Bu səhifə Vikipediyanın təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin müzakirə olunması üçün nəzərdə tutulub. Bu səhifədə yalnız Vikipediyanın təkmilləşdirilməsi istiqamətində məsələlər müzakirə olunur və elanlar qeyd olunur.
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Salamlar. Son bir neçə ildir davam edən və öz həllinə çatmayan məsələlərdən biriAzərbaycan Vikimediaçıları İstifadəçi Qrupunun İdarə heyətinin formalaşdırılması məsələsidir. Bir çox istifadəçi bu məsələ ilə bağlı fikirlərini bildirib İdarə heyətinin formalaşdırılmasını istəsələr də, həm fikir ayrılıqlarına, həm də müəyyən dərəcədə passivliyə görə məsələ həll olunmamış qalıb. Hazırda mən də daxil olmaqla oflaynda aktiv olan bir sıra istifadəçilər qəti şəkildə bu məsələnin həll olunmasını istəyirlər. Hazırkı vəziyyəti nəzərə aldıqda İdarə heyətinin formalaşdırılmasını istəyiriksə, proses bir neçə mərhələdən ibarət olmalıdır:
I mərhələ: qaydaların yazılması və hazırkı üzvlər arasında keçirilən səsvermə ilə qəbul edilməsi;
II mərhələ: qəbul olunan qaydalar əsasında üzvlük sisteminin dəyişdirilməsi və yeni sistemə görə üzvlərin təsdiqlənməsi;
III mərhələ: qəbul olunan qaydalar əsasında istifadəçi qrupunun üzvlərinin iştirakı ilə İdarə heyətinin üzvlərinin seçilməsi.
İstifadəçi qrupunun idarə heyəti ilə bağlıqaydalar yazılmış olsa da, həmin qaydalar heç vaxt qəbul olunmayıb, təkmil deyil və boşluqlar nəzərə çarpır. Həmin qaydalar əsasında idarə heyəti formalaşdırmaq mümkün deyil. Hazırda mən digər aktiv istifadəçilərlə də məsləhətləşərək daha təkmil olan qaydalar üzərində işləyirəm. Bu qaydalar idarə heyətini və istifadəçi qrupuna üzvlüyü əhatə edir. Konsepsiya bundan ibarətdir ki, bundan sonra istifadəçi qrupuna üzvlük şərtləri gətiriləcək və həmin tələbləri qarşılayan istifadəçilər müraciət əsasında istifadəçi qrupunun üzvü kimi təsdiqlənəcəklər. Yəni sadəcə imza atmaq istifadəçi qrupunun üzvü olmaq üçün kifayət etməyəcək. İstifadəçi qrupunun üzvləri də anonim səsvermə ilə İdarə heyətini seçəcəklər. Qaydaların qaralama versiyası iləburadan tanış ola bilərsiz (Etherpad linki, redaktə də edə bilərsiz).
Dediyim kimi, qaydalar üzərində bir az da işləmək lazımdır. Qaydaları təkmilləşdirmək üçün geniş tərkibdə görüşə bilərik və ya təklifləri olanlar burada da öz fikirlərini bildirə bilərlər. Məsələn, İdarə heyəti üçün seçkilərin formatı müzakirə mövzusu ola bilər. Əleyhinə/lehinə səslərlə səsvermə də mümkündür, amma hər seçicinin namizədləri sıraladığı (məsələn, 7 namizəd var, ən çox seçilməsini istədiyin namizədi 1-ci yerdə göstərirsən, ən az seçilməsini istədiyini 7-ci yerdə) və ən çox bal alan 5 namizədin seçildiyi format da qəbul oluna bilər. Qaydalar üzərində iş tam başa çatdıqdan sonraI mərhələyə start veriləcək və istifadəçi qrupunun hazırkı üzvlərinin iştirakı ilə səsvermə başlayacaq. İki səsvemənin olması planlaşdırılır: istifadəçi qrupuna üzvlük üçün ayrı, idarə heyəti haqqında ayrı səsvermə. Hazırkı təklifi və konsepsiyanı dəstəkləyənlərLehinə şablonu ilə fikirlərini bildirsələr çox yaxşı olardı. Düşünürəm ki, bu məsələnin üstünə düşmək üçün onsuz da xeyli gecikmişik, amma daha da gecikə bilərik və xüsusilə, oflaynda aktiv olan və olmuş hər bir istifadəçinin məsələyə münasibət bildirməsi vacibdir.Sousou noFrieren17:23, 15 iyun 2025 (UTC)Cavabla
Lehinə dəstəkləyirəm; istifadəçi qrupunun yaradıcısı olmaq, əməyi keçmək heç kimi AWUG-nin "əsas şəxsi" və ya "fəxri lideri" mövqeyinə gətirmir. Həm üzvlük üçün müəyyən şərtlər, həm də təsis edilib fəaliyyət göstərəcək idarə heyəti şəxsləri üçün istifadəçi qrupu üzvlərinin etimadını almaq önəmlidir. İstifadəçi qrupu kifayət qədər öhdəliklərə sahib qurumdur. Gələcəkdə daha da böyümə potensialı da var, belə bir qurumun davamlı halda eyni bir neçə şəxslərin əlində qalması uyğun deyil. Hörmətlə,Qədir (müzakirə)21:42, 15 iyun 2025 (UTC)Cavabla
Lehinə: Uzun müddətdir məsələ ilə bağlı fikirlər səsləndirilsə də, dəqiq addımlar atılmamışdı. Bu baxımdan təşəkkür edirəm, @İstifadəçi:White Demon. Qaralama versiyası ilə tanış oldum, qeyd etdiyin kimi, bəzi məqamlarda müzakirəyə ehtiyac olduğu qənaətindəyəm. Amma ümumilikdə, məncə, aydın və konkret yanaşılıb. Düşünürəm ki, layihə qəbul olunduqdan sonra da zamanla müəyyən əlavələr və düzəlişlər olacaq. --RüfətHəsənli06:55, 18 iyun 2025 (UTC)Cavabla
Lehinə Qaydalara mütləq bəzi dəyişikliklər edilməlidir və yekun qaydalar müzakirə əsasında və səsvermə ilə qəbul olunmalıdır. Mən yenə də öz fikirimdə qətiyəm. İlk öncə qaydaların hazırlanması üçün müvəqqəti komitə yaradılmalıdır. Komitə qaydaları tam hazır edəndən sonra səsvermə başladılmalıdır qaydalar üçün. Qaydalar qəbul olunduqdan sonra isə idarə heyətinin seçilməsi məsələsinə baxmaq lazımdır. Mənim üçün vacib məsələ qaydalardır. --Patriot (müzakirə)07:04, 18 iyun 2025 (UTC)Cavabla
LehinəWhite Demon təşəbbüs üçün minnətdaram. Təbii ki, dəstəkləyirəm ideya müəllifi olaraq. Bu proses zamanı səsvermə müddətini öncədən müəyyən edib fonddan onların alətindən istifadə üçün icazə almağı düşünürəm. Artıq iki ildi danışıram onlarla bu barıdı sadəcə zamanı müəyyən etməliyik ki, həmin alətdə o müddətdə heç bir səsvermə olmasın. --eldarado(müzakirə |fəaliyyət |meta səhifəsi)02:05, 21 iyun 2025 (UTC)Cavabla
White Demon, təşəbbüsünüz üçün təşəkkür edirəm, gözəl və yerində oldu. Mənə sadəcə maraqlıdır ki, idarə heyəti üzvlərinin tədbirlərdə iştirakı necə tənzimlənəcək? Hər tədbir üçün istifadəçiləri bu heyətmi seçəcək? Qaydalara nəzər yetirəcəm. Hörmətlə,Qədir (müzakirə)21:42, 15 iyun 2025 (UTC)Cavabla
Hazırda təkcə CEE Meeting üçün vəziyyət belədir. Nadir hallarda da Vikimaniya üçün ola bilər. Qalan tədbirlərə müraciət fərdi baş verir onsuz da, istifadəçi qrupu baxmır. İdarə heyəti öz arasında müzakirə yolu ilə və ya səsvermə ilə seçə bilərlər, bu artıq onların işi olacaq.Sousou noFrieren12:14, 16 iyun 2025 (UTC)Cavabla
@ChanisCaucasi, @White Demon, aydındır, təşəkkür edirəm. Yəqin həmin idarə heyəti üzvü də digər namizədlər kimi normal prosedurla müraciət edəcək və elə dəyərləndiriləcək. Qrupun seçdiyi layihələrdə iştirak ilə bağlı namizədlik üçün yəqin ki üzvlük şərt olacaq. Bir də eyni anda heyətdən neçə nəfəri seçə biləcəklər? Hörmətlə,Qədir (müzakirə)14:17, 16 iyun 2025 (UTC)Cavabla
White Demon, bir neçə məqamla bağlı fikrini öyrənmək istərdim:
İdarə Heyətindən uzaqlaşdırma halları ilə bağlı qeyd etmisən ki, 3 nəfər üzvün ortaq rəyi olarsa, bu baş tuta bilər. Hər hansı konflikt və s. halında qərəzli olaraq belə rəylərin verilməsi hallarının baş verə biləcəyini düşünürəm. Yəni, böyük bir icmanın həlledici qərarı üçün 3 nəfər olduqca kiçik say deyilmi?
Birinci məsələdən yola çıxaraq ümumiləşdirsəm, düşünürəm ki, müxətlif həlledici qərarların qəbulunda müəyyən bir faiz və ya say şərtləri qoyulmalıdır ki, həmin qədər istifadəçilər lehinə və ya əleyhinə səs verməklə qərara obyektiv təsir edə bilsinlər. Bir də azvikidə də şahidi oluruq ki, bəzi səsvermələrdə sadəcə dəvətlə və ya qərəzli şəkildə əleyhinə/lehinə səs verirlər. Bu baxımdan seçki və mühüm qərarların qəbulunda istifadəçilərdən mövqeyini əsaslandırmaq tələb olunmmalıdır deyə düşünürəm.
İdarə heyətinin il ərzində minimum 200 redaktə etməli olduğunu qeyd etmisən. Zənnimcə, bu sayı artıra bilərik. Çünki İdarə Heyətində olduğu üçün onsuz da əvvəldən aktiv və təcrübəli istifadəçi olmalıdır. 200 redaktə belə istifadəçilər baxımından bir il üçün az görünür sanki. (Yenə də sadəcə təklifdir bu.)
Bir məqamda tam aydın olmadı. İstifadəçi Qrupunun əsas öhdəliklərindən biri kimi, təbii olaraq, müxtəlif oflayn görüş və tədbirlərin, eyni zamanda onlayn layihələrin hazırlanmasının təmini yazmış və belə bir vəzifə qeyd etmisən. Hazırda azvikidətədbir təşkilatçısı hüququna malik istifadəçi qrupu var. Bu iki vəfənin işi arasındakı fərq nədən ibarətdir?
Haqlısan, qərəzli hallar ola bilər, bu rəqəmi 4-ə də qaldıra bilərik elə isə. Mən düşünmürəm ki, 4 nəfər də eyni anda sırf qərəzə görə bir nəfəri uzaqlaşdırarlar. Hər halda idarə heyəti üzvlərini biz seçirik və elə insanlar seçməliyik ki, ədalətli olsunlar və qərəzli davranmasınlar.
Qaydaların qəbul olunması ilə bağlı səsvermə yoxsa idarə heyətinə üzvləri seçmək üçün səsvermə? Ümumiyyətlə, mən də qatılıram ki, səs verəndə əsaslandırmalısan, amma bunu praktikaya tökmək çətindir. Qərəzli davranan istifadəçi bir bəhanə tapıb nəsə də yaza bilər və deyəcək ki, mənim əsaslandırmam budu.
Əslində mən 500 qeyd etmişdim, 200 yox. Kimsə düzəliş edib. Bəli, artıra bilərik bunu.
İdarə heyətinin üzvlərinin istifadəçi hüquqları ilə əlaqəsi yoxdur. İnzibatçı olmayan şəxs də idarə heyətinin sədri ola bilər. Layihə koordinatorunun o da hüquqa ehtiyacı yoxdur. O, hüquq yenidir və hələki tətbiq sahələri mənə də aydın deyil.
2. Tək heyət seçkiləri deyil, ümumən, qayda qəbulu və s. Yaxud gələcəkdə nəsə önəmli qərarların qəbulunda nəzərdə tuturdum. Yəni, səsverməyə ehtiyac ola biləcək hallarda. --RüfətHəsənli20:52, 18 iyun 2025 (UTC)Cavabla
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Salam, yuxarıdakı mərhələdə artıq qaydaları formalaşdırdıq və dəyişiklikləri icma olaraq dəstəklədik. İndi isə artıqI mərhələyə başlayırıq və qaydaları rəsmi olaraq təsdiqləyirik. Mən Metadan istifadəçi qrupunun üzvlərinə ümumi mesaj göndərəcəm və09 iyul 2025-ci ildə səsverməni başladaq. Qaydalarbu səhifədədir. Onların rəsmiləşdirilməsi isəburada aparılacaq.--Turkmenmüzakirə05:51, 7 iyul 2025 (UTC)Cavabla
Şərh: Sualımı burda da yazmaq istədim ki, hamı görsün. Səsvermə səhifəsində istifadəçilər əsasən səs verib çıxırlar. Qaydalar nə üçün "AR-ın Əmək Məcəlləsi"nə istinadən tərtib olunur? Üzvlərin şəxsiyyət vəsiqələrinin toplanıb kopyasının alınması da əlavə olunsun o zaman qaydalara, bununla dəqiqləşdirilsin vətəndaşlıqları :) hanı bəs azərbaycandilli vikipediya anlayışı? Dəyişdi artıq? Bundan əlavə qaydalar niyə müzakirəyə çıxmadan səsverməyə çıxıb? Hörmətlə --eldarado(müzakirə |fəaliyyət |meta səhifəsi)07:13, 15 iyul 2025 (UTC)Cavabla
@Eldarado, mən ümumiyyətlə sizin gedişata mane olmağa çalışdığınızı düşünürəm.
İlk olaraq yuxarıda "hide" olunmuş mətni açaraq orada qayda ilə bağlı müvafiq təklifin və müzakirənin oduğunu görə bilərsiniz. Bu çox asandır. İkincisi "istifadəçi qrupu"nun keçirəcəyi tədbirlərin yer təyinatı əsasən Azərbaycan ərazisidir və bu səbəbdən buradakı əmək fəaliyyəti "AR qanunları" ilə tənzimlənir. Belə xırda şeyləri nəzərə almaq pis deyil. Əksinə gələcəkdəki problemlərin qarşısını alacaq.
Həmçininburada da başqa bir cavabı hamıya məlum olan sual vermisiniz. Ən azından əleyhinə olmamışdan əvvəl birinci sual verib aydınlaşdırmaq lazım idi. Orada White Demon sizə izah etsə də, yenə də eyni şeyləri deməyə davam edirsiniz.
Bir neçə gün əvvəl sizə İQ-nin saytında müvafiq hüquqlar üçünyazmışam. Siz isə hüquqları verməkdən boyun qaçırırsınız və izah verməyimə baxmayaraq, yenə izah istəyirsiniz. Üstəlik saytda özünüzün də elə böyük fəaliyyətiniz yoxdur, cəmi 55 redaktəniz var. Mən anlamıram ki, siz orada tək bürokrat olanda nə olacaq? İQ üzvü olan aktiv istifadəçilərin oradahesabları yoxdur. Onlara hesablar yaradılmalı və müvafiq hüquqlarla təmin edilməlidirlər. Üstəgəl orada Nemoralis olmasa sayt demək olar ki, işlək deyil. Orada əlavə 7 bürokrat olmağına maneə olan nədir?
Həmçinin İQ-nin essesinəburadakı dəyişiklikliyiniz də göstərir ki, ümumiyyətlə İQ-nin işlək vəziyyətə gəlməyi yox, tutduğunuz statuslar sizin üçün maraqlıdır.
Siz sadəcə həmişəki kimi mövzunu mübahisəyə çevirirsiniz, normal sual verən kimi aqressivləşib, müxtəlif mövzuları ortaya atırsınız. Heç bir İQ qaydalarında ölkəyə bağlı qanunlar tətbiq olunmur, vətəndaşlıq söhbəti olunmur. Sualım bununla bağlı idi. Mən artıq ara vermişəm azvikiyə uzun bir müddətlik, heç yerə də namizəd olmayacam yenə uzun bir müddət, buna görə də narahat olmayın və mövzuları mübahisəyə çevirməyin, mənim heç vaxt azvikidə hansısa marağım olmayıb, bunu vikipediyaçıların əksəriyyəti bilir və şahiddir. Siz isə bunun əksini insanlara aşılamağa çalışırsınız lakin bu kənardan çox pis görünür. Məndən demək yenə də özünüz bilərsiniz. İQ saytına gəldikdə isə, il yarım onun açılması üçün çalışmışıq və sonda alınıb. İlk təşəbbüsçü kimi hüquqları mənə veriblər. Yeni idarə heyəti seçildikdə idarə aləti də onlara veriləcək, bunun üçün də narahat olmayın. O mənim şəxsi saytım deyil və onu özüm üçün açdırmamışam. Domain və mail sistem xaric. Hörmətlə--eldarado(müzakirə |fəaliyyət |meta səhifəsi)13:37, 15 iyul 2025 (UTC)Cavabla
Sizin burada hüquqlar üçün necə son ana qədər mübarizə apardığınıza, stüardı aldatdığınıza şahid olan biri kimi dediklərinizə inana bilmirəm. Gəlin mənim aqressiyamdan danışmayaq, yuxarıda bir neçə bənd qeyd etmişəm onlar haqqında danışaq. Hansı ki, hamısı mövcud məsələ ilə əlaqəlidir. Mən başa düşmürəm ki, sizə təqdim edilən arqumentləri niyə bir bəhanə taparaq blok edirsiniz və eyni şeyləri təkrar edirsiniz. Ümumiyyətlə üzvlərin ölkədə daimi yaşayan/vətəndaş olması ilə bağlı qaydada bənd yoxdur. Yalnız idarə heyəti ilə bağlı var və bu da normaldır. Çünki idarə heyəti yerli-offline tədbirlərin təşkilində aktiv olmalıdır.Üstəgəl bu şərti də vaxtilə özünüz əlavə etmisiniz və ölkəni tərk etdikdən dərhal sonra silmisiniz. Son olaraq AR qanunlarına istifadəçi qrupu qaydalarının cəmi 1 yerində istinad edilib. Ölkənin əmək fəaliyyəti ilə bağlı yaş standartı ilə əlaqədar. Çünki offline tədbirlərdə müəyyən insan əməyi olur. Ümumi olaraq viki qaydanın AR qanunları ilə nə əlaqəsi ola bilərki?
Habelə təşəbbüsçü kimi hüquqların sizə verilməsi təqdirə layiqdir. Lakin onları niyə digərləri ilə paylaşmaq istəmirsiniz? Yəni üzvlərə hesab yaradıb müvafiq hüquqlarla təmin etməkdə problem nədir?Üstəgəl də deyirsiniz ki, fəaliyyətinizi bir müddət dayandıracaqsız. Onda necə olacaq? Siz qayıdana kimi gözləyək? Başqasını aqressor özünü müdafiə olunan kimi göstərmək əvəzinə normal müzkakirə aparmaq lazımdır. Amma mən düşünürəm ki, bu hər vəchlə mane olmağa çalışmaq və təqdim edilən arqumentlərdən qaçmaqdan başqa birşey deyil. Bəhanələr...Turkmenmüzakirə14:56, 15 iyul 2025 (UTC)Cavabla
Şərh: Təklif edilən qayda və şərtlər ilk gündən müzakirə üçün hər kəsə açıqdır. Hər kəs də öz fikrini bildirib və bildirməyə davam edir. Amma görürəm fikir bildirmək əvəzinə keçmiş bürokrat müzakirəni başqa istiqamətə aparır. Təəssüf ki, Azərbaycan cəmiyyətinə xas olan mənəmlik problemi bura üçün də xarakterikdir. Sanki, bəzi şəxslər olmasa AzViki batacaq, fikri dolaşır ortada. Qaydalar irəli sürülüb, çoxluq da lehinə səs verib. Bu nəyin mübahisəsidir anlaya bilmirəm. Çoxluğun fikri səhv ola bilməz. Vikipediya tək şəxsin istəyi ilə idarə olunmur. --Tarixi Nadir (müzakirə)16:39, 15 iyul 2025 (UTC)Cavabla
Beləliklə, qaydaların rəsmiləşməsi iləüzv siyahısı vəidarə heyəti yeniləndi. Əvvəlki üzvlər isə hansı ki, qaydalara görə üzvlükdən çıxarıldılar və gizlilik və başqa səbəblərdən üzvlük üçün namizəd ola bilmirlər onlar "dəstəkçilər" adlı başlıqda toplandılar. Həmçinin bu inzibati səhifələr yaradıldı:m:AZWUG/Üzvlük üçün müraciət,m:AZWUG/İdarə heyəti seçkiləri. Görüləcək işlərin əksər hissəsi tamamlanıb. Geriyə isə sadəcəIII mərhələ, yəni idarə heyətinin seçilməsi qalır.
Adətən yeniliklərə öyrəşmək çətindir deyə bəzən narahatlıqlar ola bilər. Həmçinin mümkünsüzdür ki, hansısa qayda mükəmməl olsun. Əlbəttə ki, yenə də yeniliklər və dəyişikliklər olacaq. Əsas məsələ odur ki, Azərbaycan dilinin və bu dildəki platformanın inkişafı üçün icma olaraq müəyyən addımlar atmağı bacardıq. Ümumiyətlə, son 3 ildə kiçik görünsə də icma olaraq böyük addımlar atmışıq. Həm az-vikinin özündə, həm də azərbaycandilli digər layihələrdə lokal qaydaların yaradılması və tətbiq edilməsi, problemli istifadəçilərin təmizlənməsi ilə sakit bir layihənin formalaşdırılması və texniki cəhətdən böyük dəyişikliklər var. Hər birinizə zəhmətiniz və diqqətiniz üçün təşəkkür edirəm.--Turkmenmüzakirə10:28, 23 iyul 2025 (UTC)Cavabla
@Gadir, hal-hazırda orada yalnız qaydalara uyğun 1 nəfər İH qalıb. İdarə heyətinə seçkilər yuxarıda qeyd etdiyim kimi, III mərhələyə start veriləndə başlayacaq və İH yenidən formalaşacaq.Turkmenmüzakirə12:53, 23 iyul 2025 (UTC)Cavabla
Şərh: üzvlük üçün müraciət şərtləri ilə tanış oldum. Məncə proses çox qəlizləşdirilib. Proses sadə olmalı və İstifadəçi qrupunun genişlənməsinin tərəfdarıyam. Xüsusilə ilə də bunun üçün şərtlərin çoxu qəbuledilməzdir. Ad, soyad, tel nömrəsi və s. Sabah kim qarantiya verə bilər ki, bu məlumatlar üçüncü şəxslərin əlinə keçməyəcək? Və yaxud təhlükəsizlik üçün bəlkə kimsə kimliyinin bəlli olmasını istəmir? Son baş vermiş hadisələr buna nümunə ola bilər. Polisə dəvət, sosial şəbəkələrdə ifşa və s. Bu səbəbdən bəzi şərtlərin çıxarılmasını lazım bilirəm. Vikipediyada olduğu kimi poçt ünvanı bəs edər. --Tarixi Nadir (müzakirə)11:07, 24 iyul 2025 (UTC)Cavabla
En Merker Azərbaycanda fəaliyyət göstərən hər kəsin datası hökumət orqanlarının əlindədir, çünki Azərbaycanda fəaliyyət göstərən provayder vasitəsilə redaktələr edirsiniz. Bütün data, ünvan, qeydiyyat və s. əllərindədir zatən --► Hörmətlə:ChanisCaucasi11:39, 24 iyul 2025 (UTC)Cavabla
Üzvlüyə qəbul müraciətində tələb edilən məlumatların hamısı qaydaların tələbinə uyğundur. Belə ki, qaydada "Üzv olmayan şəxs öz istifadəçi adını, şəxsi adını, yaşını, daimi yaşadığı ölkəni, fəaliyyəti və oflayn tədbirlərdə iştirakı barədə bu məqsədlə yaradılmış platforma vasitəsilə qısa məlumat verməlidir." Göründüyü kimi, üzvlüyə qəbul şərtlərindən biri də hər hansı oflayn tədbirdə iştirakdır və beləliklə anonim qalmaq mümkün deyil. Ümumiyyətlə, üzvlük sisteminin əsas məqsədi istifadəçi qrupunun onlayn və oflayn fəaliyyətlərinə dəstək olmaq, istifadəçi qrupunu təmsil etməkdir. Bunu üzvlərin hüquqlarında yazılan bəndlərdən də açıq-aydın görmək mümkündür. Əks halda üzvlüklə, dəstəkçilik arasında bir fərq qalmır. Anonim qalmaqla istifadəçi qrupunun dəstəkçisi olmaq mümkündür, üzvü yox.Wertuose (müzakirə)12:07, 24 iyul 2025 (UTC)Cavabla
"Google" Doldurma formasında qırmızı ulduzlarla nişanlanıb bu bəndlər. Yəni cavab verilməsə, müraciət qeydə alınmayacaq. Mümkünsə, diqqət yetirin. @ChanisCaucasi siz dediyiniz məsələlər, məhkəmədən və prokurorun sanksiyasından sonra mümkündür. Mən Polisə sadə müraciətləri nəzərdə tuturam. Yəqin ki, sizin kimliyiniz bəlli olmasa idi, Viki fəaliyyətə görə hər dəfə belə asanlıqla polis sizi tapıb dəvət etməzdi. Hesab edirəm ki, təhlükəsizlik üçün konfidensiallıq çox vacibdir. Məsələn böyük əksəriyyət Şəxsi adı ilə bağlı olmayan Nikdən istifadə edir. Elə də qalmalıdır. --Tarixi Nadir (müzakirə)12:06, 24 iyul 2025 (UTC)Cavabla
Onu çıxarmaq olar, amma vikidüşərgələrin seçimlərində maillərə cavab verilməməsi, yaxud çox gec cavab verilməsi halları ilə üzləşdiyimiz üçün alternativ və operativ əlaqə vasitəsi kimi nəzərdə tutulub. Əgər etiraz doğurursa, çıxararıq.--Wertuose (müzakirə)12:19, 24 iyul 2025 (UTC)Cavabla
Y Beləliklə,istifadəçi qrupunun üzvləri təsdiqləndi (24 nəfər), təbrik edirəm. Üzvlüyü təsdiqlənmiş istifadəçilərə bununla bağlı mesaj Meta üzərindən göndərilib. Digər keçmiş üzvlər hansı ki, şərtləri ödəyirlər və qeydiyyatdan keçməyiblər, onlara da yenidən xatırlatma mesajı göndəriləcək. Bu proses noyabrın 8-dək davam edəcək və sözügedən tarixdən etibarən"Azərbaycan vikimediaçıları" istifadəçi qrupu üçün "İdarə heyəti seçkiləri" start götürəcək. İnşallah, 15 yanvar 2026-cı ildə,Vikipediyanın ad günündə proses yekunlaşacaq. Uğurlar!Turkmenmüzakirə19:26, 30 oktyabr 2025 (UTC)Cavabla
Yİdarə heyəti seçkiləri başladı:Buradakı qaydalar əsasında namizəd ola və həmçinin müzakirələrdə və səsvermədə iştirak edə bilərsiniz (seçki səhifəsinə keçid). Qaydalara əsasən 8 yanvar 2026-cı ilədək namizədlik və namizədlərlə müzakirə/sual-cavab müddəti olacaq. 8-15 yanvar 2026-cı ildə seçki keçiriləcək. 16 yanvar 2026 tarixində səsvermənin nəticələri Vikimedia Fondunun nümayəndələri tərəfindən elan ediləcək.Turkmenmüzakirə13:00, 8 noyabr 2025 (UTC)Cavabla
İngilis və amerikalıAndrew adlı şəxslərin adı bir halda Endrü, bəzi hallarda isə Endryu olaraq yazılıb. Daha əvvəl buradaVatson yoxsa Uatson? kimi bir mövzunu müzakirə etmişdik. Bu adları və soyadları standartlaşdırmalıyıq. Mən Endryuların Endrü olmalırını dəstəkləyirəm. Rus dilində "ü" səsi olmadığndan onu "yu" səsini ifadə edən "ю" hərfi ilə ifadə edir. Bizim isə "ü" səsimiz olduğundan buna ehtiyac yoxdur.
«andrew»ların «endrü» olmağı «rükü adaları sindromu»* kimi səslənir. intuitiv variant «endryu», düzgün variant isə «endruəndru» olmalıdır, rus dili kimi [ü]sü olmayaningilis dilindəki tələffüzə əsasən :3*rükü adaları sindromu — adı erudisiya səviyyəsi bakının elevasiya səviyyəsindən elə də fərqlənməyən alimlərimiz tərəfindən [ü] səsi olmayan yapon dilindən bizdəki [ı] səsininpolivanov sisteminə uyğun formada «u» hərfi (kiril: у) istifadə edilərək, binaən-ileyh [yı] birləşməsinin «yu» kimi (kiril: ю) çevrilməsiylə transliterasiya edilənryukyu adalarının bizimdilli ədəbiyyata** orijinalına sadiq formada «ryıkyı adaları» yox, «bütün "yu"lar "ü"dür»hiperkorrekt mentalitetiylən «rükü adaları» kimi keçirilməsi. **google:"ryukyu+adaları", əsasən, tyırk dilində;google:"rükü+adaları" isə, əsasən, bizim dildə nəticələr nümayiş eylətdiriyor.əkrəm.13:01, 14 noyabr 2025 (UTC)Cavabla
Ryukyu adaları düzgündür onsuz. Yaponlar da Ryukyu deyir. Bəziləri elə bilir ki, ruslar "ю" yazır deyə bizdə "ü" olmalıdır. Amma yaponlarda ü səsi yoxdur.Sousou noFrieren11:30, 16 noyabr 2025 (UTC)Cavabla
əvət, mən də eynilə onu deyirdim elə; sadəcə əgər romaci əvəzinə öz transkripsiyamızı işlətsə idik,ryıkyı yazardıq, amma ağıllı-başlı heç bir sistemlərükü alınmazdı :Pəkrəm.11:52, 16 noyabr 2025 (UTC)Cavabla
Salam. İndiki durumdaVP:Qiymətləndirmə vəVP:Məqalə namizədləri səhifələrində faktiki olaraq iş dayanıb. 5 il öncəVP:Laboratoriya sisteminin üçmərhələli sistemdən, hazırki ikimərhələli sistemə keçməsi barədə qərarversək də, təəssüf ki, yenə də, orada işlək mexanizm qura bilməmişik. Birinci mərhələdə qərarvermə demək olar ki, əksərən mənim tərəfimdən aparılır. İkinci mərhələdə isə müzakirədə iştirak ya kütləvi dəvətlə olur (normaldır), ya da 1-2 nəfərin iştirakı ilə yekunlaşır. Beləliklə, məqaləAna səhifəyə ötürülür. Nəticə olaraq məqalələr ya birinci mərhələdə aylarla (1 il gözləyən məqalə də var) gözləyir, ya da ikinci mərhələdə yenə də aylarla gözləyərək 1-2 nəfərin qərarı iləAna səhifəyə çıxır. Bu da, yoxlama prosesinin kifayət qədər keyfiyyətli olmamasına və Ana səhifənin yeni məqalələr ilə tez-tez təmin edilməməsinə gətirib çıxarır.
Təklif edirəm en-vikidəki kimi ikimərhələli sistemdən birmərhələli sistemə keçək. Belə ki,VP:Məqalə namizədlərində onsuz da 1 nəfər inzibatçı/yoxlayıcı məqalələri yoxlayır və ikinci mərhələyə, yəni müzakirə mərhələsi olanVP:Qiymətləndirməyə ötürür. Beləliklə, onsuz da işlək olmayan VP:Qiymətləndirməni ləğv edərək, həm işi sürətləndirə bilərik, həm də məqalələri 1 nəfərin daha dərindən yoxlamasını təmin edə bilərik. En-vikidə müvafiq yoxlayan istifadəçi məqaləni hazırlayan istifadəçiyə boşluqları göstərərək, müvafiq SM/YM/SS qaydalarına əsasən düzəltməsi barədə tapşırıqlar verir. Yekunda istifadəçi məqaləni normal vəziyyətə gətirdikdən sonra proses yekunlaşır və məqaləyə status verilir (bax). 1 nəfərinVP:Məqalə namizədlərində məqaləni 1 dəfəyə səthi yoxlayıb,VP:Qiymətləndirməyə keçirməsindənsə, daha normal yoxlayıb, birbaşa status verməsi daha yaxşı olmazmı?
Yuxarıda təklif etdiyim sistemin tətbiq edilməsinidəstəkləyirəm, daha sürətli və keyfiyyətli olar. Təbii ki, başqa təkliflər də ola bilər. Bütün hallarda düşünürəm ki, bu məsələni müzakirə etməliyik.Turkmenmüzakirə06:47, 25 noyabr 2025 (UTC)Cavabla
Belə təklifidəstəkləyirəm. Əsas məsələ yenə aktivlik və marağın olmamasıdır. Bu cür sınayaq, daha uğurlu olacağına ümid edirəm. Bu layihə bizim "qanayan yaramızdır". Burada da əsas yük Turkmenə düşür. İnzibatçı kimiqeyd etdiyim digər bütün istiqamətlərdə töhfə verməyimə baxmayaraq, buna vaxtım çatmır. Ara-sıra göz atma imkanı tapıram. Bəzən də imkan tapıb məqalə yazanda ora yolum düşür. Həm də hər mövzu barədə məlumat sahibi olmuram, həmişə eyni bir neçə nəfərlə olan iş də deyil. Ümumiyyətlə, bu bölməni eləcə inzibatçıların məsuliyyətinə vermək düzgün deyil, çünki nə isə texniki məhdudiyyətli bir iş deyil. Kor-koranə nəzərdən keçirmək və səthi baxıb mövqe bildirmək də düzgün deyil. Bu fikir məndə də var idi, təşəbbüs qaldırdığınız üçün təşəkkür edirəm. Mən imkan olduqca qaydalar üzərində işləməyə davam edəcəm, hətta işi sürətləndirmək üçün bu barədə qrup yaratmağı da düşünürəm. Düşünürəm ki, qaydaların tamamlanması da ən az bunun qədər vacib məsələdir, bəlkə də ən vacib. Hörmətlə,Qədir (müzakirə)08:34, 25 noyabr 2025 (UTC)Cavabla
Hər bir icmanın öz insident bildiriş prosesi var amma bu proseslər vikini redaktə etməyə yeni başlayanlar üçün hər zaman başa düşülən olmur. Bəzi icmalar mərkəzi bildiriş səhifələri, VRTS ünvanları və ya inzibatçılarla birbaşa əlaqədən istifadə edirlər və bunlar arasında heç bir vahid sistem yoxdur. Bu sistem mövcud təcrübələrə uyğun, icmalara ünsiyyət kanallarını daha əlçatan və ardıcıl şəkildə təşkil etməyə və kataloqlaşdırmağa kömək etmək üçün standartlaşdırılmış bildiriş interfeysi təqdim etməyi planlaşdırır.
Sistemin ilkin versiyası 2024-cü ildən bəri Portuqalca Vikipediyada aktivdir. Təhmil versiyanın daha bir neçə vikidə, o cümlədən burada da yayımlanmasını təklif etmək istəyirik. İlkin tarix dekabrın əvvəlidir.
Necə işləyəcək
"Report" (Bildir) düyməsi
Müzakirə səhifələrindəki imzaların yanında Vikipediya hesabına daxil olmuş istifadəçilər "Bildir” düyməsi görəcək. Kliklədikdə sistem seçmək üçün iki yol təqdim edəcək:
Fiziki zərər təhdidi aşkar edilsə, istifadəçidən bir forma doldurması xahiş olunacaq və təqdim etdikləri məlumat birbaşaVikimedia Fondunun Təhlükəsizlik komandası ilə paylaşılacaq. Bu hesabatlarda paylaşılan məlumatlar məxfi sayılır və komanda xaricində paylaşılmır.
Başqa növ arzuolunmaz davranışda doldurulacaq forma olmayacaq və Fond işə qarışmayacaq. İstifadəçi bildirmək istədiyi davranış növünü seçməlidir. Növlərin siyahısıUniversal Davranış Kodeksinə əsaslanır. Növü seçdikdən sonra istifadəçi belə məsələləri hansı icma üzvlərinin həll etdiyini və insidenti harada bildirməli olduğunu göstərən yollar görəcək. Müxtəlif insident növləri üçün fərqli yollar olacaq.
Digər növ arzuolunmaz davranışlar və təlimatlar haqqında daha ətraflı
Təlimatların fərdiləşdirilməmiş versiyaları (nəzərə alın ki, bu dizayndan fərqli olaraq, trollinq və təqib hallarında istifadəçi ilə əlaqə saxlayaraq problemi həll etməyə dair məlumat olmayacaq).Tam fərdiləşdirilmiş versiyalar
Təlimatların məzmunu sizin qərarınızdan asılı olacaq. İnzibatçılar onuİcma Konfiqurasiyası səhifəsi vasitəsilə redaktə edə biləcəklər. Təəssüf ki, texniki səbəblərə görə, təlimatdakı mətn redaktə edilə bilməyəcək. Bunun əvəzinə, inzibatçılar yalnız tərcümə edilmiş standartlaşdırılmış paraqrafları aktivləşdirə və deaktivləşdirə, həmçinin onlarda istifadə olunan linkləri redaktə edə biləcəklər.
Biz Azərbaycanca Vikipediya istifadəçilərinin haraya yönləndirilə biləcəyini yoxlamışıq. Bu, bizim təklifimizdir və yerləşdirmədən əvvəl heç bir dəyişiklik etməyi istəmədiyiniz təqdirdə, alətin ilkin parametrləri olacaq. Aktivləşdirmədən sonra inzibatçılar istənilən vaxt onu redaktə edə biləcəklər.
"Zorakılıq, təhdid, hədələmə və ya təkrar təhqirlər" – bizim təklifimiz: info-az@wikimedia.org
"Cinsi zorakılıq və ya narahat etmə" – bizim təklifimiz: info-az@wikimedia.org
"Şəxsi məlumatların açıqlanması (doksinq)" – bizim təklifimiz: stüardlar
Bu dizayn və parametrlər yalnız ilkin hesab olunur. Müxtəlif növ insidentlərin nə qədər tez-tez baş verdiyini ölçəcəyik və statistikaya əsaslanaraq aləti inkişaf etdirəcəyik.
Niyə bu növ insidentlər? Alət yeni və nadir hallarda istifadə edən istifadəçilərə, həmçinin haradan kömək ala biləcəyini bilməyən icma üzvlərinə yardım etmək üçün nəzərdə tutulub. Testlərimizə görə, viki haqqında çox məlumatı olmayan insanlar təklif olunan dizayn ilə aləti yaxşı anlayırlar. Məlumatlara əsaslanaraq, insident növlərinin siyahısını dəyişdirməyi nəzərdən keçirəcəyik.
Niyə uyğun yerə göndəriləcək bir forma doldurmaq mümkün olmayacaq (səhifə, e-poçt)? – Bu çoxlu texniki və hüquqi mürəkkəblik əlavə edərdi. Məlumatlar bu istiqaməti dəstəkləsə, daha mürəkkəb bir alət yaradacağıq.
Bizim sizdən xahişimiz: Yuxarıdakı təklif (istifadəçilərin müəyyən növ insident bildirmək üçün haraya yönləndiriləcəyi ilə bağlı) sizin icmanız üçün uyğundur? Bu, sizin siyasət və təcrübələrinizi əks etdirir? Hər hansı sualınız var?