Yüksək səviyyəli domenlər (ing.Top-level domain (TLD) —DNS iearxiyasında ən yuxarı səviyyədə olan domenlərdir. Top - level domenlər aşağı səviyyədəki domenlərin tərkib hissəsidir. Məsələn, www.example.com domenində .com top level domendir.
İlk dəfə olaraqICANN təşkilatı tərəfindən yüksək səviyyəli 250domen yaradılmışdır. Bunlardan 243-ü ölkələrə məxsus yüksək səviyyəli milli domenlər və 7-si yüksək səviyyəli ümumi istifadəli domenlərdir. Domenlər ingilis hərflərindən, rəqəm və defisdən ibarət ola bilər. Defis adın əvvəlində və axırında gələ bilməz, domen adın minimum uzunluğu zonadan asılı olaraq 2-3-simvol, maksimal uzunluğu isə 63 olmalıdır[1].
Hazırda milli domenlərin ümumi sayı 250-dir. Onların sayıISO 3166-1 beynəlxalq standartı kimi qəbul edilən dövlətlərin iki hərfli koduna uyğun gəlir. ccTLD kateqoriyasından olan domenlərə ölkələrinİnternet kodları tətbiq edilir. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. AZ domeniISO 3166-1 beynəlxalq standartına müvafiq olaraq Azərbaycan Respublikasının rəsmi iki hərfli kodudur.
2005-ci ildən sponsorlaşdırılan yüksək səviyyəli 10 domen (sTLD) ICANN tərəfindən razılıq əldə etdi. BunlaraTRAVEL,JOBS,CAT,ASIA,MOBI,TEL,MUSEUM,AERO,COOP aiddir. Zonalar və icazə verilən domen adları haqqında məlumatı www.ICANN.org/tlds/ ünvanından əldə etmək olar. gTLD, sTLD və məhdud istifadəli yüksək səviyyəli domenlərin siyahısı cədvəl 2, 3 və 4-də verilmişdir.[2]