| Vaterloo körpüsü | |
|---|---|
| ing.Waterloo Bridge | |
(Londonun gözündən görünüş) | |
![]() | |
| 51°30′31″ şm. e. 0°07′01″ q. u.HGYO | |
| Ölkə | İngiltərə,Böyük Britaniya |
| Keçid | A301 yolu |
| Yeri | Lambet[d], Vestminster borosu |
| Üslubu | Qutu tir körpü |
| Material | qranit |
| Uzunluğu | 375 m |
| Eni | 24 m |
| Açılışı | 1945-ci il |
Vaterloo körpüsü (ing.Waterloo Bridge)— Blekfrayrs körpüsü və Hungerford körpüsü arasındaLondondaTemza çayının üzərindən keçən avtomobil və piyada yolu üçün nəzərdə tutulmuş körpüdür. Körpünün adı 1815-ci ilVaterloo döyüşündə Prussiya və İngilis-hollandiyanın qələbəsinə hərs olunub. Çayın strateji əyilməsi sayəsində körpüdən Londonun görünüşü (Vestminister, qərbə tərəfSaut Bank vəLondonun gözü, şərqə tərəfKanari-Uorf vəSiti) yer səviyyəsində istənilən nöqtədən geniş şəkildə görünür.

Bu yerdəki körpüStrend Bridge Company üçün Con Renni tərəfindən 1809-1810-cu illərdə layihə edilib və 1817-ci ildə keçidi rüsumla olan körpü kimi açılışı olub.Qranit körpü[1] giriş də daxil olmaqla, 748.6 m olan və qoşa Yunan-Dorik daş sütunları ilə ayrılmış bir-birindən 36.6 metr məsafədə olan doqquz arkadan ibrət idi. Açılışından əvvəl bu körpü "Strend Bridge" kimi tanınırdı. 1840-cı illərdə körpü intihara cəhd yeri kimi məşhurluq qazanmışdı. 1841-ci ildəAmerikalıkaskadyorSamuel Gilbert Skott həmin körpüdə eşafot iplə asılma hərəkətini yerinə yetirərkən həlak olub.[2] 1844-cü ildəTomas Hud körpüdən özünü atmış satqın qadın haqqındaThe Bridge of Sighs poemasını yazıb.[3] Körpünü rəsm əsərlərində fransızimpressionist rəssamKlod Mone və ingilisromatik rəssamCon Konstebl əks etdiriblər. Körpü 1878-ci ildə milliləşdirildi və burada rüsumu ləğv edənMetropolitan Board of Works orqanına təhvil verildi.
Maykl Faradey 1832-ci ildə Yerin maqnit sahəsi nəticəsində axan duzlu suyun geri çəkilməsinə görə körpünün hər bir tərəfi arasında potensial fərqi ölçməyə çalışırdı.[4] 1884-cü ildən etibarən qədimLondon körpüsünün zədələnib uçmasından sonra, çay axınının artması nəticəsində yuyulma və Renni körpüsünündirəklərində ciddi problemlər tapıldı. 1920-ci illərədək problem artmaqda davam etdi. Körpüdə beş tələb olunan dirək nizama salındı, bəzi ağır üstqurumlar kənarlaşdırıldı və müvəqqəti olaraq armaturlaşma işi aparıldı.[5]
London Qraflıq Şurası Jil Gilbert Skott tərəfindən yeni layihə olunmuş strukturla körpünün dağıdılaraq, yenisi ilə əvəz olunmasını qərara aldı. MühəndislərRendel Palmer & Tritton şirkətindən olan Ernest Buckton və Con Kuerel idi. Yeni keçidin açılışı natamam da olsa 11 mart 1942-ci ildə baş tutdu.[6] Tam olaraq isə körpü 1945-ci ildə tamamlanıb. Yeni körpüİkinci Dünya müharibəsi zamanıAlmaniyanın bombardmanı nəticəsindəTemza çayının üzərindən keçən zədələnmiş yeganə körpü idi. Tikinti üzrə podratçıPiter Lind & Company şirkəti idi. Tez-tez iddia olunur ki, işçi qüvvəsinin daha çoxunu qadınlar təşkil etmişdir. Buna görə də bəzən köpünü "qadınların körpüsü" kimi də adlandırırlar.[7][8]
BolqarıstanlıdissidentGeorgi Markov 1978-ci ildəKQB-nin köməyilə Bolqarıstanıngizli polis agentləri tərəfindən Vaterloo körpüsündəqətlə yetirilib.[9]
Saut-Bank, Royal Festival Hall, Vaterloo vağzalı, Queen Elizabeth Hall, Royal National Theatre, BFI Southbank (düz körpünün aşağısında) kimi tanınan yerlər körpünün cənub qurtaracağının ərazisindədirlər.
1950-ci illərdəNational Film Theatre düz Vaterloo körpüsünün aşağısında tikildi. 1980-ci illərdə mükafat qazananMuseum of the Moving Image də birbaşa olaraq körpünün aşağısında tikilib.
Körpünün şimal qurtaracağıSomerset Haus yaxınlığındaStrend vəOldviç yolu ilə birləşən Viktoria sahil küçəsi üzərindən keçir . Bu qurtaracaqda əvvəllər—1950-ci illərin sonuna qədərKinqsuey Tramvay Metrosunun cənub əsas girişi yerləşirdi. Bütün körpü 1981-ci ildəQrade II*tikililəri siyahıya alan strukturun (ing.Listed building) himayəsinə verilib.
Robert Şervud 1930-cu ildəVaterloo körpüsü tamaşasında birinci dünya müharibəsində qəfil hava hücumu zamanı körpüdə qarşılaşdığı qadına vurulan və onunla evlənnən əsgər rolunu canlandırıb. Bu tamaşa əsasında üç film buraxılıb:1931,1940,1956. 1940-ci ildə çəkilmiş filmdə baş rollarıVivyen Li vəRobert Teylor canlandırıb.
Vendi Koup tərəfindən yazılmışAfter the Lunch şeri iki sevgilinin Vaterloo körpüsündə ayrılması haqqındadır. Hal-hazırda Vaterloo körpüsü mahnısının lirik forması Couls Holland və Luiza Marşall tərəfindən yazılıb.
Körpünün özəllikləriMaykl Keynin baş rolda çəkildiyiElfi filminin sonundakı və başlanğıcındakı epizodlarda göstərilir. Filmin son epizodunda baş qəhrəmanın sahibsiz itin ardınca körpünü keçdiyi görünür.[10]
Britaniya detektiv filmi olanŞerlokunBöyük Oyun bölümündə hadisələr körpünün şimal tərəfinin altında baş verir.
Britaniya orkestriThe Kinks tərəfindən söylənilənVaterlooda Qürüb çağı mahnısı Londonda yaşayış və Vaterloo körpüsündən həyata baxış haqqındadır.
2013-cü ildə baş rollarda Din Lennoks Kelli və Kristofer Testerin çəkildiyi"Körpüdə" bədii filmi bir kişinin gecə Vaterloo körpüsündə əsgərlərlə qarşılaşması və Temza çayına özünün tullamaq istəməsi haqqında olmuş hadisəyə əsaslanan qısa filmdir.[11]
| VikianbardaVaterloo körpüsü ilə əlaqəli mediafayllar var. |