Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Xromon

Vikipediya, azad ensiklopediya
Xromon
Ümumi
Kimyəvi formuluC₉H₆O₂[1]
Molyar kütlə0 kq[1]
Təsnifatı
CAS-da qeyd. nöm.491-38-3
PubChem10286
RTECSGB7887000
ChEBI72013
ChemSpider9866

Xromon piran həlqəsində əvəzolunmu ketoqrup ilə benzopiranın törəməsidir. Bu maddə kumarin izomeridir. Xromonun törəmələri “xromon” kimi məlumdurlar. Bütün xromonlar olmasa da, çoxları fenilpropanoidlərdir.

Ümumi

[redaktə |vikimətni redaktə et]

Xromonlar təbii birləşmələrdir. Onlar benzol və g-piron həlgələrin kondensləşməsi nəticəsində əmələ gəlirlər. Öz təbiətinə görə onlar flavonoid və kumarınə çox yaxındır. Kumarinlər kimi xromonlar da oksi-, metoksi-, alkoksi-, alkil və başqa törəmələr əmələ gətirir. Xromonlar furan həlqəsi ilə kondensləşəyək furanxromonlar əmələ gətirirlər. Bunlardan tibbdə geniş istifadə olunur. Məsələn furanxromonlar – kellin və visnaqin - fructus ammi visnagae bitkinin meyvələrdə var.Hal hazırda 50-dən çöx xromon törəmələri məlumdur, bunların arasında benzoxromonlar və pirnoxromonlar rast gəlinir. Xromonlar mirta və kərəviz və s. toxumlarında tapılmışdır. Xromonların müəyyənləşməsi üçün onların UB işıqda sarı və yaşılsarı rəngi ilə fluoressensiya qabiliyyəti istifadə olunur. Bu qabiliyyəti gələvi ilə emalı gücləndirilir. Bəziləri isə kumarinlər kimi mavi, qəhvəyi və sarı-qəhvəyi rənglıdırlər. Onları diazotlaşdırılmış sulfanil turşusu köməklə ilə fərgləndirmək olar. Çunki xromonlar onlar ilə rəngli birləşmələr əmələ gətirmirlər. Flavonoidlə fərqli olaraq xromonlar bor və limon turşusu ilə reaksiyaya girmirlər. Onlar eyni zamanda udulma spektrləri ilə fərqlənirlər.

Xromonların miqdarının təyini

[redaktə |vikimətni redaktə et]

Xromonların miqdarı təyinn edilməsi üçün fotokolorik və spektrofotometrik metodlardan istifadə edilir. Xammaldakı kellinin tərkibini təyin etmək üçün xromatospektrofotometrik üsulu işlənib hazirlanmışdir.

Alınması

[redaktə |vikimətni redaktə et]

Elmi tibbdə əsasən fructus ammi visnagae bitkinin meyvələrdən alınmış kellin spazmolitik vasitə kimi istifadə edilir. Eyni zamanda müəyyən edilmişdir ki, xromonlar bakteriyalar qarşi, allergiyaya qarşı və analgetik təsir qüvvəsinə malikdirlər.

Mənbə

[redaktə |vikimətni redaktə et]

http://pharmspravka.ru/biologicheski-aktivnyie-veschestva/hromonyi/hromonyi.htmlArxivləşdirilib 2019-09-07 at theWayback Machine

  1. 12CHROMONE (ing.).
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Xromon&oldid=7984790"
Kateqoriya:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp