Vladiqafqaz (rus.Владикавказ, 20 iyul 1990-cı ilə qədərOrconikidze (Орджоникидзе),inquşБуро[2],oset.Дзæуджыхъæу,noq.Капкай; tarixi Azərbaycandilli mənbələrdəVələdiqafqazaz.-əski.ولادى قفقاز)[3] —Şimali Osetiyanın paytaxtı, Rusiyanın cənubunda şəhər. 2015-ci ilə görə əhalisi 308.190 nəfərdir.
Vladiqafqaz adıPavel Potemkinin burada tikdirdiyi qalaya verdiyirus dilindəVladey Kavkazom (rus.Владей Кавказом) adından qaynaqlanır. Bu barədə general Potemkin qalanın əsasının qoyulduğu 25 aprel 1784-cü ildə yazdığı raportda bildirir. Şəhər 1931–1944 və 1954–1990 illərdə Orconikidze, 1944–1954-cü illərdə isəCaucikau adlandırılıb.
ŞəhərŞimali Qafqazda, Terek çayının hər iki sahilində, Dəryal dərəsindən 30 km aralı yerləşir. VladiqafqazdanGürcüstan hərbi yolu başlanğıcını götürür.
İqlimi mülayimdir. Qışı sakit, yayı uzun lakin yağıntılı keçir. Yanvarın orta temperaturu −1,9 °C, iyul ayının orta tempraturu +20,7 °C təşkil edir.
Vladiqafqazın əsası qala kimi 1784-cü ildə Gürcüstan hərbi yolunun tikintisi vəRusiya imperiyası iləGürcüstan arasında bağlanmışGeorgiyevsk traktatının imzalanması ilə əlaqədar Dəryal dərəsində tikilib. Rəsmi versiyaya əsasən qalainquş kəndi olan Zaur vəya Zaurkovun ərazisində salınıb. Başqa məlumatlara görə bu yerdə Kapkay adlı osetin kəndi yerləşirdi, lakin bu məlumat həqiqətə uyğun olmadığına görə təsdiqini tapmayıb.1860-cı ildən etibarən şəhər statusunu alıb. 1863-cü ildən 1920-ci ilə qədər Rusiya imperiyasınınTerek vilayətinin mərkəzi olub. XX əsrin əvvəllərində Vladiqafqaz bolşevik inqilabi hərəkatının mərkəzlərindən biri olub.