Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

VI Mehmed

Vikipediya, azad ensiklopediya
VI Mehmed
osman.محمد سادس
Osmanlı sultanı[d]
3 iyul 1918 –19 noyabr 1922
ƏvvəlkiV Mehmed
Şəxsi məlumatlar
Doğum tarixi14 yanvar1861(1861-01-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi16 may1926(1926-05-16)[1][2][…](65 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Süleymaniyyə təkyəsinin qəbiristanlığı[d]
AtasıI Əbdülməcid
AnasıFatma Şervaşidze
Həyat yoldaşları
Uşaqları
Hərbi xidmət
Rütbəsigeneral-feldmarşal

MonoqramMonoqramın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

VI Mehmed Vəhidəddin (osman.محمد سادس وحیدالدین) (14 yanvar1861[1][2][…],İstanbul[3]16 may1926[1][2][…],San-Remo,Liquriya) —son Osmanlı sultanı və 115-ciİslamxəlifəsi.

Həyatı

[redaktə |vikimətni redaktə et]

İlk illəri

[redaktə |vikimətni redaktə et]

14 yanvar 1861-ci ildəDolmabağça sarayında dünyaya gəlmişdir. AtasıSultan Əbdülməcid, anası isəGülüstü Qadınəfəndidir. 6 aylıqkən atası, 4 yaşında isə anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olanŞayəstə xanımın himayəsində böyümüşdür. 1870-ci ildəDolmabağça sarayında keçirilən mərasimləSüleyman Əfəndi,Cəlaləddin Əfəndi,Səlahəddin Əfəndi,İzzəddin ƏfəndiMünirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Aldığı saray təhsili vəFateh mədrəsəsində aldığı bəzi dərslərlə özünü yetişdirdi. Böyük qardaşıSultan Əbdülhəmid taxta çıxdıqdan sonra ona hədiyyə etdiyi Çəngəlköy köşkündə məskunlaşdı və taxta çıxanadək burada yaşadı. Bu səbəblə yaşadığı bu köşkVahidəddin köşkü adlanmağa başlandı. DövrünOsmanlı vəliəhdiYusif İzzəddin Əfəndinin gözlənilməz ölümünün ardından (1 fevral 1916) Osmanlı taxtının rəsmivəliəhdi elan edildi. Bu ünvanlaAvstriya-Macarıstan imperatoruI Frans İosifin cənazəsində (1916) vəAlman imperatoruII Vilhelmin xüsusi dəvətində iştirak etdi vəpadşahı təmsil etdi. Digər böyük qardaşıSultan Mehmed Rəşadın vəfatının ardından (3 iyul) VI Mehmed adıyla taxta çıxarıldı. Ancaq daha çoxSultan Vahidəddin olaraq anıldı.

Səltənət illəri

[redaktə |vikimətni redaktə et]

Milli Məclisdə keçirilən andiçmə mərasimindən sonraTələt Paşa hökumətini vəzifəsində saxlayaraq sarayda bir qərargah qurdu və davam edənBirinci Dünya müharibəsini buradan izləməyə başladı. İlk rəsmi açıqlaması isə müharibənin səbəb olduğu qıtlıq və bahalığa qarşı gördüyü tədbirlər haqqında oldu. Müharibə cəbhələrinin açılmadığı bölgələrdə elan olunmuş hərbi vəziyyəti aradan qaldırdı və bununla da əhalinin rəğbətini qazandı. Ancaq müharibənin gedişatı Osmanlının əleyhinə idi.FələstinSuriya əldən çıxmış,Anadolu torpaqları təhlükə altına düşmüşdü. Padşahın fəxri yavəri olanMustafa Kamal Paşa sultana yolladığı teleqrafda sülhdən başqa bir çarə qalmadığını bildirmişdi (7 oktyabr).

Sultan Vahidəddinİttihadçı hökuməti istehfaya göndərdi vəƏhməd Tofiq Paşa rəhbərliyində yeni bir hökumət kabinetini qurmağı əmr etdi.Məclisin yeni sessiyasının açılışında çıxış edən Sultan VahidəddinVilson prinsiplərinin sülh üçün tək yol olduğunu, ordunun cəsarətlə başladığı bu vəzifəni şərəflə tamamlamaq istədiyini bildirdi. Bu əsnada sultana teleqraf yollayanMustafa Kamal Paşa yeni qurulacaq hökumət kabinetinin rəhbərliyiniƏhməd İzzət Paşaya verilməsini və özünün də Hərbi nazir olmasını təklif etdi. Bu təklifi qəbul edən Sultan Vahidəddin 14 oktyabr 1918-ci ildə bu vəzifəni yavərlərindənƏhməd İzzət Paşaya verdi. Hərbi nazir olanƏhməd İzzət Paşa, yeni qurduğu hökumət kabinetinəMustafa Kamal Paşanın tərəfdarlarındanRauf OrbayFəthi Okyarı da əlavə etdi. Sultan Vahidəddin gedən sülh danışıqlarının rəhbərliyinə bacısıMədiha Sultanın əriFərid Paşanı gətirmək istəyirdi.Sədrəzəm isə buna etiraz etdi və Bahriyə naziri Rauf bəyin rəhbərliyindəki türk heyətiMudros sülhünü imzaladı (30 oktyabr).

Səltənətinin dördüncü ayı tamamlanmamış çətin vəziyyətə düşən Sultan Vahidəddin vaxt qazanmağa çalışdı. Dövlətin düşdüyü vəziyyətdən çıxması üçünİngiltərəFransa yönlü siyasət yeritməyə qərar verdi.Müttəfiq dövlətlər isə müharibənin məğlub olanlarını cəzalandırmaq istəyirdi. Bu səbəblə Sultan Vahidəddinmüttəfiq dövlətlərin gözündə günahsızlığını sübut etmək üçün bütün hadisələriİttihadçıların boynuna yıxmağa çalışdı.İstanbula gəlməyə hazırlaşanmüttəfiq dövlətlərin heyətini qarşılamaq üçün yeni bir hökumət qurmağa qərar verdi. Belə ki, fəaliyyətdə olanƏhməd Tofiq Paşa hökumətiİttihad və Tərəqqi cəmiyyətinin öndə gələn üzvlərinin ölkədən gizlicə qaçmasına (2–3 noyabr gecəsi) göz yummuş və bununla da, onlardan tərəf olduqlarını bildirmişdi. Sultan Vahidəddinin bu qərarının konstitusiyaya zidd olduğunu bildirənƏhməd İzzət Paşa hökuməti isə ləğvi gözləmədən öz istəyilə istehfa verdi (8 noyabr).

Sultan Vahidəddin, yeni hökuməti 73 yaşındakı qudasıƏhməd Tofiq Paşanın (qızıFatma Ülviyyə Sultanpaşanın oğlu ilə evli idi) rəhbərliyində qurdu. İki gün sonra isə 60 gəmidən ibarətmüttəfiq dövlətlər donanmasıİstanbula daxil oldu (13 noyabr).Tofiq Paşa hökumətininməclisdə təsdiqlənməsindən sonra mətbuat açıqlaması verən Sultan Vahidəddin müharibə əsnasında baş verənlərin təqsirkarının xalq deyil,İttihad və Tərəqqi hökuməti olduğunu vəİngiltərə ilə dostluğun davamı üçün əlindən gələni edəcəyini bildirdi. Yenicə qurulan hökumətdən isəİttihadçıların mühakimə edilməsi üçün dərhal fövqəladə bir məhkəmə qurulmasını istədi.

Məclis-i Məbusan isə fövqəladə məhkəmənin çağırılması hüququnun konstitusiyaya görə özlərinə aid olduğunu iddia edərək hadisəyə etirazını bildirdi. Sultan Vahidəddin isə bu çətin vəziyyətdən çıxmaq üçün dövlətin tək əldən idarə edilməli olduğunu anladı və konstitusiyanın ona verdiyi hüquqlaMəclis-i Məbusanı ləğv etdi (21 dekabr). Yenə konstitusiyaya görə, növbəti 4 ayda keçirilməli olan seçimləri ölkənin işğal altında olması bəhanəsilə təxirə saldı. Onunmütləqiyyətə yönəlməsində, əlbəttə ki, xarici faktorların da təsiri vardı. Keçmiş müttəfiqlərindənBolqar çarı oğluIII Borisin lehinə taxtdan çəkilmişdi.Alman imperatoruII Vilhelm taxtından çəkilmiş vərespublika elan edilmişdi.Avstriya-Macarıstan imperatoruI Frans İosif də taxtdan çəkildiyi üçünAvstriyaMacarıstan respublikaları yaranmışdı. Sultan Vahidəddinin qorxusu isəİstanbulun əldən çıxması,xilafət və səltənətin aradan qaldırılması idi.

Sultan Vahidəddin hökumətin içində olan İttihadpərəst üzvlərin uzaqlaşdırılması üçünTofiq Paşa rəhbərliyində ikinci hökumət kabinetini qurdu (13 yanvar). İkinciTofiq Paşa hökuməti sultana yaxın şəxslərdən ibarət idi. Sultan Vahidəddin kütləvi həbslərə başlamadan öncəFərid Paşa vasitəsiləingilislərin prosesə münasibətini öyrənməyə çalışdı.Diyarbəkirin keçmiş qubernatoru Rəşid bəyin həbsdən qaçması (25 yanvar)ingilislərin təzyiqlərinin artmasına səbəb oldu. Daha öncə Daxili İşlər naziri İzzət bəy tərəfindəningilislərə adı verilən 60 nəfərin 30-u həbs edilmiş,ingilislər bunlardan 23-nün onlara təslim edilməsini tələb edirdi. Hökumət isə bu təklifi qəbul etmədi.

Bu əsnadaİstanbula gələnfransız generalı d’Esperey, sultanın və hökumətin prosesləri uzatmasından bezərək toplanan batalyonla saraya gələcəyini və istədiklərini alacağını söyləyərək sarayı təhdid etdi.Sədrəzəmifransız səfirliyinə çağırdı.Fransızlar adını verdikləri 36 nəfərin həbs edilməsini istədilər.Müttəfiq dövlətlərlə 3 aydır razılığa gələ bilməyən hökumətə etirazını bildirən Sultan Vahidəddinin sərt üslubundan narahat olanTofiq Paşa istehfa verdi vəFərid Paşasədarətə gətirildi (4 mart).

Yeni hökumət keçmişsədrəzəmlərdənSəid Həlim Paşa da daxil olmaqlaİttihad və Tərəqqi cəmiyyətinin öndə gələnlərini həbs etdirdi.Yozğadın Boğazlıyan bölgəsinin qubernatoru olan Mehmed Kamal bəyin mühakiməsi dərhal nəticələndi və edam cəzasışeyxülislam fətvası ilə sultanın imzasıyla təsdiqləndi.Bəyazid meydanında edam olunan və milli şəhid elan edilən Kamal bəyin cənazəsinin universitet tələbələrinin əlləri üzərində bayrağa bükülü olaraq daşınmasımüttəfiq dövlətlərini narazı saldı. Paris konfransına təmsilçi göndərmə istəyi və sultanın məsələni müzakirə etmək üçün tələb etdiyi məsul şəxslərlə görüş baş tutmadı.Müttəfiq dövlətlər hökumətin bütün işlərinə qarışırdı. Digər yandan sultan,AnadoluRumeliyəşahzadələrin rəhbərliyi ilə göndərdiyi nəsihət heyətləriylə xalqı sakitləşdirməyə çalışırdı.

Müttəfiq dövlətləri ictimai asayişin təmin edilməsi üçün Osmanlı zabitlərininAnadoludakı birliklərə qoşulmasına icazə verdi.Mustafa Kamal Paşa da 9. Ordu müfəttişliyinə təyin edildi (30 aprel). Sultan Vahidəddinİzmirin işğalından sonra istehfa verənFərid Paşa rəhbərliyində ikinci hökumət kabineti qurdu (19 may). Yeni qurulan hökumət həbs olunan 23 milliyyətçini azadlığa buraxdı.İttihadçıların həbs olunması və məhkəmə prosesi isə təxirə salındı. Sultanın sarayda çağırdığı səltənət şurasında (26 may) artıq ölkənin yadellilərdən azad edilməsi qərar alındı. Bundan narahat olanmüttəfiq dövlətlər həbs olunan 67 siyasi məhbusuMalta adasına sürgün etdi (27 may). Nəhayət, müttəfiqlərin hökuməti Paris konfransına dəvət etməsi nəticəsində münasibətlər yaxşılaşdı vəİttihadçıların həbsi yenidən davam etdi. Konfransda iştirak edəcək şəxləri şəxsən seçən Sultan VahidəddinFərid Paşaya inanmadığı üçünTofiq Paşanı da heyətə daxil etdi.

Yunan işğalına qarşı toplanan siyasi cəmiyyətlərin başladığı silahlı mübarizə getdikcə güclənmişdi. İngilsilər bu milliyyətçi hərəkatın arxasındaİttihadçıların olduğunu iddia edərək sultana təzyiq edir vəMustafa Kamal Paşanın geri çağırılmasını tələb edirdi. Bu əsnada sultanın yaşadığıYıldız sarayında böyük bir yanğın çıxdı (8 iyun). Bütün əşyaları yanan və son anda xilas olan Sultan Vahidəddin"Millətimin ocağı yanıb, mən onu düşünürəm. mənim evim yanmış, nə önəmi var ?" dedi.VəliəhdƏbdülməcid Əfəndi də sultana məktub yazaraq davam edən ingilispərəst siyasəti vəFərid Paşanın konfransa göndərilməsini tənqid etdi (12 iyun). Məktubu ələ keçirəningilislər milliyyətçilərin sultana qarşı bir çevriliş hazırladığını vəYıldız sarayındakı yanğının da bir sui-qəsd nəticəsində çıxdığını iddia edərək meydanı qızışdırmağa başladılar.

Siyasi fikirlərini daima gizli saxlayan Sultan Vahidəddin digər yandanMustafa Kamal Paşanın geri çağırılması təkliflərini rədd edirdi. Hökumət çıxarılan qanunlaMustafa Kamal Paşanı vəzifədən alsa da (23 iyun), Sultan Vahidəddin buna səssiz qaldı. 3. Ordu müfəttişi imzasıyla sultanateleqraf çəkənMustafa Kamal Paşa hökumətin bu qərarından şikayət etdi və lazım gələrsə, bütün vəzifələrindən istehfa verib xalqın mübarizəsinə qatılacağını bildirdi. Sultan Vahidəddin isə özünün və hökumətiningilislərin təzyiqi altında olduğunu, bu vəziyyətdəMustafa Kamal PaşanınAnadoluda qalmasının daha münasib olacağını bildirdi. Bu səbəblə hərbi nazirlikdən onun adına 2 aylıq icazə alaraq vəziyyət sabitləşənə qədər hadisələrdən uzaqlaşmağı tövsiyə etdi.

İngilis kəşfiyyatı isəAnadoludakı milli hərəkatın arxasında sultanın və hökumətin olduğunu anlamışdı.Samsundaingilislərlə Rüfət bəy arasında yaranan gərginliyin ardındaningilislər saraya nota göndərdi vəMustafa Kamal Paşanın həbs edilərək İstanbula gətirilməsini və Rüfət bəyin vəzifədən alınmasını tələb etdi. Sultan Vahidəddin isə Ərzurumda olanMustafa Kamal Paşayateleqraf çəkərək vəziyyətin gərginliyini və artan təzyiq səbəbilə vəzifədən alındığını bildirdi (8–9 iyul gecəsi).Mustafa Kamal Paşa isə göndərdiyi cavab məktubunda sultanı və hökuməti çətin vəziyyətə salmamaq üçün bütün hərbi rütbələrindən istehfa etdiyini,millətsultan adına mübarizəyə davam edəcəyini bildirdi.

Sultan Vahidəddin isəSamsundakı hadisə iləMustafa Kamal Paşanın heç bir əlaqəsinin olmadığını sübut etməyə çalışırdı.Baş admiral Artur Kaltorpa xüsusi xəbər göndərərək (8 iyul)Aydın bölgəsindəkiyunan zülmündən şikayət etdi. Əmrindəki orduların ləğv edilməsi, vəziyyətin isə təhlükəli bir hal alması səbəbilə tək ümidininİngiltərə hökuməti olduğunu bildirdi.

Digər yandansədrəzəm Paris konfransından heç bir nəticə əldə etmədən geri dönmüşdü (15 iyul). Ertəsi gün sultanın qəbulunda olanvəliəhdƏbdülməcid Əfəndisədrəzəmin konfransdakı mövqeyini və siyasətini ciddi şəkildə tənqid etdi. Ancaq sultan imtina edə bilmədiyiFərid Paşa rəhbərliyində üçüncü hökumət kabinetini qurdu (20 iyul). Yeni hökumətə milli hərəkat yönümlü olanTofiq Paşa,Əhməd İzzət Paşa və Əli Rza Paşalar da alındı.Sədrəzəm isə bir qərar çıxararaqAnadoluda milli bir konqresin keçirilməsinə etiraz etdi. 2 gün sonraMustafa Kamal Paşanın rəhbərliyində açılanƏrzurum konqresi (23 iyul) sultana bağlı olduqlarını bildirən vəsədrəzəmin verdiyi qərarı tənqid edən birteleqraf yolladı.İngilislər isə hökumətə nota göndərərək (24 iyul)Mustafa Kamal Paşanın üsyankar elan edilməsini tələb etdi.Sədrəzəm, uzun danışıqların ardındanMustafa Kamal PaşaRauf bəy haqqında həbs qərarı çıxara bildi (29 iyul). Buna etiraz edənƏhməd İzzət Paşa istehfa verdi.VəliəhdƏbdülməcid Əfəndi dərhal saraya gedib, hələ dəFərid Paşanı qorumağa çalışan Sultan Vahidəddini olduqca sərt bir dillə tənqid etdi.İngilislərin artan təzyiqi nəticəsindəMustafa Kamal Paşanın bütün nişanları geri alındı və fəxri yavərliyi ləğv edildi (9 avqust). Hökumətin bu mövqeyini tənqid edənTofiq Paşa da 2 gün sonra istehfa verdi. Hökumət 4 sentyabrda başlayan Sivas konqresinə qarşı fəaliyyətə başlasa da, buna nail ola bilmədi.Mustafa Kamal Paşa ilə sultan arasında aşılmaz bir divar hörüldü.Milli azadlıq hərəkatı isə rəsmi bir hökumət qurulanadəkİstanbulla bütün əlaqələrinin kəsildiyini elan etdi (11–12 sentyabr gecəsi).Mustafa Kamal PaşanınSivasdan göndərdiyi məktubu alan (29 sentyabr) Sultan Vahidəddin dərhal hökuməti istehfaya göndərdi və onun məsləhəti iləƏli Rza Paşanısədarətə gətirdi (2 oktyabr).

Yeni qurulan hökumətə yalnızmilli azadlıq hərəkatını dəstəkləyənlər alındı.İstanbullaAnkara arasında 20 gündür bağlı olan teleqraf xətti bərpa edildi.

Əli Rza Paşa hökumətindən narazı olanmüttəfiqlər sultanın qorxularını təhrik etmək üçünİstanbulun gələcəyini müzakirə etməyə başladılar.İngilislər türklərinİstanbuldan çıxarılmasını istəyirdilər. Gəzən şayələrdən narahat olan Sultan Vahidəddinmüttəfiq dövlətlərin təmsilçiləri ilə görüşmək istəsə də, müsbət cavab ala bilmədi.İngilisləri razı salmaq üçün məclisin açılışını gecikdirməyə çalışsa da, 12 yanvar 1920-ci ildə sonuncuMəclis-i Məbusan açıldı.

Sultan Vahidəddin xəstəliyini bəhanə edərək açılışa qatılmadı. Gəzən şayələrə son qoymaq üçün səhhətinin pis olması haqqındakı tibbi arayışları qəzetlərdə dərc etdirdi. Bu əsnadaMustafa Kamal Paşa sultanateleqraf çəkərək səhhətindən narahat olduğunu bildirdi. Digər yandan Sultan Vahidəddin də məclis üzvlərini qəbul edir, onlardan milli hərəkat haqqında məlumat alırdı.

Bu xəbərlərdən təlaşlanan müttəfiqlər, Osmanlı əsgərlərininTopqapı sarayıAyasofya ətrafından uzaqlaşdırılmasına, sultanıİttihadçılardan qorumaq vəAnadoluya qaçmasına mane olmaq üçünYıldız sarayının nəzarət altına alınmasına qərar verdi. Sultanın verdiyi əmrləMustafa Kamal Paşanın nişanları geri qaytarıldı (3 fevral).

Müttəfiq dövlətlər sultanı sıxışdırmaq üçün London konfransında (5 mart) alınmış qərarlaİstanbulun işğalını elan etdi. Əvvəlcəİstanbuldakıyunanermənilərin qətl ediləcəyi şayələri yayıldı. Ardındanİstanbul rəsmi olaraq işğal edildi və bütün rəsmi orqanlar ələ keçirildi (16 mart). Milliyyətçi liderlər həbs edilərəkMaltaya sürgün edildi. Hökumət 2 apreldə istehfaya getdi. Sultan Vahidəddin 5 apreldə yenidənFərid Paşa rəhbərliyində hökumət qurdu.Məclis sultanın əmriylə bağlandı (11 aprel).

Nəhayət,Ankarada toplananBöyük Millət Məclisi toplanaraq (23 aprel 1920) millətin yeganə təmsilçisi olduğunu bütün dünyaya elan etdi. Buna cavab olaraq isəMustafa Kamal Paşa və 5 yaxın adamı haqqında ölüm hökmü verildi (24 may). Çox keçmədənSevr sülhü imzalandı (10 avqust). Buna məclisin reaksiyası sərt oldu. Belə ki, Sultan Vahidəddin xain elan edildi və kürəkəniFərid Paşa haqqında ölüm hökmü verildi (7 oktyabr).

İngilislərin təzyiqi iləTofiq Paşa yenidənsədarətə gətirildi (21 oktyabr).Mustafa Kamal Paşa isə bu hökuməti tanımaqdan imtina etdi. Bu əsnadayunanlara qarşı ilk zəfər olanİnönü döyüşü baş verdi.Məclisin 8 fevralda keçirilən gizli iclasında sultanın taxtdan endirilməsinə qərar verildi. Nəhayət, Sultan VahidəddininAnkara hökumətini tanımaması nəticəsindəməclis səltənəti vəOsmanlı imperiyasını ləğv etdi (1 noyabr 1922).Xilafətin isəOsmanlı sülaləsinə aid olduğunu vəTBMM tərəfindən seçiləcək şəxsə veriləcəyini bildirdi. Hökumət adamlarının yarısı ölkədən qaçır, yarısı isəingilislərə sığınırdı. Səltənətin ləğvindən sonra 10 noyabrda ilk dəfəcümə salamlığına çıxan Sultan Vahidəddinin oxunanxütbədə adı çəkilmədi.

Mühacirət illəri

[redaktə |vikimətni redaktə et]

Nəhayət,ingilislərin çoxdandır gözlədiyi an gəldi. Sultan Vahidəddin 15 noyabrda fəxri yavəri və qaynı Zəki bəy (xanımıSəniyə Qadınəfəndinin qardaşı) vasitəsiləgeneral Harrinqtona müraciət etdi vəingilislərdən siyasi sığınacaq istədi. Sultanın 17 noyabr 1922 tarixində cümə günüİstanbuldanMalaya adlı gəmiylə çıxarılmasına qərar verildi. Sultan Vahidəddin o gecə Cihannüma köşkündə qaldı. Şəxsi əşyalarından başqa dəyərli əşya və cəvahirət almamağa diqqət yetirdi. Qalaq-qalaq sənədləri kamində yandırdı.Son Osmanlı sultanıYıldız sarayındaningilis generalı Çarlz Harrinqtonun müşayiəti ilə alındı. Sultan və heyətindəki 10 nəfər səhər saatlarındaingilis batalyonu tərəfindənMaltaya yola salındı.Maltadakıingilis qubernatoru sultanıkralV Georq adına qarşıladı.Krala təşəkkürlərini bildirən Sultan Vahidəddin taxtından və xilafətdən əl çəkmədiyini bildirdi. Bu əsnada isəTBMMƏbdülməcid ƏfəndiniOsmanlı xəlifəsi elan etdi (19 noyabr).

Bu əsnadaingilislər artıq yük olmağa başlayan sabiq sultandan xilas olmağa çalışırdı.İngilislərin dəstəyi iləOsmanlı imperiyasına qarşı üsyan qaldıran vəƏrəbistan məliki olanŞərif Hüseyn sultanıMəkkəyə dəvət etdi. İngilis gəmisiyləMaltadan ayrılan (5 yanvar 1923) Mehmed Vahidəddin Port Səid limanındaKral Hüseynin oğlu tərəfindən qarşılandı. Daha sonraSüveyşəCiddəyə getdi (15 yanvar 1923).Kral Hüseyn qonağını 101 top atəşilə qarşıladı vəMəkkəyə yola saldı. Fevral ayının sonuna qədərMəkkədə qalan Sultan Vahidəddin iqlimi daha mülayim olanTaifə getdi. Müsəlman aləmi isə onunHicaz ziyarətini tənqid edirdi.

Hicazda çox qalmayan Sultan VahidəddinMəkkəyə döndü vəFələstinə getmək istədi (15 mart). Ancaqingilislər buna icazə vermədi və sabiq sultan uzun müzakirələrdən sonraİtaliyaya göndərildi. İtalyan hökuməti Sultan VahidəddiniGenuya limanında qeyri-rəsmi bir mərasimlə qarşıladı (2 may). Onu qarşılayanlar arasında qaynıFərid Paşa da vardı.San-Remo qəsəbəsindəki Nobel villasında məkunlaşdı. 16 ay burada tək yaşayan Sultan Vahidəddin 1924-cü ildə verilənOsmanlı sülaləsinin sürgün qərararından sonra ailəsinə qovuşdu. Ailənin fərdləri artdığı üçün Manolya villasına köçən Sultan VahidəddinTürkiyə sərhədlərindən kənarda qalan ailə mülklərindən pay almaq üçün sürgündəki bütün ailə üzvlərindən vəkalət aldı. Ancaq sürgün səbəbiləNitsada məskunlaşanƏbdülməcid Əfəndi ailə rəisinin özü olduğunu deyərək vəkalət verməkdən imtina etdi. Sultan Vahidəddinİstanbuldan 20 min ingilis sterlinqi ilə ayrılmışdı. Bu pulun bir hissəsi fırıldaqçıların əlinə keçmiş, bir hissəsi isə keçmiş qaynı və fəxri yavəri olan Zəki bəy (xanımıSəniyə Qadınəfəndinin qardaşı) tərəfindənSan-Remoqumarxanalarında itirilmişdi. Əlində qalan şəxsi cəvahiratları satmış, sonda medallarını da satışa çıxarmışdır. Ancaq medalların üzərindəki daş-qaşın saxta olduğunu öyrənmiş və saray zərgərləri tərəfindən aldadıldığını öyrənmişdir.

Vəfatı və dəfni

[redaktə |vikimətni redaktə et]

16 may 1926 tarixində səhər saatlarındaNitsada yaşayan qızıSabiha Sultanın qızı olduğu xəbərini alan Sultan Vahidəddin nəvəsinin adınınNəcla olmasını istədi. Məhz həmin günün sonunda axşam saatlarında vəfat etdi. Aparılan araşdırmalarda ölüm səbəbi kimiağciyərinin birininvərəmdən quruması və ürək damarlarının tutulması göstərildi.

Dəməşqdəki VI Mehmedin qəbri

Sultanın öldüyünü eşidən borclular təxminən 60 min lirəlik borclarını tələb etdilər. Nəticədə Manolya villasındakı bütün əşyalar və mərhum sultanın tabutu villanın zirzəmisindəki otağa qoyularaq kilidləndi.İtalyanlar borc ödənilənədək cənazənin dəfn edilməsinə icazə vermədilər. Nəhayət, 1 ay sonraNitsadakı qızıSabiha Sultan sırğalarını sataraq borcları ödədi və cənazəninDəməşqdəkiSüleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olunmasına qərar verildi.Fransa hökumətindən icazə alındı və tabut at arabasıyla dəmiryolu stansiyasına (15 iyun), oradan isə qatarlaTriestə aparıldı. Burada gəmiyə daşınan cənazəsi kürəkəniÖmər Fərrux Əfəndinin nəzarətindəBeyruta aparıldı. Oradan qatarlaDəməşqə daşınan cənazəSüleymaniyyə təkyəsinin həyətində dəfn olundu (3 iyul 1926). Məzar yeri üçün qazılan yerdən su çıxmasıyla torpaq çökmüş, bu səbəblə cənazənin üzərində türbə tikilə bilməmişdir.

Ailəsi

[redaktə |vikimətni redaktə et]

Hərəmxanası

[redaktə |vikimətni redaktə et]

Oğlan uşaqları

[redaktə |vikimətni redaktə et]

Qız uşaqları

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
Bu məqalədəki istinadlar müvafiqistinad şablonları ilə göstərilməlidir.
  1. 1234Mehmed VI //Encyclopædia Britannica (ing.).
  2. 1234Mehmet VI //Gran Enciclopèdia Catalana (kat.).Grup Enciclopèdia, 1968.
  3. 12Deutsche Nationalbibliothek Record #119160641 //Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • TBMM Gizli Celse Zabıtları, Ankara 1985, I, 132-139, 410-416;
  • Atatürk ile İlgili Arşiv Belgeleri (1911–1921), Ankara 1982, s. 173-179;
  • Belgelerle Mustafa Kemal Atatürk (1916–1922), Ankara 2003, s. 6-42;
  • Lütfi Simâvi, Osmanlı Sarayının Son Günleri (s.nşr. Şemsettin Kutlu), İstanbul, ts. (Hürriyet Yayınları), s. 373-538;
  • Ali Fuat Türkgeldi, Görüp İşittiklerim (Ankara 1949), Ankara 1984, s. 138-264;
  • İbnülemin, Son Sadrıazamlar, IV, 2095–2104;
  • Mufassal Osmanlı Tarihi, İstanbul 1963, VI, 3574-3650;
  • Refik Halid Karay, Minelbab ilelmihrab, İstanbul 1964, s. 113, 117-118, 140;
  • Safiye Ünüvar, Saray Hatıralarım, İstanbul 1964, s. 119, 124, 138-139;
  • Tarık Mümtaz Göztepe, Osmanoğullarının Son Padişahı Vahideddin Gurbet Cehenneminde, İstanbul 1968;
  • a.mlf., Osmanoğullarının Son Padişahı Vahideddin Mütâreke Gayyasında, İstanbul 1969;
  • G. Jaeschke, Kurtuluş Savaşı ile İlgili İngiliz Belgeleri (trc. Cemal Köprülü), Ankara 1971, s. 4, 12;
  • a.mlf., “Mondros’a Giden Yol”, TTK Belleten, XXVIII/109 (1964), s. 151 vd.;
  • Bilâl N. Şimşir, İngiliz Belgelerinde Atatürk: 1919–1938, Ankara 1973–84, I, 66, 68, 300, 380, 463-464;
  • a.mlf., “Vahdettin’in Kaçışı ve Sonu”, Cumhuriyet, İstanbul 26-30 Kasım 1973;
  • İsmail Hakkı Okday, Yanya’dan Ankara’ya, İstanbul 1975, s. 350, 353, 373-374, 449;
  • Mazhar Müfit Kansu, Erzurum’dan Ölümüne Kadar Atatürk’le Beraber, Ankara 1988, I-II, tür.yer.;
  • Doğu Ergil, “Osmanlı Ocağı’nın Sönüşü”, Milliyet, İstanbul 30 Kasım -13 Aralık 1989;
  • Münevver Ayaşlı, İşittiklerim, Gördüklerim, Bildiklerim, İstanbul 1990, s. 8-9;
  • Ahmet İzzet Paşa, Feryadım (haz. Süheyl İzzet Furgaç – Yüksel Kanar), İstanbul 1993, II, 14, 19-20, 27-28, 190, 213-214, 278, 454-455;
  • Rıza Tevfik [Bölükbaşı], Biraz da Ben Konuşayım (haz. Abdullah Uçman), İstanbul 1993, s. 57, 63, 108-109, 189;
  • Orhan Koloğlu, Gazi’nin Çağında İslâm Dünyası (1919–1922), İstanbul 1994, s. 65, 118, 231, 286, 300, 305, 319;
  • Salâhi R. Sonyel, Türk Kurtuluş Savaşı ve Dış Politika, Ankara 1991–95, I-II, tür.yer.;
  • a.mlf., Kurtuluş Savaşı Günlerinde İngiliz İstihbarat Servisi’nin Türkiye’deki Eylemleri, Ankara 1995, tür.yer.;
  • a.mlf., “Son Osmanlı Padişahı Vahideddin ve İngilizler”, TTK Belleten, XXXIX/154 (1975), s. 257-264;
  • a.mlf., “İngiliz Yüksek Komiseri Sir Horace Rumbold’un Türk Ulusal Akımı’na Karşı Tutumu”, a.e., LVIII/221 (1994), s. 159-184;
  • Murat Bardakçı, Şahbaba: Osmanoğulları’nın Son Hükümdarı VI. Mehmed Vahideddin’in Hayatı, Hatıraları ve Özel Mektupları, İstanbul 1998;
  • Sina Akşin, İstanbul Hükümetleri ve Millî Mücadele, İstanbul 1983–92, I-II, tür.yer.;
  • Enver Ziya Karal, “Mehmed VI”, İA, VII, 562-566;
  • A. J. Mango, “Meĥemmed VI Waĥid al-Dīn”, EI² (İng.), VI, 984-985.
VI Mehmed
Doğum: 14 yanvar 1861Vəfat: 16 may 1926
Hakimiyyət titulları
Sələfləri 
V Mehmed Rəşad

Osmanlı İmperiyası (دولت عالیه عثمانی)Sultanı

3 iyul 1918-1 noyabr 1922
Xələfləri 
Yox
Osmanlı sultanlığının ləğvi
(Mustafa Kamal Atatürk)
Sünni İslam titulları
Sələfləri 
V Mehmed Rəşad

İslamXəlifəsi (خلافة إسلامية)
Xələfləri 
Əbdülməcid
⛭
Ailəsi
Sədrəzəmlər
Şeyxülislamlar
⛭
Osmanlı xanədanlığı
Quruluş
Yüksəlmə
Durğunluq
Geriləmə
Dağılma
 Bu şablona bax 
  Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
BNF135549796 ·GND119160641 ·ISNI0000000374297874 ·LCCNn88035075 ·NTA085052019 ·SUDOC158601742 ·VIAF10649783 ·WorldCat VIAF10649783
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=VI_Mehmed&oldid=7675651"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp