Uruqvay (isp.Uruguay) və ya rəsmi adı iləUruqvay Şərq Respublikası (isp.República Oriental del Uruguay) —Cənubi Amerikada dövlət. Uruqvay Cənubi Amerikanın cənub tərəfində yerləşir. QərbdəArgentina, şimal və şərqdəBraziliya ilə həmsərhəddir. Cənubda isəAtlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəriMontevideo şəhəri, ümumi sahəsi 176,215 kvadrat kilometr, əhalisinin sayı 3,449,000(2018) nəfərdir. UruqvayLatın AmerikasındaSurinamdan sonra ən kiçik ikinci ölkəsi hesab olunur.
Ölkə ərazisində saxlanılan xarici hərbi qarnizon XX əsrin sonlarına qədər Uruqvayın daxili işlərinə bir başa müdaxilə etmək imkanına sahib oldu. Modern Uruqvay hal-hazırdaKonstitusiyalıRespublika olaraq prezident (Xose Muxika) tərəfindən idarə olunur. Prezident dövlətin və hökumətin başçısı sayılır. Uruqvay hazırlanan analitik araşdırmalarda tez-tezLatın Amerikasının iqtisadi baxımdan ən inkişaf etmiş və həyat səviyyəsinin ən yüksək olduğu ölkələrindən biri kimi göstərilir.
Uruqvay sözünün etimologiyasıQuarani dili dilində olanUruqvay çayı sözündən götürülmüşdür. Sözün tərcüməsiRəngli quşlar çayı deməkdir.[4] Beynəlxalq aləmdə isə dövlət (isp.La República Oriental del Uruguay) Uruqvay Şərq Respublikası kimi tanınır.[5]
İspanların Uruqvaya ilk gəlişi1516-cı ilə təsadüf edir.[6] XV əsrdən etibarən ərazidə yayılmağa başlayan müxtəlif xətəliklər, qızıl və gümüş ehtiyatlarının az olması səbəbindən XVI və XVII əsrlərdə Uruqvayda yeni yerləşim sahələri məhdud sayda salınmışdır.[6] Latın Amerikası bölgəsində üstünlük əldə etməyə çalışan ora əsrlərdə Avropanın iki böyük dəniz dövlətiPortuqaliya imperiyası vəİspaniya imperiyası Uruqvay üzərində nüfuz üstünlüyü əldə etmək üçün bir-biri ilə mübarizəyə başladı.1603-cü ildəİspaniya imperiyası tərəfindənkənd təsərrüfatını inkişaf etdirmək üçün ölkədəcamış fermaları yaradılır. Uruqvayda ilk koloniya1624-cü ildəİspanlar tərəfindən salınır və Neqro çayının sahilində yerləşən həmin koloniya Soriano adlandırılır.İspaniya imperiyasının ərazidə möhkəmlənməsindən narahat olanPortuqaliya imperiyası1669-1671-ci illərdəSakramento koloniyasının əsasını qoyur və əlavə hərbi məqsədli bir necə qala inşa edir.İspaniya imperiyasıPortuqaliyalı dəniz səyyahlarına və ölkəyə gələn Portuqal din misyonerlərinə qarşı ərazidə İspan yaşayış məntəqlərinin sayını sürətlə artırmağa başladı.İspaniya imperiyasını narahat edən məsələlərdən biridəBraziliya - Uruqvay sərhəddində portuqal dilində danışan və onların tərəfini tutan yerli etnik əhalinin artması idi.
Uruqvayın indiki paytaxtı olanMontevideo şəhəri XVIII əsrin əvvəllərindəİspanlar tərəfindən hərbi məntəqə kimi salınmışdır. Qısa zamanda hərbi şəhərçik olmaqdan çıxanMontevideo liman şəhəri kimi sürətlə inkişaf etməyə başladı. XIX əsrin ortalarında şəhər iqtisadi baxımdan yaxınlıqda yerləşənBuenos Ayres şəhəri ilə rəqabət aparırdı.[6] XIX əsr Uruqvay üçün uğurlu olmadı. Ölkə hələ də iki imperiya arasında mübahisə predimeti olaraq qalırdı və bu hal ölkə iqtisadiyyatına bir başa mənfi təsirini göstərirdi.İspaniya imperiyası vəPortuqaliya imperiyasının ardıncaBritaniya İmperiyasıda bu nüfuz yarışına qoşuldu.1806-1807-ci illərdəBritaniya İmperiyasıNapoleon müharibələrinin bir parçası olaraqMontevideo vəBuenos Ayres şəhərlərini ələ keçirməyə başladı. Çətin günlərini yaşayanİspaniya imperiyası ingilislərə ciddi müqavimət göstərə bilmədi və nəticədəMontevideo1807-ci ildə işğal edilidi.1834-1835 ci illərdə ölkədə Kolorados və Ağların toqquşması nəticəsində Braziliya müdaxiləsi baş veririr buda tarixiUruqvay müharibəsi kimi düşür.
Müasir ərazisinin ölçülərinə görə UruqvayLatın Amerikası ölkələri içərisində kiçik dövlətlərdən biridir. O, materikin cənub-şərqində,Uruqvay çayının şərq sahilində yerləşdiyindən Oriental del Uruqvay, yəni şərqi Uruqvay Respublikası adını almışdır. Ölkənin ərazisi cənub-qərbdə və qərbdəArgentina, şimalda və şərqdə Braziliya, cənub-şərqdə isəAtlantik okeanın suları ilə əhatələnir. ƏrazininArgentina ilə sərhəddi Uruqvay çayı vəLa-Plata boyu keçir. Ərazisinin çox da böyük olmaması onun təbii şəraitinin bir şəkildə olmasına şərait yaradır. Ərazinin relyefl təpəli-düzənlik xarakterlidir. Bəzi yerlərdə yüksəkliklər nəzərə çarpır. Maksimum hündürlük 600 m-dən çox deyildir. Düzənlik cənub-qərbdən şimal-şərqə doğru yüksəlir. Atlantik okeanının sahili boyu qumlu düzənlik və xırda laqunlar uzanır. Bu ərazilərdə tez-tez bataqlıqlaşmış sahələrə rast gəlinir.
Uruqvay subtropik iqlim vilayətində yerləşir. Ən soyuq ayın, yəni iyulun orta temperaturu +10-12 °C, ən isti - yanvarın +22-24°C, orta illik isə +16°C təşkil edir. Bəzən soyuq cənub küləklərinin - pamperosların əraziyə daxil olması temperaturun kəskin surətdə aşağı düşməsinə səbəb olur ki, bu da çox vaxt kənd təsərrüfatına ciddi ziyan vurur. Ölkə ərazisinə il boyu yağıntılar bərabər miqdarda düşür.Montevideo rayonuna il ərzində orta hesabla 1000mm-dək yağıntı düşür. Uruqvayın yumşaq, rütubətli mülayim iqlimi həm taxıl bitkilərinin, həm də subtropik meyvəçiliyin inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Ölkə sıx çay şəbəkəsinə malikdir. Ərazisinin çox hissəsini Uruqvay çayının hövzəsi əhatə edir. Ölkənin əsas çayı olan Uruqvayın ümumi uzunluğu 1650km olub, öz başlanğıcınıBraziliya yaylasından götürür.Parana çayı ilə qovuşaraq mənsəbdə La-Plata qıfabənzər estuarisini əmələ gətirir. Ölkənin əsas çayı və onun qolları nəinki əhalinin və təsərrüfatların su təminatında, hətta enerji istehsalında da böyük əhəmiyyəti vardır.
Uruqvayın torpaq-bitki örtüyü çox da mürəkkəb deyildir və torpaqları əsasən qara torpaqlardan ibarətdir. Geniş pampalar şirəli otlarla zəngindir və otlaq heyvandarlığın inkişafı üçün gözəl zəmin yaradır. Ağacsız savannalar son illər xeyli dərəcədə öz simasını dəyişdirmişdir. Təbiətdən səmərəli istifadə etməmək landşaftın xeyli dəyişməsinə səbəb olmuşdur.İspanlar ərazini zəbt edərək zəngin qızıl və gümüş ehtiyatlarına rast gəlməsələr də, şirəli otlardan ibarət çəmənliklər onları heyran etmiş və qısa müddət ərzində onlar otlaq heyvandarlığını inkişaf etdirə bilmişdilər. Sonralar Uruqvay öz müstəqilliyini əldə etdikdən sonra xarici investisiyalar hesabına geoloji kəşfiyyat işlərini genişləndirərək müəyyən qədər dəmir filizi və manqan ehtiyatları ölkənin şərq regionunda aşkar edilmişdir. Bundan başqa qızıl, gümüş və qurğuşun filizinin çox da böyük olmayan yataqları aşkar edilmişdir.
Ölkədə məhsuldar qüvvələrin inkişafı sürətli artdıqca antropogen landşaft daha qabarıq görünməyə başlayır. Bir vaxtlar öz gözəl meşələri ilə seçilən Uruqvayda indi meşəliyə çox nadir hallarda rast gəlinir.
Əhalinin sayı 3,5 mln. (iyul 2010-cu ilin məlumatına görə) Əhalinin illik artımı - 0,4%Orta ömür müddəti - kişilərdə - 73 yaş, qadınlarda - 80 yaş.Şəhər əhalisi - 92% (2008)Savadlılıq - 98% (2003)Rəsmi dövlət dili - ispan dili. Braziliya ilə sərhəd bölgəsində ispan və portuqaliya dillərinin qarışığından ibarət dialekt üstünlük təşkil edir Ənalinin etnik-dini tərkibi ağlar - 88% metislər - 8% mulatlar - 4%