Vikipediya qanunları beş əsas prinsipə söykənir:Vikipediya bir ensiklopediyadır Bizim ensiklopediyamız ümumi və ixtisaslaşdırılmışensiklopediya ,almanax və coğrafi sorğu kitabçalarının bir çox xüsusiyyətləri özündə cəmləşdirir.Vikipediya siyasi tribuna ,reklam lövhəsi ,anarxiya və yademokratiya təcrübəsi,dolaşıq məlumatlar toplusu və ya veb-kataloq deyil. Vikipediyalüğət ,qəzet və yamənbə sənədlərinin toplusu deyil, baxmayaraq ki, bunların bəziləri üçünVikiLayihələr mövcuddur.Vikipediyada bitərəf nöqteyi nəzərdən yazılış formasıdır Bizəsas məqamları sənədləşdirən və izah edən , qərəzsiz tərzdə onların şöhrətinə hörmətləlazımi diqqətin veriliyi məqalələr üçün çalışırıq. Biz təbliğatın qarşısını alırıq və məlumat və məsələləri müzakirə etməkdən daha çox onları səciyyələndiririk. Bəzi sahələrdə hamı tərəfindən qəbul edilmiş bir nöqteyi nəzər ola bilər, bəzən isə bir neçə nöqteyi nəzər ola bilər ki, bunlar "düzgün" və ya "ən yaxşı" konteksində deyil, hər biri dəqiq təqdim edilməlidir. Bütün məqalələrin, xüsusilə mübahisəli vəyaşayan şəxslərlə əlaqəli məqalələrin dəqiqlikləyoxlanılabilər olmasına ,etibarlı, nüfuzlu mənbələrə istinad edilməsinə çalışılmalıdır. Redaktorlarınşəxsi təcrübələri, şərhləri və ya fikirləri bura aid deyil. Vikipediya hər kəsin istifadə, redaktə edə biləcəyi və yayımlaya biləcəyi sərbəst məzmundur Redaktorlaröz işlərini ictimaiyyətə sərbəst lisenziyaladıqları üçün redaktorlar heçbir məqalənin sahibi deyil və fəaliyyətləriredaktə edilə vəyenidən yayımlana bilər.Müəllif hüquqları qanunlarına hörmət edin və heç vaxt mənbədənplagiatlıq etməyin. Bəzənazad olmayan faylların ədalətli istifadəsinə icazə verilir, amma əvvəlcə sərbəst alternativlərini tapmağa cəhd edin. Vikipediya redaktorları bir-birinə hörmətlə və nəzakətlə yanaşmalıdır Siz narazı olsanız belə digər Vikipediyaçılaranəzakətlə yanaşın. Vikipediyaetiketinə riayət edin vəşəxsi hücumlarla məşğul olmayın.Konsensus tapmağa çalışın,redaktə müharibəsindən uzaq olun vəfikrinizi bildirmək üçün Vikipediyanı pozmayın . Xoş niyyətli olun vədigərlərinin də xoş niyyətli olduğunu fərz edin. Yeni gələnlərə qarşı açıq olun vəxoş qarşılayın . Münaqişələr yarandıqda müvafiqmüzakirə səhifələrində sakitcə müzakirə edin vəmübahisələrin həlli qaydalarını tətbiq edin və unutmayın ki, Azərbaycandilli Vikipediyada redaktə və müzakirə edə biləcəyiniz 209.454 məqalə var. Vikipediyanın dəyişməz qanunları yoxdur: Vikipediyanınprinsip və rəhbərlikləri var, amma bunlar dəyişməz deyil; onların məzmunu və izahı zamanla inkişaf edə bilər.Prinsiplər və qatı qaydalar şifahi sözlərdən artıqdır , amma inkişaf edən Vikipediya bəzən müəyyən istisnalar etməyə ehtiyac duyur.Cəsur olun , amma məqalələri yeniləyərkənehtiyatsızlığa yol verməyin.Səhv etməkdən qorxmayın :hər bir səhifənin bütün keçmiş versiyaları saxlanılır , beləcə sizin səhvlər asanlıqla düzəldilir.