Vsevolod armudu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Vsevolod armudu | ||||
Beynəlxalq elmi adı | ||||
| ||||
|
Vsevolod armudu (lat.Pyrus vsevolodii) —bitkilər aləminingülçiçəklilər dəstəsiningülçiçəyikimilər fəsiləsininarmud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. Regional IUCN Statusu: VU D1.
7-8 m-ə qədər boyunda alçaq gövdəli ağacdır. Gövdəsinin qabığı tünd-boz rəngdədir. Yarpaqları uzunsov və ya ellipsvari, lanset formalı, kənarlardan tamdır, xırda tükcüklüdür. Saplağı nazik və çılpaq olub, yarpaqdan yarım dəfə qısadır. Meyvələri yumru və xırda, meyvə saplağı meyvədən 1-2 dəfə uzun olub, tükcüklüdür. Yetişmiş meyvələri tutqun, göyümtül rəngdə olur.
Aprel–may aylarında çiçəkləyir. Meyvələri avqust-sentyabrda yetişir. Tozlanması entomofildir. Quraqlığa davamlıdır, əhəngli torpaqlarda yaxşı bitir.
Böyük Qafqazın Quba sahəsində (Şabran rayonu, Taxtalar kəndi və Xızı rayonu, Altıağac kəndi) yayılmışdır.
Ehtiyatı azdır. Tək-tək və qrupla rast gəlinir.
Meyvələri yerli əhali tərəfindən toplanır, gəmiricilər və quşlar tərəfindən yetişmədən əvvəl yeyilir. Mal-qara otarılması təbii bərpanı çətinləşdirir.
Altıağac Milli Parkında mühafizə olunur.