Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Vismar

53°53′33″ şm. e. 11°27′54″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Vismar
Hansestadt Wismar
BayraqGerb[d]
BayraqGerb[d]
53°53′33″ şm. e. 11°27′54″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulubXIII əsr
Sahəsi
  • 41,72 km²(2017)[2]
Mərkəzin hündürlüyü17 m[3]
Əhalisi
Əhalisi
  • 44.022 nəf.(2023)[4]
Rəqəmsal identifikatorlar
Telefon kodu+49 3841
Poçt indeksi23966, 23970, 23952
Nəqliyyat koduHWI, WIS
Digər
wismar.de
Xəritəni göstər/gizlə
Vismar xəritədə
Vismar
Vismar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vismar (alm.WismarWismar[ˈvɪsmaʁ],Wismer ) -Almaniyada (Meklenburg-Qərbi Pomeraniya əyaləti )Baltik dənizi sahillərindəliman şəhəri. Şimal-Qərb Meklenburq regionunun bir hissəsidir. Hanzanın ilk və ən zəngin şəhərlərdənbiri olan Vismar,UNESCO-nun qorumasında olan kərpic Qotik üslubunda malikanələr və məbədləri olan tarixi mərkəzə malikdir.

41.36 km² ərazini əhatə edir. 31 dekabr 2013-cü il tarixinə əhalinin sayı 42 219 nəfərdir[5] .

Rəsmi kod13 0 06 000- dır.

Tarix

[redaktə |vikimətni redaktə et]

Vismar, ehtimal ki,Vishemir adı iləPolabiya slavyanlarının məskəni olaraq meydana gəlib. XIII əsrin birinci yarısında şəhər adını aldı. 1259-cu ildə dəniz quldurlarından qorunmaq üçünRostokLübek ilə ittifaq bağlamaqlaHanzanın böyüməsinə səbəb oldu. Orta əsrlərdə Vismar siyənək və pivə ticarəti sahəsində ixtisaslaşmış, əlavə olaraq burada həm də parça hazırlanırdı. Hanza Liqası ilə bağlı məsələlərə sakinlərin ümumi yığıncaqlarında qərar verilirdi.

Vismar amma öz bayrağına sahib olmaq hüququ kimi sərbəst şəhərlərə məxsus haqqları özündə saxlayırdı. 1257-dən 1358-ə qədər şəhər Meklenburq knyazlarının rezidensiya yeri idi. 1376-cı ildəQara ölüm şəhərdə əhalinin xeyli hissəsini məhv etdi. Hanzanın digər şəhərləri kimi Vismar da Amerikanın kəşfindən sonra ticarət yolları Atlantikaya keçdiyindən öz əvvəlki əhəmiyyətini itirməyə başladı.

İqtisadi tənəzzülotuz illik müharibə ilə başa çatdı.1648-ciildə VestfaliyaBarışına görə Vismar, İsveç Pomeraniyasının bir hissəsi oldu və isveçlilərin Baltik dənizinin cənub sahilindəki ən böyük qalasına çevrildi.

1803-cü ildə İsveç şəhəri 100 il sonra geri qaytarmaq hüququnu saxlamaqlaMeklenburq sülaləsinə 1.258.000 Reyxstaler pul əvəzində icarəyə verdi. Sonradan VismarAlman imperiyasının de-fakto hissəsi olsa da, İsveç hakimiyyəti 1903-cü ilə qədər şəhərin itirilməsi ilə barışmadı.

Dornier təyyarə şirkətinin zavodlarının yerləşdiyi şəhərİkinci Dünya müharibəsi illərində Müttəfiqlərin bombardmanı nəticəsində çox zərər gördü.ADR illərində Vismar ölkənin ikinci ən vacib (Rostokdan sonra) dəniz limanı hesab olunurdu. Xüsusilə limandankalium gübrələri daşındı.

Vismar və qonşuŞtralzundun tarixi mərkəzləri 2002-ci ildə YUNESKO-nunDünya İrsi Saytı elan edildi.

1 iyul 2011-ci ildən etibarən şəhər Şimal-Qərb Meklenburq bölgəsinin bir hissəsidir . Ondan əvvəl, əraziyə tabe olan bir şəhər statusu almışdı.

Görməli yerləri

[redaktə |vikimətni redaktə et]

Vismarın ürəyi Bazar Meydanıdır. Sonrakı tikililər arasında 1380-cü ilə aid kərpicdən tikilən "Qoca İsveçli" binaları fərqlənir. Orta əsrlər evləri belə adı yalnız 1878-ci ildə bu adda bir otel açıldıqda almışdır.

Meydanın ortasında 1602-ci ildə Philip Brandin çertyojlarına əsasən Hollandiya İntibahı üslubunda 12 tərəfli pavilyon quruldu. 1897-ci ilə qədər Wasserkunst adlanan pavilyon su paylama nöqtəsi kimi xidmət edirdi, oradan 220 yaşayış və 16 ictimai binaya su verilirdi.

Müharibədən əvvəl Vismar Məryəm Kilsəsi, kərpic Qotika üslubunda tikilmiş ən böyük Şimali Alman kilsələrindən biri idi. Onun memarı Yohann Grot Lübekdəki Məryəm Kilsəsinin üç ölçülü bazilikasını bir model olaraq götürmüşdü. 1945-ci ilin aprel ayında hava hücumu zamanı əsas bina böyük zərər gördü. Dağıntılar ancaq 1960-cı ildə əsaslı şəkildə partladıldı. XVI-XVII əsrlərə aid 9 kilsə zənginin asıldığı kilsədən yalnız hündür bir qüllə (81 m) salamat qalıb. Burada, 1647-ci ildə 5×5 m ölçülü bir yığım saatı qurulmuşdu.

Müqəddəs Nikolayın sağ qalan kilsəsi 1381-1487-ci illərdə tikilmiş, Məryəm Kilsəsi kimi üç neflibazilika olaraq qurulmuşdu. Orta nef 37 metr hündürlükdədir, bu orta əsr Almaniyasında dördüncü ən yüksək göstəricidir.

Əhali

[redaktə |vikimətni redaktə et]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb.
İlSayı
201342.219
201744.587[6]
İlSayı
201742.906[2]
201842.550[7]
İlSayı
201942.550[8]
202142.785[9]
İlSayı
202243.878[10]
202344.022[4]

Qardaş şəhərlər

[redaktə |vikimətni redaktə et]

Rəsmi qardaş şəhərlər[11] :

Qalereya

[redaktə |vikimətni redaktə et]
  • Nordic Yards Wismar Gəmiqayırma zavodu
    Nordic Yards Wismar Gəmiqayırma zavodu
  • "Qoca İsveçli"
    "Qoca İsveçli"
  • Su paylama pavilyonu
    Su paylama pavilyonu
  • Məryəm Kilsəsi
    Məryəm Kilsəsi
  • Nikolay kilsəsinin daxili
    Nikolay kilsəsinin daxili

Qeydlər

[redaktə |vikimətni redaktə et]
  1. 12ArchINFORM (alm.). 1994.
  2. 12Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2018 (4. Quartal).Federal Statistical Office.
  3. https://it-ch.topographic-map.com/map-rszvcz/Wismar/?zoom=19&center=53.89175%2C11.46615&popup=53.89193%2C11.4661.
  4. 12Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2023 (alm.).DESTATIS, 2024.
  5. Statistisches Landesamt M-V — Bevölkerungsentwicklung der Kreise und Gemeinden 2013 (31.12.2013.xlsArxivləşdirilib 2014-10-11 at theWayback Machine)
  6. https://www.wismar.de/B%C3%BCrger/Aktuelles/Statistik.
  7. https://www.destatis.de/DE/Themen/Laender-Regionen/Regionales/Gemeindeverzeichnis/Administrativ/Archiv/GVAuszugQ/AuszugGV3QAktuell.html;jsessionid=E7C29FA9464072B60C759C0F1996121C.internet731.
  8. https://www.statistikportal.de/de/produkte/gemeindeverzeichnis.Federal Statistical Office.
  9. register of German municipalities (4th quarter 2022) (alm.).DESTATIS, 2023.
  10. Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2022 (alm.).DESTATIS, 2023.
  11. Partnerschaften mit anderen Städten in Europa — Sinn und Zweck von StädtepartnerschaftenArxivləşdirilib 2016-03-05 at theWayback Machine (alm.)
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
  • Baedecker. Deutschland. Verlag Karl Baedeker, 2002.ISBN 3-8297-1004-6
  • Bernd Wurlitzer - Meklenburq-Vorpommern. 5 aktualisierte Auflage. DuMont Reiseverlag, Köln, 2004.ISBN 3-7701-3849-X
  • Weltgeschichte-Daten Fakten Bilder- Georg Westermann Verlag; Braunschweig 1987-ISBN 3-07-509036-0
YUNESKO-nun bayrağıYUNESKO-nunÜmumdünya irsi,
obyekt№ 1067
ing.rus.fr.
⛭
1.000.000+
500.000+
200.000+
100.000+
50.000+
25.000+
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Vismar&oldid=6731433"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp