Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Vaqif Sadıqov (məşqçi)

Vikipediya, azad ensiklopediya
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:Vaqif Sadıqov.
Bu məqalədəki və ya bölmədəkiməlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.
Vaqif Sadıqov
“Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasında Prezident İlham Əliyevlə görüş zamanı çəkilmiş foto[1]
“Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasında Prezident İlham Əliyevlə görüş zamanı çəkilmiş foto[1]
Ümumi məlumatlar
Tam adıVaqif Ağaəli oğlu Sadıqov
Doğum tarixi1 aprel1959(1959-04-01)(66 yaş)
Doğum yeriAzərbaycan SSR,SSRİ
VətəndaşlığıAzərbaycanAzərbaycan
Boyu178 sm
Çəkisi68kq
Mövqeyiyarımmüdafiəçi
hücumçu
Klub haqqında məlumat
KlubAzərbaycanAZAL Bakı
Vəzifəsibaş məşqçi
Karyerası
Klub karyerası[* 1]
1977—1979SSRİAraz Naxçıvan? (?)
1980—1987SSRİNeftçi Bakı92 (2)
1988SSRİNistru Kişinyov3 (0)
1988SSRİGöyəzən Qazax10 (0)
1988SSRİXəzər Sumqayıt6 (0)
1989SSRİNeftçi Bakı23 (0)
1989—1991SSRİXəzər Sumqayıt75 (33)
1992AzərbaycanXəzər Sumqayıt32 (13)
1993AzərbaycanNicat Maştağa2 (2)
Məşqçisi olduğu klublar
1993AzərbaycanNicat Maştağa
1993—1995AzərbaycanNeftçi Bakı
1994—1995AzərbaycanAzərbaycan (21 yaşlılar)
1995—1997AzərbaycanFərid Bakı
1997—1998AzərbaycanAzərbaycan
1999RusiyaAnji Mahaçqalaməşqçi
2000—2001AzərbaycanANS Pivani Bakı
2001—2002AzərbaycanŞəfa Bakı
2002AzərbaycanAzərbaycan
2003İranMaşın Sazi
2004—2005AzərbaycanAzərbaycan (21 yaşlılar)
2005AzərbaycanAzərbaycan
2005—2008AzərbaycanGənclərbirliyi Sumqayıtvitse-prezident
2009AzərbaycanAzərbaycan
2009—2010AzərbaycanNeftçi Bakı
2011RusiyaAnji Mahaçqalaməşqçi
2012—2014AzərbaycanAZAL Bakı

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vaqif Sadıqov (1 aprel1959,Bakı) — azərbaycanlı futbol mütəxəssisi.

Həyatı

[redaktə |vikimətni redaktə et]

1993-1995-ci illərdə flaqmanı çalışdıran Sadıqov məşqçiliyə elə bu komandada başlayıb və işi uğurlu alınıb. "Neftçi" 1994 və 1995-ci illərdə məhz onun rəhbərliyi altında ardıcıl iki dəfə ölkə kubokunu qazanıb. Sadıqov 34 yaşında buna nail olmaqla, futbol tariximizdə rekorda imza atıb. "Neftçi" avrokuboklarda məhz onun rəhbərliyi altında debüt edib. Hazırda Çempionlar Liqasının qrup mərhələsində iştirak edən Kiprin APOEL klubu ilə səfərdə böyük hesabla uduzan (0:3) flaqman Sumqayıtda keçirilən cavab görüşündə qolsuz heç-heçə edib. Klublarımızdan avrokuboklarda ilk xalını qazanan məhz Sadıqovlu "Neftçi" olub.

1995-ci ildə baş məşqçi postunu təcrübəli həmkarı Kazbek Tuayevə təhvil verən çalışdırıcı daha sonra "Fərid" və "ANS-Pivani" klublarını da çalışdırsa da, uğur qazana bilməyib. Futbolçu karyerasının ən yaxşı illərini "Neftçi"də keçirən Sadıqov 1981-87, 1989-cu ildə "ağ-qaralar"ın şərəfini qoruyub. Keçmiş yarımmüdafiəçi bu komandanın heyətində SSRİ çempionatının güclülər dəstəsində 92 (2 qol), birinci liqada 23 oyun keçirib.

Məşqçilik karyerasının əsas hissəsi milli komanda ilə bağlı olan Sadıqov demək olar bütün yığmalarda çalışıb. O, milli komandamızın üç dəfə baş məşqçisi olmaqla rekorda imza atıb. Yeri gəlmişkən, yığmada ikinci dəfə çalışdığı vaxtda "Neftçi"nin baş məşqçi postunda əvəzlədiyi Böyükağa Ağayevlə bir yerdə çalışıb, Tuayevin köməkçiləri olublar. "Gənclərbirliyi"ndəki (Sumqayıt) fəaliyyətini nəzərə almasaq, Sadıqov 9 illik fasilədən sonra klubda baş məşqçi olacaq. Hər halda, Sumqayıt təmsilçisinə vitse-prezident postunu tuturdu. "Gənclərbirliyi" ötən il dağıldıqdan sonra təcrübəli mütəxəssis bir il işsiz qaldı.

Dörd ay öncə milli komandamızda məşqçi postunda Elxan Abdullayevi əvəzləyən Sadıqov bu müddətdə almaniyalı baş məşqçi Berti Foqtsun köməkçisi olub.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasına baxıbArxivləşdirilib 2021-10-16 at theWayback Machine. president.az, 03.03.2019  (az.)

Mənbə

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
Azərbaycan milli futbol komandasının baş məşqçiləri
Ələsgərov (1992-1993)  •Məmmədov (1993)  •Tuayev (1993-1994)  •Mircavadov (1994-1995)  •Tuayev (1995-1997)  •Sadıqov (1997-1998)  •Ələsgərov (1998-1999)  •Ponomaryov (2000-2001)  •Sadıqov (2002-2003)  •Abdullayev (2003-2004)  •Torres (2004-2005)  •Sadıqov (2005)  •Diniyev (2005—2007)  •Hacıyevski (2007-2008)  •Foqts (2008-2014)  •M. Qurbanov (2014)  •Prosineçki (2014—2017)  •Q. Qurbanov (2017-2018)  •Yurçeviç (2019)  •De Byazi (2020-2023)  •Santuş (2024-2025)  •Abbasov (2025–)
⛭
⛭
Azərbaycan Kubokunun qalibi olmuş baş məşqçilər
1992:Məmmədəli Məmmədov | 1993:Ağasəlim Mircavadov | 1993/94:Mehman Allahverdiyev | 1994/95:Vaqif Sadıqov | 1995/96:Kazbek Tuayev | 1996/97:Mehman Allahverdiyev | 1997/98:Mehman Allahverdiyev | 1998/99:Əhməd Ələsgərov | 1999/00:Mehman Allahverdiyev | 2000/01:Əsgər Abdullayev | 2001/02:yarımçıq qalıb | 2002/03:keçirilməyib | 2003/04:Kazbek Tuayev | 2004/05:Əsgər Abdullayev | 2005/06:Böyükağa Ağayev | 2006/07:Ağasəlim Mircavadov | 2007/08:Ağasəlim Mircavadov | 2008/09:Qurban Qurbanov | 2009/10:Cüneyt Biçər | 2010/11:Mirça Rednik | 2011/12:Novruz Əzimov | 2012/13:Böyükağa Hacıyev | 2013/14:Böyükağa Hacıyev | 2014/15:Qurban Qurbanov | 2015/16:Qurban Qurbanov | 2016/17:Qurban Qurbanov | 2017/18:Yuri Maksimov | 2018/19:Sənan Qurbanov | 2019/20:yarımçıq qalıb | 2020/21:Sənan Qurbanov | 2021/22:Qurban Qurbanov | 2022/23:Elmar Baxşiyev | 2023/24:Qurban Qurbanov | 2024/25:Vasili Berezutski
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Vaqif_Sadıqov_(məşqçi)&oldid=7861442"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp