Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Yalnız almanlar üçün

Vikipediya, azad ensiklopediya
Üzərində "Nur für Deutsche" yazısı olan skamya.Taqanroq,SSRİ, 1942-ci il.


"Yalnız almanlar üçün" (alm.Nur für Deutsche‎) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi.[1][2][3][4]

Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının,NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.[1][2][3][4]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Černý, Jan."Filipíny po katastrofě a násilí ruských vojáků v Evropě v roce 1945". Český rozhlas Plus. Český rozhlas. 24 noyabr 2013.20 may 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:20 may 2023.
  2. 12Skalský."Soužití Čechů a Němců na Znojemsku". České národní listy. Křesťanskosociální hnutí ve spolupráci s Kruhem občanů ČR vyhnaných v r. 1938 z pohraničí. iyun 2008.20 may 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:20 may 2023.
  3. 12Bór-Komorowski, Tadeusz.Armia podziemna(polsky). Bellona. 2009. səh. 108.ISBN 978-83-11-11617-7.
  4. 12"Nur fur Deutsche!"(polsky). Przewodnik Katolicki.25 aprel 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:20 may 2023.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Yalnız_almanlar_üçün&oldid=7056833"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp