Windows Phone (WP) —smartfonlar üçünMicrosoft tərəfindənWindows Mobile[1][2] vəZune-un[3] əvəzinə yaradılmış mobil əməliyyat sistemləri ailəsi idi və artıq fəaliyyəti dayandırılıb.[4] Windows PhoneMetro dizayn dilindən ilhamlanaraq yeni bir istifadəçi interfeysi təqdim edirdi. Windows Mobile-dan fərqli olaraq, WP ilk növbədəistehsal bazarına deyil, istehlak bazarına yönəlmişdi.[5]
Windows Phone 7 ilk dəfə 2010-cu ilin oktyabr ayında təqdim edildi.[6] 2012-ci ildə WP 8 çıxdı və WP 7-ninWindows CE əsaslı kerneli dəyişdirilərək (xüsusiləWindows 8-dən olan komponentlərlə) PC-lərdə istifadə olunanWindows NT kerneli ilə əvəzlədi. Bu dəyişiklik səbəbindən əməliyyat sistemi əvvəlki WP 7 cihazlarına uyğun gəlmirdi, lakin tətbiqlərini hələ də dəstəkləyirdi. 2014-cü ildə MicrosoftWP 8.1 yeniləməsini çıxardı. HəmçininCortana adlı ağıllı assistenti vəWindows Runtime platformasını təqdim etdi. Bu platforma Windows PC-lər və WP-lər arasında platformlararası tətbiqləri yaratmağa imkan verdi.[7]
2015-ci ildəMicrosoftWindows 10 Mobile-ı təqdim etdi. BuPC ilə inteqrasiya və birləşmə imkanı təqdim edən bir platforma idi. Cihazları xarici ekran və yadocking stansiyası kimi tanıtmaq mümkün idi. Bunun sayəsində interfeys PC kimi göstərilə bilirdi. Microsoft PC-lər üçün yeni əməliyyat sistemi olan Windows 10-a fokuslanmaq üçün Windows Phone-u dayandırdı. Ancaq texniki baxımdan WP davam etdi və seçilmiş WP 8.1 cihazlara yeniləmələr təqdim edirdi.
Microsoft platfoma üçün olan yatırımlarınıNokia ilə olan tərəfdaşlığı ilə daha da genişləndirdi. "Nokia"nınLumia seriyası xüsusiləLumia 520 2013-cü ildə Windows Phone cihaz satışlarının əksəriyyətini təşkil etdi.[8] Microsoft Nokia-nın mobil cihaz bölümünü 7 milyarddollardan çox bir məbləğə alaraq öz tərkibinə daxil etdi. Bundan sonra Nokia-nın o zamankı CEO-suStiven Elop da Microsoft-a qoşuldu və şirkətin mobil bölməsinin rəhbəri oldu.
Android və iPhone-lar hələ də ən üstün platformalar kimi qalırdı. Buna görə də mobil tətbiq proqramçılarının Windows Phone-a olan marağı azaldı.[9] Microsoft 2016-cı ildə[10] Microsoft Mobile-ın işçilərini işdən azad etdi və Nokia-nın alınması ilə əlaqədar olaraq 7.6 milyard ABŞ dolları zərər etdiyini açıqladı.[11] Həmin dövrdə WP-nin bazar payı 1% -ə qədər düşdü.[12] Bu səbəbdən MicrosoftAndroid vəiOS ilə inteqrasiyaya önəm verməyə başladı[13]. Beləliklə 2017-ci ildə Windows 10 Mobile-ın aktiv inkişafını dayandırıldı.[14]