Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Yaponiyanın xarici siyasəti

Vikipediya, azad ensiklopediya

YaponiyaABŞ arasında ikitərəfli etimad (təhlükəsizlik) müqavilələri əsasındamöhkəmlənmiş münasibətlər Yaponiyanın xarici siyasətinin bünövrəsini təşkil edir.Yaponiya-ABŞ əlaqələri müharibədən sonrakı dövrdə sürətlə inkişaf etməyəbaşlamışdır. Yaponiya ABŞ ilə əlaqələrini gücləndirməyə və qorumağa səygöstərməklə yanaşı, beynəlxalq ictimaiyyətə də əhəmiyyətli dərəcədə yardım edir.YaponiyanınQərbi Avropa ölkələri ilə münasibətləri Yaponiya-ABŞ əlaqələri qədəryaxın deyildir. Lakin güclü və tarazlaşdırılmış üçtərəfli əlaqələrə duyulan ehtiyacYaponiyanınAvropa ilə əlaqələrini qüvvətləndirmək məcburiyyəti ilə üzləşdirmişdir.YaponiyanınAsiya-Sakit Okean regionuna daxil olan ölkələrlə əlaqələri sadəcəcoğrafi şərtlərlə deyil, eyni zamanda mədəni və tarixi yaxınlıqla da ölçülür. Çoxsaylıyapon şirkətlərinin xarici ölkələrdə fəaliyyət göstərməsi, Cənub Şərqi AsiyaDövlətləri Cəmiyyətinə (ASEAN) üzv olan ölkələrdən Yaponiyaya ixracın sürətləartması, Yaponiya ilə Asiya-Sakit okean bölgəsi arasında insan mübadiləsinin hissedilən dərəcədə yüksəlməsi ilə Yaponiyanın son illərdə qeyd olunan regionlamünasibətlərini xüsusilə yaxınlaşdırmışdır. Bu şərtlər çərçivəsində iqtisadi sahədənüfuzlu qüvvəyə malik olan Yaponiyanın Asiya-Sakit Okean bölgəsində inkişaf vətarazlığın təmin edilməsində fəal iştirakı labüddür.Rusiya ilə əlaqələri gəlincə, Yaponiya bu ölkə ilə "şimal əraziləri" problemini həlletməklə sülh müqaviləsi imzalamağa çalışır. Yaponiyanın fikrincə, yalnız bundansonra iki ölkə arasında münasibətlər tam normallaşacaqdır. Bununla yanaşı, YaponiyaRusiyada islahatların həyata keçirilməsinə müvafiq yardım göstərməyə çalışır.Hatoyama Hökumətinin xarici siyasət xəttinə gətirdiyi digər təşəbbüs "Şərqi Asiyaİttifaqının" yaradılması ilə bağlı olmuşdur. Əsas məqsədi Yaponiyanın qonşuları iləyaxşı münasibətləri planlayan bu təklifin Avropa İttifaqı ideyasından ilham alındığıfikirləri səslənir. Baş Nazir təyin edildikdən dərhal sonra ilk səfərləriniÇin,CənubiKoreyaya edən və bir sıra Şərqi Asiyada keçirilən yüksək səviyyəli tədbirlərdə iştirakedən Hatoyamanın fikrincə sabiq Baş Nazir Koizumi dövründə lazımsız olaraqpisləşdiyi üçün xüsusilə Çin və Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılmasınıvacib hesab etmişdir. Bu məqsədlə ortaya atılan Şərqi Asiya İttifaqının yaradılmasıkonseptual olaraq gözəl səslənməsinə baxmayaraq, təşəbbüsün təfsilatına gəlincə DPJHökuməti müəmmalı davranır. Yaxın keşmişə nəzər salsaq, LDP Hökumətinin güclüolduğu zamanlarda Baş Nazir Koizumi eyni şəkildə bu ideyanı yaymağa cəhdgöstərmiş, hətta Xarici İşlər və İqtisadiyyat, Ticarət və Sənaye Nazirlikləri buistiqamətdə Şərqi Asiya dövlətləri arasında şərqi asiya cəmiyyətinin qurulmasıtəklifinin gücləndirilməsi üzrə mьxtəlif təkliflər ilə çıxış etmişdilər. Hər nə qədər BaşNazir Hatoyama çıxış etdiyi xarici siyasi xətti LDP meylindən uzaq tutmaq istəsə də,bir çox təkrarlar və oxşarlıqların davam etdirilməsi qaçınılmaz görünür.

Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Yaponiyanın_xarici_siyasəti&oldid=7768674"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp