Utsullar —Çinin cənubunda yaşayanmüsəlman xalq.
Çinin Xaynan adasında məskunlaşmışlar. Utsulların sayı 5 minə qədərdir. Çindəki digər etnoslardan fərqli olaraq, bu say elə də çox deyil. Onlar Çin hakimiyyət orqanları tərəfindən müstəqil etnos kimi qəbul edilməyərək, xuey-tszunların tərkibində qeydiyyata alınmışdırlar. Əsasən kənd təsərrüfatı və balıqçılıq sahələrində çalışırlar. Çat dilində danışır və özünəməxsus mədəniyyətə sahibdirlər. İnkişaf etmişədəbiyyat və elmə malik olmamaları səbəbindənçinlilər tərəfindən assimlasiya olunmaq təhlükələri ilə qarşı-qarşıyadırlar.