Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Xitaylar

Vikipediya, azad ensiklopediya
Xitaylar

Xitaylar[1](çin.契丹,Pinyin=Qìdān;fars.ختن‎,Khitan),Kitanlar və yaKidanlar,IV əsrdə yaşayan və mənşələriMonqolustanMançuriyadan olan köçəriMonqol xalqı.OnlarLiao sülaləsiniQaraxitaylar dövlətini təsis ediblər.

Kidanlar dövləti

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Balhae
Qaraxitaylar dövlətinin ən geniş sərhədləri (1160-cı il)

V-VI əsrlərdə indikiMonqolustan,MancuriyaUzaq Şərq arası ərazilərdə bəziTürk,MonqolTunqus mənşəli tayfaların ittifaqı yarandı.İttifaq əsasında698-ci ildə Mancuriyada ilk dövlət qurumu olanBohay dövləti təşəkkül tapdı.Tədqiqatçılara görə bu qurum əsasən tunqus mənşəliMohe tayfasının dövləti idi. Lakin onu qədim türk tayfalarının qurumuSayanlar da vardır.924-cü ildəQaraxitaylar( əslində bu tayfanın adı Kitaydır.Çinin şimal əyalətlərindədə yaşadıqlarına görə əraziləri Kitay adlanırdı)Bohay dövlətini zəbt etdi.Sonrakı illərdə Kidanlara qarşı yerli tayfaların üsyanları oldu,və Kidanlar geri çəkilmək məcburiyyətində qaldılar.Bu vaxtUzaq ŞərqdəÇin mənbələrindəÇurçen adlandırılan bir tayfa da yaşayırdı. Bu tayfaSunqari,UssuriAmur çaylarının hövzələrində vəÇanbaşyan dağlarında yaşayırdılar.Mənbələrə görə onlar 72 tayfadan ibarət idilər. X əsrin əvvəllərində feodalAmbaqanQarakidan tayfalarını birləşdirərək,qüvvətli tayfa ittifaqı yaratdı.927-947-ci illərdə KidanlarÇinin şimalını işğal etdilər.Pekin şəhəri onların paytaxtı oldu.985-ci ildə Kidanlar Çurçenlərin yaşadığı ərazilərə qarət məqsədi ilə növbəti hərbi səfər təşkil etdilər.993-cü ildə bir mənbəyə görə 880 minlik Kidan ordusu Çurçenlərin şəhər və kəndləri dağıtdı.Çurçen tayfa ittifaqının başçısıŞilu Kidanlara qarşı mübarizəyə başladı.Onun oğluUqun-Ay (1021-1074-ci illər) qüvvətli dövlət yaratdı.Sonra onun yerinə keçən19 yaşlı oğluXelibo (1074-1092-ci illər) və varisiPolaşu (1092-1094-cü illər) vaxtında Çurçenlərin qüdrətli dövləti ortaya çıxdı.Çin mənbələrində bu dövlət "Qızıl imperiya" adlanır.Onlar1114-cü ildə Kidanları qovubŞimali Çindən çıxardılar.KidanlarYeloydaşı xanın başçılığı iləQaraxanilər dövlətinə hücuma keçdilər,Yeddi-Su əyaləti vəCənubiQazaxıstanı işğal etdi.Mənbələrə görə onların miqdarı 40 min çadır,yəni 200 min nəfər idi.1137-ci ildəYeloydaşı xanSəmərqənd,BuxaraXarəzmi işğal etdi.

Əsas məqalə:Katvan döyüşü
Katvan döyüşü(1141-ci il)

1141-ci ildə KidanlarMavəraünnəhrə daxil oldular.Bu dəfəSəlcuqsultanıSəncərQaraxanilərin tərəfini saxladı.Qaraxanilərin Səmərqənd hakimiMahmud xanSultan Səncərin birləşmiş qoşunlarıKatvan çölündə Kidanların ordusu ilə üz-üzə gəldilər.Vuruşma Səncərin məğlubiyyəti ilə bitdi və ordusundan 30 min nəfər döyüşçü öldürüldü. Səncər vəMahmud Tərməzə qaçdılar.Səncərin düşərgəsi və arvadıTürkan XatunQaraxitayların əlinə keçdi.

Dövlətin tənəzzülü və süqutu

[redaktə |vikimətni redaktə et]

1143-cü ildəYeloydaşı xan öldü.Onun oğlu yox idi,ona görə "qurxan" adı ilə hakimiyyətə əvvəlcə arvadı,sonra isə qızı keçdi.Belə bir şəraitdə bir tərəfdən qurxanın qohumları hakimiyyət uğrunda mübarizəyə başladılar,digər tərəfdən Kidanların hakimiyyətinə qarşı əyalətlərdə iğtişaşlar başladı. Nəticədə Kidanların hakimiyyəti zəiflədi.1208-ci ildəÇingiz xan tərəfindən məğlub edilmişNaymanlarYeddi-Su əyalətinə gəldilər, və Nayman hökmdarıKuçluk xan Kidan hökmdarıÇjuluxu(çin:楚魯甦) ilə ittifaqa girərək,Mavəraünnəhrin hakimiyyətə tabe olmayan yerli hakimlərinə qarşı mübarizəyə başladılar.LakinKuçluk yaxşı silahlanmış ordu yaratdıqdan sonra qurxana qarşı düşmən mövqe tutdu. OÜzkəndə hücum edərək qurxanın oradakı xəzinəsini ələ keçirdi.Daha sonraKuçlukBalasaqunu tutmaq istədikdə məğlub edilərək öldürüldü.1210-cu ildəXarəzmşah MəhəmmədSəmərqənd əyalətinin hakimiOsmanla birləşibYeddisu əyalətinə hücum etdi. Həmin ilin9 sentyabrında onların arasında qanlı vuruşma baş verdi,lakin heç bir tərəf qalib gələ bilmədi, və tərəflər döyüş meydanından çəkildilər.Kidanların ordusu Balasaquna gəldi.Lakin məlum oldu ki, şəhərin hakimi dəXarəzmşahla əlaqədədir. Kidan ordusu ona görə şəhəri 16 gün mühasirədə saxladı,şəhər alındıqdan sonra 3 günlük qarətə buraxıldı.Mənbələrdən aydın olur ki,bu qarət vaxtı şəhər əhalisisindən 47 min nəfər adam öldürülmüşdü.1210-cu il döyüşündən sonra Xarəzmşah öz ölkəsinə gəldi,və yeni hərbi səfərə hazırlaşmağa başladı.Osman da onun tərəfində idi. Bu vaxt OsmanXarəzmşah Məhəmmədin qızına evləndi.1219-cu ildəÇingiz xanın məşhur sərkədəsiSubutayBalasaqunu tutubQaşqara yaxınlaşdı,şəhəri ələ keçiribKuçluk xanın başını kəsdi.Beləliklə Kidan dövlətinə son qoyuldu.

Mənbə

[redaktə |vikimətni redaktə et]

Əsməd Muxtarova. Türk xalqlarının tarixi. Bakı, 2010.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Khitan." Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica Inc., 2012. Web. 26 Oct. 2012. <http://www.britannica.com/EBchecked/topic/316644/KhitanArxivləşdirilib 2014-02-09 at theWayback Machine>.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
Monqol tayfa və xalqları
Protomonqollar
Tarixi
Buryatlar
Şimal monqolları
Cənub monqolları
Qərb monqolları
(Oyrotlar)


  1 bir hissəsi və ya bütünlükləÇində yaşayan və "Çin monqolları" adı altında birləşdirilən etnoslar.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Xitaylar&oldid=8007665"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp