Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Vikipediya:Cəsur ol

Bu səhifə mühafizə edilib. Onu sadəcə "extendedconfirmed" hüququna sahib istifadəçilər redaktə edə bilər.
Vikipediya, azad ensiklopediya
Qısa keçid yönləndirmə
Blue tick
Bu səhifə Azərbaycanca Vikipediyanınrəsmi prinsiplərindən biridir.
Səhifənin məzmunu bütünvikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin vikipediyaçılar tərəfindəndəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa,səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin.
Səhifənin qısa məzmunu:Hələ də nə baxırsan? Hünərini göstər görüm.

Qaydasəsvermə nəticəsində qəbul edilmişdir.

  • Səsvermə müddəti: 4 may — 29 may 2024
  • Qüvvədədir: 29 may 2024-cü ildən
Cəsur ol. Su o qədər də soyuq deyil. Sən də gəl.
Vikipediya qaydaları
Davranış
Müzakirələr
Məzmun
Redaktə
Təşkil etmə
Stil
Silmə
Layihə məzmunu
Digər

Çox istərdik ki, hamıcəsarətli olsun və Vikipediyanın daha da inkişaf etməsinə kömək olsun. Yəqin siz də neçə dəfə —Niyə bu səhifədə yazı səhvi, məna səhvi var, niyə daha yaxşı tərtib olunmayıb? demisiniz. Hər kəsin bu problemləri həll etdiyi, yəni yazı səhvlərini düzəltdiyi, faktlar əlavə etdiyi, hərf səhvlərini düzəltməyə kömək etdiyi vaxt beləlikləviki daha sürətli inkişaf edir.

O məsələ barəsində danışmaq əvəzinə siz özünüz düzəldin. Problem haqqında yazmağa sərf etdiyiniz vaxt ərzində siz o səhvi özünüz düzəltməklə ensiklopediyanı təkmilləşdirə bilərsiniz. Vikipediya sizə təkcə məqalələr yazma və redaktə etmə imkanı vermir, o, sizdən bunu etməyiniziistəyir.

Cəsarətli redaktələriniz geri qaytarıldığında buna görə üzülməyin. Təbii ki, burada yazdıqlarınızı başqaları redaktə edəcəklər.Bunu şəxsi olaraq qəbul etməyin! Onlar hamımız kimi, sadəcə Vikipediyanı daha yaxşı bir ensiklopediyaya çevirmək istəyirlər. Eləcə dəmüzakirə səhifəsində mübahisə görəndə oturub izləməyin, cəsarətli olun və fikrinizi ora qeyd edin. Vikipediyada daha az irəli çıxan və redaktə edilmə nisbəti daha aşağı olan bəzi məqalələrdə cəsarətli redaktələrinizə dərhal cavab gəlməyə bilər. Bunu belə düşünün: Redaktələrinizdən birinin bəzən geri alındığını görmürsünüzsə, bəlkə də o qədər də cəsur deyilsiniz.

Diqqətli olun

Qısa keçid yönləndirmə

Sizin kimi töhfəçilərin cəsarəti Vikipediyanın ən böyük sərvətlərindən biri olsa da, ümumi mühitin qayğısına qalmaq, destruktiv və kor-koranə redaktələr etməməyiniz vacibdir. Təbii ki, pis nəticələnən hər hansısa bir dəyişikliyiniz asanlıqla, ümumən əziyyətsiz geri qaytarıla bilər və dəyişiklikləriniz geri qaytarıldıqda yaxud daha sonra əlavə redaktələr olunarsa, təhqir olunmuş kimi hiss etməməyiniz vacibdir. Lakin bəzi vacib dəyişikliklər daha uzunmüddətli ola və düzəldilməsi daha çox vaxt ala bilər. Hər hansı bir şeydən əmin deyilsəniz,məsləhət alın.

Həmçinin uzun tarixə malik və ya aktiv sanksiyalara tabe mürəkkəb, mübahisəli mövzular üzrə məqalələrə və yaseçilmiş məqalə,seçilmiş siyahı,yaxşı məqalə kimi statuslu məqalələrdə dəyişikliklər ehtiyatla aparılmalıdır. Bir çox hallarda sizin tapdığınız mətn fərqli fikirlərə sahib vikipediyaçılar arasında uzun və başağrıdıcı söhbətlərdən sonra ortaya çıxmışdır. Belə bir məqalədə edilən diqqətsiz bir dəyişiklik gizli bir konfliktə səbəb ola və səhifəyə daxil digər istifadəçilər arasında mübahisə yarada bilər. Mübahisəli bir mövzu ilə əlaqəli bir məqalədə kiçik yox, əhəmiyyətli bir dəyişiklik etmək istəyirsinizsə, əvvəl bütün məqaləni oxumaq vəmüzakirə səhifəsinə göz gəzdirməyiniz faydalı ola bilər. Mübahisəli məqamlarda ən yaxşı yol ehtiyatlı olmaq və dəyişiklik etməzdən öncəkonsensus əldə etməkdir, lakin mübahisəli məqalələrə cəsur dəyişikliklərin güvənlə edilə biləcəyi durumlar var. Bu kimi hallarda ən yaxşı redaktor mülahizənizdən istifadə edin və müzakirə səhifəsini oxuduğunuzdan əmin olun.

Cəsarətli olmaqyaşayan insanlar ilə əlaqəli materiallarla bağlı siyasəti müvəqqəti də olsa pozmaq üçün bəhanə deyil.

Qısa keçid yönləndirmə

Çox vaxt bir şeyin doğru olmadığını görmək, nəyin doğru olduğunu dəqiq bilməkdən daha asandır. Heç kimin cəsur olmağını gözləmirik, nəticədə bir şeyin yanlış olduğu istiqamətdə şərh bildirmək, onu düzəltmənin ilk addımı ola bilər. Beləliklə cəsur olsanız və bunu özünüz etsəniz, problemlərin həllində daha dəqiq olduğu və böyük ehtimalla daha sürətli həllini tapacağı doğrudur.

Qeyri-məqalə ad fəzaları

Baxmayaraq ki, redaktorlarməqalələri yeniləyərkən cəsarətli olmağa sövq edilir, lakin məqalə ad fəzasında olmayan səhifələri redaktə edərkən bəzən ehtiyatlı olmaq tələb olunur. Məsələn, bu səhifənin adındaVikipediya:Cəsur ol qeyd olunub, burada "Vikipediya" prefiksi var, əgər bu səhifə prefiks olmadan sadəcəCəsur ol adlandırılsaydı, məqalə olardı.

Qeyri-məqalə ad fəzalarında müxtəlif kontekstlərdə müxtəlif səbəblərdən problemlər ortaya çıxa bilir. Cəsarətli olub-olmamağa qərar verərkən ya da nə qədər cəsarətli olunacağına qərar verərkən bu problemlər göz önünə alınmalıdır.

Vikipediya ad fəzası

Vikipediya köhnə təcrübələri "saxlamır":qayda və təlimatlarında cəsarətli dəyişikliklər bəzən ensiklopediyanı uyğunlaşdırmaq və təkmilləşdirmək üçün ən yaxşı üsuldur. Bu halda "cəsarətli" ideyanın cəsarətini ifadə edir, bu cür fikirlər ən çox gündəmə gətirilir və həyata keçirilməsini ən yaxşı şəkildə formalaşdırmaq üçün əvvəlcə müzakirə edilir.

"Ehtiyatlı olun" məsləhəti qaydalar və təlimatlarla əlaqəli olaraq xüsusilə vacibdir; burada əsas hissələr, çox çətin qazanılan bir razılaşmanı yansıdacaq şəkildə müəyyən bir şəkildə ifadə oluna bilər; bu, arxa planla tanış olmayanlar üçün aydın olmaya bilər. Bu hallarda ilk növbədə potensial dəyişiklikləri müzakirə etmək daha yaxşıdır. Ancaq yazı və qrammatik xətalar fərq edilir-edilməz düzəldilməlidir.

Digər Vikipediya ad fəzası səhifələrində edilən dəyişiklikləri müzakirə səhifəsində müzakirə etmək də yaxşı yoldur. Başqa bir şey yoxdursa, sonrakı redaktorlar üçün dəyişikliklərin izahını verəcəkdir. Belə səhifələrin əksəriyyəti sonradan istinad üçün Vikipediya məkanına yerləşdirilən arqumentlər toplusudur, ona görə də eyni arqumentləri təkrar-təkrar qeyd etmək lazım deyil.

Şablon ad fəzası

Şablonlarda cəsurcasına davranılan zaman xüsusilə diqqətli olmaq lazımdır: onları yeniləmək əlavə böyük problemlər gətirə bilər, çünki bir dəyişiklik birdən çox səhifəyə təsir edə bilər. Həmçinin bəzi şablonlar Vikipediyada genişmiqyaslı vahid şablonlar sisteminin bir hissəsidir, Məsələn,məlumat qutularıqaralama şablonları. Unutmayın, bütün mənbə kodları sınanmamış dəyişikliklərlə asanlıqla pozulur (lakin hər zaman olduqca düzəldilə biləndir).

Kateqoriya ad fəzası

Yeni kateqoriyalar yaratmaq və ya kateqoriya strukturunu yenidən təşkil etmək bir çox səhifələrə təsir göstərə bilər.Kateqoriyalaşdırma qaydasını nəzərə alın və əgər etdiyiniz şey mübahisəli olaraq qiymətləndirilərsə (xüsusilə yaşayan insanlarla əlaqəli kateqoriyalardırsa),Kateqoriya müzakirələri səhifəsində müzakirə edilməsi üçün təkliflər verin və bunları müvafiq Vikilayihələrin səhifələrində də qeyd edin.

Fayl ad fəzası

Mövcud faylların təsvirinə məlumat əlavə edərkən cəsarətli olun. Ancaq yeni faylların köhnə faylların üzərinə yüklənməsi əvəzinə yeni adlarla yüklənməsi lazımdır. Əks təqdirdə, köhnə faylın yeni bir fayl ilə qarışdırılma riski var. Buna görə də hər zaman diqqətli olmalısınız.

İstifadəçi ad fəzası

Əsas səhifə:Vikipediya:İstifadəçi səhifəsi

Ümumiyyətlə, tövsiyə olunur ki, başqa vikipediyaçılarınistifadəçi səhifəsini və yamüzakirə səhifələrində qeyd olunan şərhləri (öz səhifələriniz xaric və o vaxt belə, diqqətsizlik etməyin) redaktə etməyəsiniz. İstifadəçi səhifələrində dəvandalizmlə mübarizə çox vaxtı həmişə xoş qarşılanır. Konkret istifadəçilər dəyişikliklərinizi uyğunsuz hesab edərlərsə və ya yanlış məlumat verərsəniz, sizə bunu bildirəcəklər.

Portal ad fəzası

Qrafik tərtibat dəyişiklikləri ilə bağlı? Növbəti bölməyə baxın. Nəzərə alın ki,portallar üçün istifadə olunan rəng sxemi mütləq ixtiyari deyil. Məsələn, ölkələrlə bağlı çox portal o ölkənin bayrağının rənglərindən istifadə edir. Dizayn dəyişiklikləri ilə bağlı təklifləri öncə müzakirə səhifəsində müzakirə etmək yaxşı fikirdir.

Qrafik tərtibat dəyişiklikləri

Qısa keçid yönləndirmə

Məqalə olmayan bəzi səhifələrin qrafik tərtibatında əsaslı dəyişikliklər etmək ehtiyatlı olmağı tələb edir (nümunələr aşağıdadır). Çox vaxt əvvəlcə dəyişiklikləri test etmək (istifadəçi alt səhifələrinizin birində və ya sözügedən səhifənin alt səhifələrinin birində) və təklif olunan dəyişikliyi yayımlamazdan əvvəl digər redaktorlarla müzakirə etmək ən yaxşı seçimdir. Bir çox istifadəçi səhifələri tərtibat üçün redaktə etdikdə, müxtəlif fikirlər konfliktə səbəb ola bilər və səhifə yaxşı olmaq yerinə daha da pis hala gələ bilər.

Bu, xüsusilə ekranın sol tərəfindəki menyudakı başlıqlardan keçid verilmiş səhifələr kimi olduqca çox baxılan böyük ölçülü səhifələrə aiddir. Ümumiyyətlə, bu səhifələr məlumatları çatdırmaq üçün qarışıq formatdan istifadə edir və bu səhifələri mümkün qədər istifadəçi dostu etmək üçün çox işlər görülüb. Həmçinin bəzi səhifələr formatın vahid olması nəzərdə tutulan qruplar yaradır.Bu tip səhifələrə dizayn düzəlişləri etməzdən əvvəl mütləq konsensus əldə etməlisiniz. NümunələrəAna səhifə (hansı ki, hər halda müddətsizmühafizə edilir),Vikipediya:İcma portalı, həmçininSeçilmiş məzmuna malik səhifələr daxildir. Bu, məqalələr və ya normal portallar üçün keçərli deyil.

Həmçinin bax

⛭
Məzmun
Q
T
Davranış
Q
T
Silmə
Q
Qaydaların tətbiqi
Q
Redaktələr
T
Stil
Təsnifat
Mübahisələr
Q
T
Mübahisələrin həlli
Arbitraj Komitəsi
Layihə məzmunları
Q
Səsvermə
T
VMF;
Q
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Vikipediya:Cəsur_ol&oldid=8129106"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp