Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Xorvatiya

Vikipediya, azad ensiklopediya
Xorvatiya Respublikası
Republika Hrvatska
BayraqGerb[d]
BayraqGerb[d]
Lijepa naša domovino
Bizim gözəl vətənimiz
Himn: 
Rəsmi dilixorvat dili
Etnik qruplarıxorvatlar -90,4%, serblər -4,4%
PaytaxtZaqreb-687 min (2015-ci il)
45°48′ şm. e. 16°00′ ş. u.HGYO
Ən böyük şəhəriZaqreb -686min, Split -178min, Riyeka -128min sakin (bütün məlumat- 2011 il)
İdarəetmə formasırespublika
PrezidentZoran Milanoviç [19.II.2020 ~]
Baş nazirAndrey Plenkoviç [19.X.2016 ~]
SahəsiDünyada 127-ci
  Ümumi56594 km²
  Su sahəsi (%)1
Əhalisi
  Əhali (2015)4 380 min nəfər (128-ci)
  Siyahıyaalma (31.III.2011)4 290 612 nəf.
  Sıxlıq77 nəf./km²
ÜDM(AQP)
  Ümumi (2014)88,5 milliard dollar (86-cı)
  Adambaşına20 900 dollar (81-ci)
Valyutaavro (EUR)
İnternet domeni.hr
ISO koduHR
Telefon kodu385
Saat qurşaqları
Nəqliyyatın yönüsağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Xorvatiya

Xorvatiya (xorv.Hrvatska) və ya rəsmi adı iləXorvatiya Respublikası (xorv.Republika Hrvatska) — Mərkəzi və Cənub-şərqiAvropada, qismənBalkan yarımadasının qərbində yerləşən dövlət. Xorvatiya şimal-qərbdəSloveniya, şimal-şərqdəMacarıstan, şərqdəSerbiya, cənubdaBosniya və Herseqovina, cənub-şərqdəMonteneqro ilə həmsərhəddir. Ölkənin qərbindəAdriatik dənizinin sahilində yerləşir və bu dəniz vasitəsiləİtaliya ilə dəniz sərhədinə malikdir. Paytaxtı və ən böyük şəhəriZaqreb şəhəridir. Xorvatiya keçmişYuqoslaviyanın tərkibinə daxil olmuş və 1991-ci ildə müstəqillik qazanmışdır. Ölkə həmçinin 1992-ci ildənBMT-nin,Avropa Şurasının,ATƏT-in, 2009-cu ildənNATO-nun və 1 iyul 2013-cü ildənAvropa Birliyinin üzvüdür. İdarəçilik formasıparlamentli respublikadır.

Tarix

[redaktə |vikimətni redaktə et]

Xorvatlar digərcənub slavyanları kimiBalkan yarımadasınaVII əsrdə gəldilər vəIX əsrdə xristianlığı qəbul etdilər.1091-ci ildə Xorvat kralı II Stepanın ölümündən sonra Xorvatiya torpaqları Macarıstan kralı I Latslo tərəfindən işğal edildi. Bu tarixdən etibarən Macarıstanla olan birlik 800 il davam etdi. Bu birlik dövründə özparlamenti olan Xorvatiyada idarəetməni batır titulu daşıyan kralın yerli nümayəndəsi həyata keçirirdi.Varna (1444) və ikinci Kosovo (1448) döyüşləri nəticəsindəOsmanlı dövləti Xorvatiyanın cənub hissəsini hakimiyyəti altına aldı.Mohaç döyüşündə (1526) Macarıstan kralı Lajos məğlub oldu və Xorvat torpaqlarının böyük hissəsi Osmanlı hakimiyyəti altına keçdi.XVI əsrin sonlarına qədər Xorvatiyasancaq bəyləri tərəfindən idarə edildi.1583-cü ildə əyalət statusu alaraq bəylərbəylərinin idarəsinə verildi.

Vyana döyüşündən sonra Osmanlı dövlətinin Avropada geriləməsindən faydalananAvstriya Xorvatiya torpaqlarını işğal etdi (1697). Osmanlıların bölgəni tərk etmələrindən sonra Xorvat torpaqları xüsusilə Xorvat olmayan əsilzadələrə verildi.XVIII əsrin sonlarına doğru Avstriyanın mütləqiyyətçi idarəsi Macar və Xorvat əsilzadələrini bir-birinə yaxınlaşdırdı. Xorvat parlamenti1790-cı ildə Macar parlamentinin xeyrinə bəzi səlahiyyətlərindən imtina etdi.I Napoleon1805-ci ildə Xorvat və Sloven torpaqlarınıİlliriya əyalətinə qatdı, lakin 1813-cü ildə bu torpaqları itirdi.1822-ci ildə köhnə sərhədlərinə qovuşan Xorvatiya Macarıstan ilə əlaqələrini yenidən qurdu. Bölgə1849-cu ildəAvstriya torpaqlarına qatıldı. Xorvatiya1868-ci ildə muxtar statuslu Macar torpağı elan edilərəkXorvat-Sloven Krallığı adını aldı.

Xorvatiya xəritəsi

Birinci Dünya müharibəsindən sonra,29 oktyabr1918-ci ildə Xorvat parlamenti Avstriya və Macarıstan ilə olan əlaqələrini qopararaq müstəqilliyini vəSerb, Xorvat, Sloven Krallığına qoşulduğunu elan etdi. Bu krallıq daha sonraYuqoslaviya adını aldı.

İkinci dünya müharibəsi əsnasında YuqoslaviyanınAlmaniya tərəfindən işğal edilməsindən bir müddət sonra,10 aprel1941-ci ildəZaqrebdə müstəqil Xorvatiya dövlətinin qurulduğu elan edildi vəİtaliyayla Almaniya tərəfindən dərhal tanındı. Bu dövlətSloveniya,Bosniya və HerseqovinaDalmatiya əyalətinin bir hissəsini özündə birləşdirirdi.1945-ci ildə Zaqreb partizanların əlinə keçdi. Müharibədən sonra Xorvatiya Yuqoslaviyaya birləşdi.

1980-ci illərin sonlarında kommunist ölkələrindəki demokratikləşmə hərəkatı Xorvatiyaya da təsir etdi.1989-cu ildəSerbiya ilə Xorvatiya və Sloveniyanın əlaqələri pozuldu. Eyni il Xorvat Kommunist Partiyasının konqresində çoxpartiyalı sistemə keçmə qərarı alındı.1990-cı ilin aprelindəki seçkiləri Xorvat Demokratik Birliyi qazandı. Xorvatiya1991-ci ilin iyulunda müstəqilliyini elan etdi. Ardınca digər keçmiş Yuqoslaviya respublikaları da müstəqilliklərini elan etdilər. Yuqoslav ordusunun dəstəyini alan serblərSloveniya və Xorvatiyaya qarşı hücuma keçdi.1992-ci ildə Sloveniya, Xorvatiya və serblər arasında sülh təmin edildi.

Əhalisi

[redaktə |vikimətni redaktə et]

Əhalisi təxminən 3 871 803 nəfər olan Xorvatiyanın sahəsi 56 594 km²-dir. Əhali sıxlığı 85 nəfər/km²-dir. Ölkə əhalisinin 92%-nixorvatlar, 3%-ni isəserblər təşkil edir. Xalqın təxminən 79%-ikatolikdir. Əhalinin 60%-i şəhərlərdə yaşayır. PaytaxtZaqrebdən sonra əsas şəhərləriRijeka, Fiume,Zadar,SibenikDubrovnikdir. Ən nüfuzlu ali təhsil müəssisəsiZaqreb Universitetidir.

Ərazi

[redaktə |vikimətni redaktə et]

Ölkə ərazisi 20 jupaniyə (əyalət) bölünür.

2006-cı ilə əsasən Xorvatiyada şəhər statusuna 127 yaşayış məntəqəsi sahibdir.

Siyasət

[redaktə |vikimətni redaktə et]
  1. Xorvatiya Demokratik İttifaqı, lideri İ.Sanader.
  2. Xorvatiya Sosial-Liberal Partiyası - XSLP (1989). lideri İ.Sehok.
  3. Sosial-Demokrat Partiyası - Xorvatiya Demokratik İslahat Partiyası (1990), lideri İ.Raçan.
  4. Xorvatiya Kəndli Partiyası - XKP (1990). lideri Z.Tomçiç

İqtisadiyyat

[redaktə |vikimətni redaktə et]

Xorvatiyanın iqtisadiyyatı əkinçilik və sənayeyə söykənir. İqtisadiyyatıİkinci dünya müharibəsinin əvvəlinə qədər əkinçilik və maldarlığa əsaslansa da, müharibədən sonra sənaye sürətlə inkişaf etdi. Ölkənin müxtəlif yerlərində çıxarılan neft emal olunur. Zaqreb əhəmiyyətli sənaye mərkəzidir. Varazdin və Karlovakda toxuma, Petrinija və Koprivnicada qida, Sisakda dəmir-polad, Kutinada kimya sənayeləri inkişaf etmişdir. Gəmi nəqliyyatı və turizm əhəmiyyətli gəlir qaynaqlarındandır.1991-ci ildən başlayan vətəndaş müharibəsi turizmə böyük zərbə vurmuşdur.

Maraqlı faktlar

[redaktə |vikimətni redaktə et]
  • Xorvatiyanın Zadar şəhərində "Sea Organ" adlı dəlikli bir inşa var və hər dalğa vurduğunda bu inşa musiqi ifa edir.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
Xorvatiya mövzularda
Xorvatiya
⛭
EU members and candidates
⛭
Avropa Birliyi üzvü və üzvlüyə namizəd dövlətlər
Birlik üzvləri
EU members and candidates
Üzvlüyə rəsmi namizəd dövlətlər
Keçmiş üzvlər
⛭
İttifaq üzvləri
Namizəd ölkələr
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Xorvatiya&oldid=8481653"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp