəkdəki kralVIII Eduardın kiçik qardaşıŞahzadə Albert üçün təsis edildi. Ancaq qardaşının taxtdan anidən çəkilməsi ilə AlbertVI Corc adıyla taxta çıxdı və beləcə ünvan yenidən səltənətlə birləşmiş oldu.

Ünvan səkkizinci və hələ ki, sonuncu dəfəII Elizabetin ikinci oğluŞahzadə Endryu üçün təsis edildi. Hal-hazırda hersoqun yalnız 2 qızı var və yenidən evlənib oğul övladının dünyaya gəlməməsi halında, York hersoqu ünvanı onun vəfatının ardından yenidən ləğv ediləcək.

York hersoqları

[redaktə |vikimətni redaktə et]

Birinci təsisi (1385-1415) (1425-1461)

[redaktə |vikimətni redaktə et]
HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləri
Edmond Lanqli

(York ailəsinin banisi)

1385–1402

142x142px[ölü keçid]
142x142px[ölü keçid]
5 iyun 1341 - 1 avqust 1402
Yorklu Eduard

(2. York hersoqu)

1402–1415

162x162px[ölü keçid]
162x162px[ölü keçid]
1373 - 25 oktyabr 1415
Yorklu Eduardın vəfatı və qardaşıKonisburqlu Riçardın edamından sonra hersoqluq bir müddət boş qaldı. AncaqYorklu RiçardınVI Henri tərəfindən bağışlanmasınınardından ünvan yenidən təsis olundu.
Yorklu Riçard

(3. York hersoqu)

1415–1460

205x205px[ölü keçid]
205x205px[ölü keçid]
21 sentyabr 1411 - 30 dekabr 1460
Eduard Plantagenet

(4. York hersoqu)

1460–1461

139x139px[ölü keçid]
139x139px[ölü keçid]
28 aprel 1442 - 9 aprel 1483
Eduard Plantagenet1461-ci ildəIV Eduard adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi.

İkinci təsisi (1474-1483)

[redaktə |vikimətni redaktə et]
HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləri
Şrusberili Riçard

(5. York hersoqu)

1474–1483

17 avqust1473 -1483
  • Anna Moubrey

Üçüncü təsisi (1494-1509)

[redaktə |vikimətni redaktə et]
HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləri
Henri Tüdor

(6. York hersoqu)

1494-1509

28 iyun1491 -28 yanvar1547
Henri Tüdor1509-cu ildəVIII Henri adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi.

Dördüncü təsisi (1605-1625)

[redaktə |vikimətni redaktə et]
HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləri
Karl Stüart

(7. York hersoqu)

1605-1625

19 noyabr 1600 - 30 yanvar 1649
Karl Stüart1625-ci ildəI Karl adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi.

Beşinci təsisi (1633/1644-1685)

[redaktə |vikimətni redaktə et]
HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləri
Ceyms Stüart

(8. York hersoqu)

1633/1644-1685

14 oktyabr1633 -16 sentyabr1701
Ceyms Stüart doğuşdan York hersoqu idi ancaq bu ünvan rəsmi olaraq1644-cü ildə ona təsis edildi.1685-ci ildəII Ceyms adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi.

Altıncı təsisi (1892-1910)

[redaktə |vikimətni redaktə et]
HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləri
Şahzadə Corc

(9. York hersoqu)

1892-1910

3 iyun1865 -20 yanvar1936
Şahzadə Corc1910-cu ildəV Corc adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi.

Yeddinci təsisi (1920-1936)

[redaktə |vikimətni redaktə et]
HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləri
Şahzadə Albert

(10. York hersoqu)

1920-1936

14 dekabr1895 -6 fevral1952
Şahzadə Albert1936-cı ildəVI Corc adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi.

Səkkizinci təsisi (1986-davam edir)

[redaktə |vikimətni redaktə et]
HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləri
Şahzadə Endryu

(11. York hersoqu)

1986-davam edir

19 fevral1960

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Scarisbrick, J. J. (1997). Henry VIII (2nd ed.). Yale University Press. ISBN 0300071582.
  • Gregg, Pauline (1981), King Charles I, London: Dent
  • Callow, John, The Making of King James II: The Formative Years of a King, Sutton Publishing, Ltd, Stroud, Gloucestershire, 2000. Page

İstinadlar

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=York_hersoqu&oldid=7805421"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp