Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Vitruvius insanı

Vikipediya, azad ensiklopediya
Bu adın digər istifadə formaları üçün bax:Vitruvi (dəqiqləşdirmə).
Leonardo da VinçininVitruvius insanı

Vitruvius insanı (ya daVitruvian insanı) — məşhur rəssamLeonardo da Vinçinin gündəliklərindən birində, qeydlərinin yanında çəkdiyi eskizdir.1492-ci ildə çəkmişdir. Məşhur Roma memarı və yazıçısıMarcus Vitruvius Pollionun (e.ə. 80-15) “De Architectura” əsərində izah etdiyi nisbətlərdən ilhamlanaraq hazırlandığı üçün “Vitruvius insanı” adlanır.

Şəkildə, iç-içə bir dairənin və bir kvadratın ortasında çəkilmiş, açıq və qapalı vəziyyətdə əzalarını üst-üstə qoyan çılpaq bir adam təsvir edilmişdir. Bu rəsm və yanında olan qeydlər çox vaxt “nisbətlər qanunu” və ya daha az “insanın nisbətləri” adlanır. Venesiyadakı Gallerie dell'Accademia sərgisində nümayiş etdirilir.

Leonardo da VinçininVitruvian insanı İntibah dövründə çəkilmiş elm və sənət nümunəsidir. Bu Leonardonun nisbətlərə qarşı hiss etdiyi marağın bir sübutudur. Bundan əlavə, rəsm Leonardonun insanla təbiəti bir-biri ilə əlaqələndirmə-birləşdirmə işi üçün də bir dönüş nöqtəsidir.“Britannica” ensiklopediyasına görə, Leonardo “insan bədənini kainatın fəaliyyətinin bir analogiyası (bənzətməsi)” olduğunu düşünürdü. Bununla birlikdə, Leonardonun maddi varlığı kvadrat, mənəvi varlığı bir dairə olaraq simvollaşdırdığı və insanın iki cəhətini bu şəkildə ifadə etdiyinə inanılır.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Vitruvius_insanı&oldid=6997807"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp