
Yaponiyada idman —Yaponiya mədəniyyətinin əsas hissələrindən biri.
Ölkədə mütəmadi olaraq beynəlxalq idman tədbirləri təşkil edilir. Onlardan ən nüfuzlusu Olimpiya Oyunları olmuşdur. Belə ki,1964-cü ildə YaponiyanınpaytaxtıTokio şəhərindəYay Olimpiya Oyunları keçirilmişdir. Bundan sonra Yaponiya iki dəfə dəQış Olimpiya Oyunlarına ev sahibliyi etmişdir:1972-ci ildə Sapporoda və1998-ci ildə Naqanoda[1].
1981-ci ildən2004-cü ilə qədər Yaponiya futbol üzrəQitələrarası Kubokun keçirildiyi məkan olmuşdur. Bu ölkəCənubi Koreya ilə birlikdə2002-ci ildəFutbol üzrə dünya çempionatına ev sahibliyi etmişdir[2].
Ənənəvi idman növü olansumo Yaponiyanınmilli idman növü hesab edilir[3].
Ölkədə yapon döyüş sənətləri olancüdo,karate vəkendo ilə məşğul olan xeyli insan var.

Meyci islahatından sonra Yaponiya bir çox qərb idman növü ilə tanış olmuşdur və bu idman növləriölkənin təhsil sistemi vasitəsilə yayılmağa başlamışdır[4].
YaponiyaAsiyanın ən uğurlureqbi komandasına malikdir: Reqbi üzrə Asiya çempionatını hamıdan çox — 6 dəfə qazanmış, yenicə təşkil olunmuş Reqbi üzrə Sakit okean dövlətləri çempionatının2011-ci ildə qalibi olmuşdur.2019-cu ildə Yaponiyada Reqbi üzrə dünya çempionatı keçiriləcək[5].
Tokio2020-ci ildə ikinci dəfəYay Olimpiya Oyunlarına ev sahibliyi edəcək və nəticədə Yay Olimpiya Oyunlarına iki dəfə ev sahibliyi edən ilkAsiya şəhəri olacaq[6].
Beyzbol hazırda ölkədə ən məşhuridman növüdür. Yaponiyanın ən üst peşəkar beyzbol liqası olan "Nippon Peşəkar Beyzbolu" (NPB)1936-cı ildə təşkil edilmişdir[7].
1992-ci ildə Yaponiya Peşəkar Futbol Liqasının (J. Liqası) qurulmasından bərifutbol da populyarlıq əldə etmişdir[8].
Yaponiya milli futbol komandasıAsiyanın ən müvəffəqiyyətli futbol komandalarından biridir: Asiya Kubokunu 4 dəfə – 1992, 2000, 2004 və 2011-ci ildə qazanmışdır[9], 2001-ci ildə isəFİFA Konfederasiyalar Kubokunun finalçısı olmuşdur. Bundan əlavə, Yaponiyanın qadınlardan ibarət milli futbol komandası2011-ci ildə dünya çempionu olmuşdur[10].
Qolf da Yaponiyada məşhur idman növüdür[11].
Ölkədə Super GT seriyası avtoyarışları və Formula Nipponformula yarışları keçirilir[12].
YaponiyaNBA-da birbasketbolçu ilə –Yuta Tabuse ilə təmsil olunur[13].