XPeng Inc. | |
---|---|
![]() | |
![]() | |
Ümumi məlumatlar | |
Sənaye | avtomobil sənayesi |
Təsis tarixi | 15 avqust2014 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı | 14 min nəfər (2021) |
Ana şirkət | Guangzhou Xiaopeng Motors Technology |
xpeng.com xiaopeng.com | |
![]() |
XPeng Inc. və yaXPeng Motors (Çincə 广州小鹏汽车科技有限公司;PinyinGuangzhou Xiao Peng Qi Che Ke Ji You Xian Gong Si)Çin avtomobil şirkətidir. Şirkət "ağıllı" elektrikli avtomobillər (o cümlədənavtonom avtomobilləri) istehsal edir. XPeng eyni zamanda avtomobillərin servisi və icarəsi, enerji doldurma stansiyalarının işlənməsi, avtonom idarə sistemləri, proqram təminatları,lidarların istehsalı ilə məşğuldur. 2014-cü ildə təsis edilmişdir, baş ofisiQuançjouda yerləşir.[2][3]
2014-cükün iyununda He Xiaopeng (UCWeb-ənin təsiscisi və keçmişAlibaba Group idarəçisi), Xia Heng və He Tao (keçmişGAC Group işcisi), eləcə dəLei Jun (Xiaomi-nin təsiscisi) tərəfindən təsis olunub. 2017-ci ilin oktyabrında XPeng öz ilk modeli olan G3 krossoverinin serial istehsalına başladı.[4]
2019-cu ilin noyabrında şirkətin strateji investoruXiaomi oldu.[5] 2020-ci ilin iyununda şirkətin P7 sedanının istehsalı başlandı və bu modelZhaoqing zavodunda hazırlanıb. Bundan əvvəl şirkət avtomobilləriniHaima Auto zavodlarında istehsal edirdi.[6]
XPeng 2021-ci ildə ilk dəfəNorveç bazarına daxil olaraq elektrikli avtomobillər ixrac etməyə başladı. 2021-ci ilin yekununda şirkət 98 min avtomobil satıb, bu da Çinin yeni enerji mənbələri ilə çalışan avtomobil bazarında 3%-lik pay deməkdir.[7]
XPeng-in montaj zavodlarıZhaoqing (200 min avtomobil illik),Quançjouda (100 min avtomobil illik) vəWuhan (100 min avtomobil illik) şəhərlərində yerləşir. Şirkətin ofisləriPekin,Şanxay,Mountain View (ABŞ),San Diego vəAmsterdamda vardır.
XPeng Azərbaycan — XPeng şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi və distribütoru. Şirkət2023-cü ildə Bakı şəhərində təsis edilmişdir və elektrik avtomobillərinin satışı və servisi ilə məşğuldur.[8][9]
Azərbaycanda təqdim olunan modellər:
Şirkət Azərbaycanda enerji doldurma stansiyaları şəbəkəsinin yaradılmasını planlaşdırır və gələcəkdə yerli avtomobil bazarında liderlik etməyi qarşısına məqsəd qoymuşdur.
Avtomobil haqqında olan bu məqalə bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şirkət haqqında olan bu məqalə bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin. |