Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Viruslar

Vikipediya, azad ensiklopediya
Bu məqalədəki məlumatlarınyoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyəetibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçünməqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqalənivikiləşdirmək lazımdır.
Lütfən, məqaləniümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Viruslar
Elmi təsnifat
Ranqsız:
Viruslar
Beynəlxalq elmi adı
  • Virus
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  10239
EOL  5006

Virus (lat.virus — "zəhər") — ən sadə canlı orqanizmdir. Çox vaxt canlı yox, yarı-canlı orqanizm olaraq qəbul edilir. 1892-ci ildə D. İ. İvanovski sübut edib ki, bu kiçik hissəciklər asanlıqla kiçik məsamələrdən keçə bilirlər. Ona görə bunlara viruslar və ya süzülən viruslar adı verildi. Əksər viruslar irsi materialdan və qoruyucu örtük olan kapsiddən təşkil olunmuşdur.

Ensefalit,qızılca,quduzluq,tütün mozaikası və s. RNT tərkibli viruslardır.

Virusların xaricdən örtənzülal örtüyükapsid adlanır.

Virusun RNT-si zülal örtüyünün (yəni kapsidin) içərisində yerləşir.

Viruslar həmprokariot, həm dəeukariotmikroorqanizmlərdən bir sıra əlamətlərinə görə fərqlənirlər ki, bunlar aşağıdakı əlamətlərdir:

  • 1. Viruslar ancaq bir tipli nuklein turşusuna (DNT ya da RNT) sahibdirlər.
  • 2.Hüceyrə quruluşu yoxdur.
  • 3. Böyümə və ikiyə bölünmə qabiliyyətinə malik deyillər.
  • 4. Xüsusi metabolik sistem yoxdur.
  • 5. Öz tərkib hissəsinin hesabına deyil, sahib hüceyrənin hesabına çoxalır.
  • 6. Xüsusi zülalını sintez etmək üçün sahib hüceyrənin ribosomundan istifadə edir.
  • 7. Genetik parazitdir. Viruslar ekosistemdə demək olar ki, hər yerdə mövcuddurlar. Viruslarımikrobiologiyanın bir bölməsi olanvirusologiya öyrənir. Virusların sahib hüceyrədən kənar formasıvirionlar kimi adlanır. Virus hissəcikləri adətən 2, yaxud 3 hissədən ibarət olur:
  • 1. Genetik informasiyanı daşıyanDNT, yaxudRNT-dən təşkil olunmuş genetik material
  • 2. Bəzi hallarda genləri əhatə edən protein qatı
  • 3. Proteinləri əhatə edən lipid təbəqəsi. Bütün viruslar Vira aləmi altında birləşdirilir. Tərkibində olan nuklein turşusunun tipinə görə 2 yarım aləmə ayrılır: DNT tərkibli viruslar vəRNT tərkibli viruslar. RNT tərkibli viruslar riboviruslar, DNT tərkibli viruslar isə dezaksiriboviruslar kimi tanınırlar.

RNT tərkibli viruslara aşağıdakı qrupları misal göstərmək olar: Ortomyxoviridae (qrip virusları), Paramyxoviridae (buraya qızılca, epidemik parotit və digər viruslar daxildir), Rhabdoviridae (quduzluq, vezukulyar stomatit və s.), Retroviridae (QİÇS virusu və s.), Picornaviridae (enteroviruslar, Ahepatit virusu və s.), Reoviridae (reoviruslar, rotoviruslar) və digərləri.

DNT tərkibli viruslar qrupuna isə Poxviridae (məs:təbii çiçək virusu, çiçək vaksini virusu və b.), Herpesviridae qrupu (sadə herpes, su çiçəyi, sitomeqaliya virusları və s.), Hepadnoviridae (insanın B hepatit virusu), Adenoviridae (insanın adenovirusları), Parvoviridae (adenoassosiyalaşmış viruslar) və digər qruplar daxildir.

Virusları spiralvari və sferik formalardan başlamış müxtəlif mürəkkəb quruluşlara qədər geniş miqyasda dəyişirlər. Ümumiyyətlə, virusların orta ölçüsü bakteriyaların orta ölçüsünün təxminən yüzdə birinə bərabərdir.

⛭
Təbiətin elementləri
Kainat
Yer
Hava (meteorologiya)
Ətraf mühit
Həyat
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Viruslar&oldid=7815790"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp