Vayominq (Wyoming) —ABŞ-nin ştatlarından biridir. PaytaxtıÇeyen (ing. Cheyenne) şəhəridir. Vayominq ştatının orta illik iqtisadi istehsalı 27.4 milyard dollardır. Bölgənin dağlıq olmasına baxmayaraq, kənd təsərrüfatı bugünədək davam etməkdədir. Kənd təsərrüfatı ilə yanaşı, təbii qaz, uran, kömür kimi təbii sərvətləri də yetəri qədərdir.[1]
Vayominq ştatı 41° Ş ve 45 °C meridianlarında, 104°3' Ş and 111°3' Q paralellərində yerləşir və kvadrat formasındadır. Vayominq ştatıMontananın cənubunda,Cənubi Dakota vəNebraska ştatlarının qərbində,Kolorado ştatının şimalında vəİdaho ştatının qərbində yer alır. VayominqABŞ-nin ən böyük 10-cu ştatıdır. Ştatın ərazisi 253,340 km²dir (97,814 mil²) və 23 rayondan ibarətdir.[2]
Vayominq ştatında əsasənkontinental iqlim qurşağında yerləşir. Amerika Birləşmiş Ştatlarının iqlimi ilə müqayisə edildikdə, Vayominq daha quru və küləkli bir ştatdır. Yay aylarında Vayominq ştatı yüksək istiliklərə məruz qalır, hava isə adətən 85 °F(29 °C) və 95 °F (35 °C) arasında olur. Qış ayları isə soyuq keçir, amma bəzi bölgələrində Chinook Küləkləri nəticəsində hava digər rayonlara nisbətən daha isti olur. Bəzən isə, havanın dərəcəsi çox-çox aşağı düşür. Vayominq quru ştatdır və ortalama yağıntı miqdarı 250 mm-dir. (10 inç-dir)
Arxeoloqlar bu ştatda, e.ə 7-ci minilliyə xas olan insanların yaşayış izlərinə rastlamışlar. Bu ştatın adıHindistanda "dəyişkən dağ və vadilər" mənasına gəlir.[5]
Hal-hazırda Vayominq olaraq bilinən bu ştatda, keçmişdəqızıldərili insanlar yaşamışlar. Arapaholar, Apsalokeler, Lakotalar və Şoşonilər bu ştatın xalqlarından olmuşdur. Ancaq Avropalıların bu ştata ilk səyahətləri zamanı, Vayominqdə sadəcə 4–5 qəbiləyə rast gəlmək olardı. Bu ərazi 1848-ci ilədək İspaniya İmperiyasına məxsus idi. AncaqMeksika-Amerika müharibəsi bitdikdən sonra, bu ştat ABŞ-yə üz dönmüşdür. 18-ci əsrlərin sonlarında isəQuébec vəMontréal-dan gələn Fransız-Kanada mənşəli ovçular Vayominqə üz tutumuşdur. Bu ovçular arasında Téton,La Ramie,John Colter kimi əfsanəvi adlara da rastlamaq mümkündür.
Vayominq konstitusiyasında qadın hüquqları və su hüquqlarına dair qabaqcıl məqalələr yer alır. Konstitutsiya qəbul edildikdən sonra, İyul ayının 10-da 1890-cı ildəABŞ, Vayominqi 44-cü ştat olaraq qəbul etdi.[6]
Amerika Birləşmiş Ştatlarının Siyahıyaalma Bürosunun verdiyi məlumatlara görə Vayominq ştatının 2012-ci ildə təxmini əhalisi 576,412 olmuşdur. 2010-cu ildə isə əhali sayında 10% artım nəzərə çarpmışdır. 2010-cu ilə görə əhalinin irqinə görə bölünməsi bu şəkildədir:[2]
Birləşmiş Ştatlar İqtisadi Analiz Bürosunun verdiyi məlumatlara görə Vayominq ştatının GSP dəyəri 38,4 milyard dollar olmuşdur.
Ştatın 2015-ci ildə işsizlik dərəcəsi isə 4,0% olmuşdur. Vayominq ştatının iqtisadiyyatı — turizm, kənd təsərrüfatı, enerji hasilatı digər ştatlara nisbətən fərqlənir.
Kömür — 2004-cü ildə Vayominqdə rekord nəticə olan 358,8 milyon ton kömür çıxarılmışdır. Həmçinin Vayominq ABŞ-nin ən çox kömür mədəni olan və kömür çıxarılan ştatıdır.
Təbii qaz — 2007-ci ildə 2,254 trilyon kub metr təbii qaz çıxarılmışdır. Həmçinin Vayominq ölkə daxilində ən çox təbii qaz çıxarılan 2-ci ştatdır.
Daş kömür — 2002 ilində 9.3 km³ daş kömür çıxarılmışdır.
Benzin — 2007-ci ildə Vayominqdə 8,490,000 m³ neft çıxarılmışdır. Həmçinin 2007-ci ildə ABŞ-nin ən çox neft çıxarılan ştatı Vayominq olmuşdur.
Trona — Vayominq Dünyanın ən böyük trona ehtiyatlarına malik yeridir. Tronadan güzgü, sabun, qabartma tozu, yumuşaldıcı və dərman istehsalında geniş istifadə olunur. Sadəcə Vayominq bütün Dünyanın Trona ehtiyatlarının 25%-i qarşılayır.
Vayominq ştatı,Alyaskadan sonra hər bir insana görə ən çox inkişaf vergisi alan ştatdır.
Həmçinin bu ştatda, satışdan 4% vergi almaqdadırlar. Rayonların isə sadəcə 1% çox vergi tutmaq haqqları var və mühüm səbəblər gətirməklə icazə vasitəsilə 1% əlavə də (ümumilikdə əlavə 2%) vergi tutmaq haqqları var. Qida məhsullarının satışından isə vergi tutulmur. Vayominqştat daxilinə idxal olunan bütün məhsullardan 5% vergi tutur.
Ölkədə miraslardan vergi tutulmur. Federal vergi ilə əlaqədar əmlak vergisi də məhduddur.
Vayominq ştatının ən böyükhava limanı 500-dən çox işçisi olanJackson Hole Hava Limanıdır. Ştatlararası 3 şose və 13 Birləşmiş Ştatlar şosesi də həmçinin Vayominq ştatından keçir. Əlavə olaraq Vayominq ştatının özünə xas şose yolları da vardır.
Vayominq ştatında dövlət məktəbləri ştat tərəfindən təyin olunmuş dövlət müfəttişi tərəfindən idarə edilir və nəzarət edilir. Təhsil siyasəti, qurum tərəfindən təyin olunan doqquz nəfərlik bir heyət tərəfindən həyata keçirilir.
Tədris proqramı və dərsliklər dövlət tərəfindən müəyyən edilir vəfederal hökumət təhsilin proqramına və dərsliklərinə müdaxilə etmir. Həmçinin bu ştatda 2000-ci ilədək eşitmə əlilləri üçün xüsusi məktəblər də var idi. Ancaq sonradan bu məktəblər evdə təhsil ilə əvəz edildiyi üçün məktəblər bağlandı.
Həmçinin ştatda 4 il ali məktəb bakalavr təhsili verənVayominq Universiteti vardır. Həmçinin iki illik təhsil verən 7 kollec də vardır. 2006-cı ilə qədər bəzi qurumlar belə diplomlar verə bilirdilər. Ancaq yeni çıxan qayda ilə bütün diplom verən qurumlar qapadıldı.