Kimiqayo (yap.君が代, adətən "İmperatorun hakimiyyəti" kimi tərcümə edilir) —Yaponiya dövlət himni. Himnin sözləri dünyanın ən qədim himnlərindən sayılır. 11 sıra və 32 xarakterdən ibarət olunan "Kimi qa yo" həm də dünyada ən qısa himnlərdən biridir. Himnin sözləriHeyan dövründə (794–1185) yazılanvaka şeiridir,[1] və cari melodiyası 1880-ci ildə seçilmişdir, 11 il əvvəl ibarət qeyri-populyar melodiyanı əvəz edir. "Kimi qa yo" adətən "İmperatoru Əlahəzrət hakimiyyəti" kimi tərcüməsinə baxmayaraq, himnin adı və ya sözlərinin rəsmi tərcüməsi qanunla müəyyən edilməmişdir.[2]
1888-ci ildən 1945-ci ilə kimi, "Kimi qa yo"Yaponiya imperiyasının milli himni kimi xidmət etmişdir. İmperatorluqİkinci dünya müharibəsinin sonunda təslim olub və ləğv onduğu zaman,Yaponiya Dövləti 1945-ci ildə onu əvəz etmişdir. Bu varis dövlətparlament demokratiyası idi və hökumət buna görə də imperiya suverenliyi əsasından məşhur suverenlik sisteminə dəyişdi. İmperatorHirohito hakimiyyətdən qovulmadı, və "Kimi qa yo"de-fakto milli himn kimi qaldı. 1999-cu ildə "Milli bayraq və himn haqqında akt" qanunu himni rəsmi etdi.
Yaponiyanın Amerika tərəfindən işğalı zamanı, Müttəfiq Dövlətlərin Ali Baş Komandandanından Yaponiya hökumətinin "Kimi qa yo"-nun istifadəsinin məhdudlaşdırması üçün heç bir direktivləri yox idi. Bu Hinomaru bayrağının istifadə məhdudlaşdırılmasına verilən qaydalardan fərqli idi.[3] Məktəblərdə "Kimi qa yo"-nu müdafiə təhsili və vətənpərvərliyi təbliğini istifadə etmək təşviqi ilə yanaşı, milli yayım şirkəti olanNHK, öz verilişlərinin əvvəlində və sonunda himni istifadə edirdi.[4]
1999-cu ildə Yaponiyanın milli simvolHinomaru və "Kimi qa yo"-nu seçildi vəMilli bayraq və himn haqqında akt qəbul edildi. Qanunun keçidiHiroşimada məktəb direktorunun intiharından qaynaqlanmışdır. Direktor onun məktəb idarə heyəti və müəllimləri arasındaHinomaru və "Kimi qa yo"-nun istifadə mübahisəni həll edə bilmədiyi üçün intihar etmişdir.[5]
2000-ci ildə Baş nazirKeyzo Obuçi YaponiyandaHinomaru və "Kimi qa yo" rəsmi simvolları etmək üçün, qanun layihəsinin hazırlanması haqqında qərar verdi. Onun Kabinetin Baş Katibi,Hiromu Nonaka, imperatoruAkihitonun tacqoyma mərasimin 10 illiyinə kimi qanunvericilik prosesinin başa çatmasını istəyirdi.[6] Hər iki rəmzlərin rəsmi edilməsi üçün qanunvericiliyin qəbul olunması, ilk dəfə deyl idi. 1974-cü ildə, Yaponiyaya 1972-ci ildəOkinavanın qaytarılması və 1973-cü ildə neft böhranı fonunda, Baş nazirTanaka Kakuei hər iki rəmzlərin rəsmiləşdirməsi üzrə qanun yaratmaq istəyirdi.[7]
İkinci dünya müharibəsinin sonundan sonra, Yaponiya Təhsil Nazirliyi məktəblərdəHinomaru və "Kimi qa yo"-nu istifadəsini təşviq etmək üçün bəyanatlar və qaydalar yaratmışdır. İlk bəyanat 1950-ci ildə çıxmışdır; bəyənatda hər iki rəmzlərin istifadəsi arzuolunan olsa da, lakin məcburi deyl idi. Bu istək sonra rəmzlərin milli bayram və təntənəli tədbirlər zamanı, tələbələrə milli bayram və müdafiə təhsilini təşviq etmək üçün genişlənmişdir.
1999-cu ildə TV Asahi tərəfindən aparılan sorğuya görə, yaponların əksəriyyəti Yaponiya himniniMilli bayraq və himn haqqında aktdan da mühüm qəbul edir.[8] Lakin, eyni ildə Mayniçi Şimbun tərəfindən aparılan sorğuda, respondentlərin əksəriyyəti "Kimi qa yo"-nu himn edilmə qanunvericiliyinə qarşıdır və ya Parlamentin belə bir qanunun qəbul etməsinə daha çox vaxtı lazımdır.[9] Giriş və məzuniyyət mərasimlərində himni oxuyan yapon tələbələrin əksəriyyətinə görə, onlar köhnə dildə lirikanı dərk edə bilmir və himnin tarixi istifadəsi üzrə təhsil almayıblar.[10] Məktəb tədbirlərində himnin istifadə edilməsi mübahisələri hələ də mövcuddur.
Kimiqayo va Çiyo ni yaçiyo ni Sazare-işi no Ivao to narite Koke no mısı made
Hökmranlıq edə biləsən Min, səkkiz min nəsil davam edəsən Çay daşlarından Qayalara artanadək Sulu mamır ilə
İngilis professoru Basil Hol Çemberleynin ingiliscə poetik tərcüməsi[13]
Thousands of years of happy reign be thine; Rule on, my lord, until what are pebbles now By ages united to mighty rocks shall grow Whose venerable sides the moss doth line.
Məktəblər himni və milli bayraq üzrə mübahisə mərkəzi olmuşdur.[14] Tokio Təhsil İdarə Heyəti onların yurisdiksiyası altında, tədbirlərdə himn və bayrağın istifadəsini tələb edir. Nizama əsasən məktəb müəllimləri hər iki simvola hörmətlə yanaşmalı yoxsa onlar işlərini itirmək riskini yaradır.[15] 1999-cu ildəHiroşimada Hiroşima Təhsil İdarə Heyətinin xəbərdarlığına baxmayaraq, bir neçə müəllim himni səsləndirməkdən imtina etmişdi. Onların arasında yaranmış gərginlik, məktəb direktorunun intiharına səbəb olmuşdu. 2010-cu ildəOsakada oxşar hadisə də, 32 müəllim himni səsləndirməkdən imtina etmişdi. 2011-ci ildə daha 9 müəllim, 2012-ci ildə isə 8 müəllim üsyana qoşulmuşdu.[16] Osakanın meriHaşimoto Toro müəllimləri hədəfləyib, onları "cinayətkar" adlandırmışdı.[17] Bəziləri idarə həyətininBirləşmiş Millətlər TəşkilatınınÜmumdünya insan hüquqları bəyannaməsinin vəYaponiya konstitutsiyasının pozulmasında ittiham edib, etiraz etmişdilər.[18] Lakin, idarə həyəti məktəbin hökumət orqanları olduğundan, onların əməkdaşlarının tələbələrə yaxşı Yaponiya vətəndaşlıq öyrətmək öhdəliyini vurğulamışdı. Müəllimlər onlara Yaponiya himni və bayrağının təqdis etdirməyinə görə, Tokio qubernatoruŞintaro İşihara və yüksək vəzifəli rəsmilərə qarşı uğursuz cinayət şikayəti etmişdir.[19] Əvvəlki müxalifətdən sonra,Yaponiya Müəllimlər Birliyi bayraq və himninin istifadə qəbul etmişdir; kiçik olan Bütün Yaponiya Müəllim və Kollektivi Birliyi hələ də rəmzlərin məktəb sistemi daxilində istifadəsinə qarşıdır.[20]
2006-cı ildə Tokioda təqaüdçü müəllim, Katsuhisa Fucita,İtabaşi Liseyində məzuniyyət mərasimi zamanı, iştirakçıları himn zamanı oturmağa səsləndirdiyindən, 200,000 yen məbləğində cəza almış və azadlıqdan məhrum etmə ilə hədələnmişdir.[21] Fucitanın cəzasına qədər, 345 müəllim himnə aid tədbirdə iştirakı rədd etdiyi üçün cəzalandırılsa baxmayaraq, Fucita himnlə bağlı məhkum edilmiş yeganə insandır.[22]