Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Yaşar Kamal

Vikipediya, azad ensiklopediya
Yaşar Kamal
türk.Yaşar Kemal
Doğum adıKemal Sadık
Doğum tarixi6 oktyabr1923(1923-10-06)[1][2][…]
Doğum yeri
Vəfat tarixi28 fevral2015(2015-02-28)[1][3][…](91 yaşında)
Vəfat yeri
Vəfat səbəbibir neçə orqan çatışmazlığı sindromu
Dəfn yeri
Fəaliyyətissenarist, romançı, jurnalist, şair, hekayə yazıçısı[d], yazıçı, tərcüməçi
Fəaliyyət illəri1943–2015
Əsərlərinin dilitürk dili[5]
Tanınmış əsərləri
MükafatlarıFəxri Legion ordeninin yüksək rütbəli zabiti "Fəxri Legion" ordeni komandoru
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaşar Kamal (türk.Yaşar Kemal, əsl adıtürk.Kemal Sadık Gökçeli;6 oktyabr1923[1][2][…],Göyçədam[d],Türkiyə28 fevral2015[1][3][…],İstanbul[4]) —kürd əsilliTürkiyə yazıçısı.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Yaşar Kamal 1923-cü ildə Adananın Osmaniyə ilçəsinin Həmitə kəndində dünyaya gəlib. Orta məktəbdə oxuyarkən şifahi xalq yaradıcılığı ilə maraqlanmağa başlayıb. O dövrdə şeirləri Adana "Xalqevi"nin nəşri olan "Görüşlər" dərgisində çap edilib. Orta məktəbdə sonuncu sinifdə oxuyarkən məktəbi yarımçıq tərk etmək məcburiyyətində qalaraq, fəhlə, düyü tarlalarında suvaran, müəllim, kitabxanaçı kimi işlərdə çalışıb. Eyni zamanda "Ülke", "Kovan", "Millet", "Beşpınar" jurnallarında şeirləri nəşr olunub.

1951-ci ildəİstanbula gələrək "Cumhuriyet" qəzetində müxbir işləməyə başlayıb. "Dünyanın ən böyük təsərrüfatında yeddi gün" başlıqlı reportajına görə Qəzetçilər Cəmiyyətinin Xüsusi Uğur Mükafatına layiq görülüb.

İlk romanı "İncə Məmməd" ilə 1955-ci ildə "Varlıq" roman mükafatını qazanıb. 1974-cü ildə "Dəmirçilər Çarşısı Cinayəti" adlı əsəri Madaralı roman mükafatına layiq görülüb. "Yer dəmir, göy mis" əsəriFransada 1977-ci ildə Ədəbiyyat tənqidçiləri sindikatı tərəfindən ilin ən yaxşı xarici romanı seçilib. "Binboğalar əfsanəsi" 1979-cu il yay dönəmi üçün Böyük Ədəbiyyat jürisi tərəfindən seçilən kitablar arasında yer alıb. 1982-ci ildə beynəlxalq Del Duca mükafatına layiq görülən Yaşar Kamal, 1984-cü ildə FransanınFəxri legion ordeni ilə təltif edilib. Əsərləri 39 dilə tərcümə olunub.

Yaşar Kamal 28 fevral 2015-ci ildə vəfat edib.[6]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 1234Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 12Yaşar Kemal //Brockhauz Ensiklopediyası (alm.).
  3. 12Yasar Kemal //Encyclopædia Britannica (ing.).
  4. 12Archivio Storico Ricordi. 1808.
  5. 12https://www.cumhuriyet.com.tr/kultur-sanat/turkcenin-ruzgar-tanrisi-yasar-kemal-98-yasinda-1874716.
  6. "Məşhur yazıçı vəfat etdi".2015-03-07 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2015-03-07.
 Bu şablona bax 
  Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
BIBSYS90208373 ·BNCa11839193 ·BNEXX823303 ·BNF11909573m ·CiNiiDA04694706 ·EGAXAvtls001988131 ·GND119015072 ·ICCUCFIV021584 ·ISNI00000001212722810000000368639890 ·LCCNn79106138 ·NKCjn19990004259 ·NLA35623562 ·NLG71252 ·NLPa0000002901995 ·NSK000175182 ·NTA068844921 ·NUKATn97010686 ·PTBNP982136 ·LIBRIS193261 ·SUDOC026947366 ·VIAF34458659 ·WorldCat VIAF34458659
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Yaşar_Kamal&oldid=7630972"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp