Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Vəssaf

Vikipediya, azad ensiklopediya
Vəssaf
fars.عبدالله ابن فضل‌الله شرف‌الدین شیرازی
Doğum tarixi
Doğum yeriŞiraz,Elxanlılar dövləti
Vəfat tarixi
Vəfat yeriMarağa,Elxanlılar dövləti
Milliyyətifars

Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim Yəzdi (fars.عبدالله ابن فضل‌الله شرف‌الدین شیرازی‎, d.1257 -ö. 1329)— Elxanlı dövri tarixçisi, bürokrat və ədib.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim 1257-ci ildəŞirazda doğulmuşdudu. Elxanlı hökmdarıOlcaytu xan tərəfindən ona verilən "Vəssafül-həzrət" və bunun qısaldılmışı olan "Vəssaf" ləqəbiylə tanınır. Atası Fəzlullah, Elxanlı dövlətininFars bölgəsi amillərindən idi. Vəssaf yaxşı bir təhsil aldıqdan sonraElxanlılar dövlətində divan xidmətinə daxil oldu. 1297-ci ildə yazmağa başladığı "Tarix-i Vəśśaf" adlı əsərinin ilk üç cildini 13 Rəcəb 702 (3 mart 1303) tarixində vəzir və tarixçi Rəşidəddin Fəzlullah Həmədani ilə vəzir Sadəddin-i Savəcinin yardımıyla Qazan xana təqdim etdi. Kitabı incələyənQazan xan, Vəssafa ehtiram göstərib, ehsanlar verdi; ondan özüSuriya səfərindən dönüncəyə qədər Sincarda qalmasını və əsərini yazmağa davam etməsini istədi. Vəssaf, müxtəlif kitablara ehtiyac duyduğunu və bir müddətdən bəri evindən uzaq qaldığını söyləyərək Qazan xandan bir il izin aldı. Yenə Rəşidəddin Fəzlullah Həmədaninin yardımıyla 24 məhərrəm 712 (1 iyun 1312) tarixində Sultaniyə şəhərində Sultan Olcaytu ilə görüşdü və əsərinin IV cildini hökmdara təqdim edərək onun təqdirini qazandı. Əsərin son cildini ancaq 1328-ci ildə tamamlaya bilən Vəssaf 1329-cu ildə vəfat etdi.

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
  • Əbdülməhəmməd Ayəti, Təĥrir-i Tarix-i Vəśśaf, Tehran, 1372, s. 329;
  • K. Jahn, "Tərcəmə-i Tarix-i Vəśśaf", Rahnüma-yi Kitab, XVIII, Tehran, 1354/1975, s. 171;
  • R. G. Kempinərs Jr., "Vassāfs Tajziyat al-amsār wa tazjiyat al-asār as a Sourcə for thə History of thə Chaghadayid Khanatə", JAH, XXII (1988), s. 160–187;
  • Erdoğan Mərçil, "Vassaf", İA, XIII, 232–234;
  • P. Jackson, "Waśśāf", EI² (İng.), XI, 174.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Vəssaf&oldid=8115655"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp