Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Ukrayna

Vikipediya, azad ensiklopediya
Ukrayna
Україна
Ukrayina
BayraqGerb
BayraqGerb
Tarixi
 • Kiyev Rus dövləti882
 • Galiçya-Volhinya Krallığı1199
 • Kazak Hetmanlığı17 Auqust 1649
 • Ukrayna Xalq Respublikası7 Noyabr 1917
 • Ukrayna Sovet Sosialist Respublikası10 Mart 1919
 • Ukrayna24 Auqust 1991
Rəsmi dilləri
PaytaxtKiyev
İdarəetmə formasıPrezident respublikası
PrezidentVolodimir Zelenski
Baş nazirYulia Svyrydenko
SahəsiDünyada 45-ci
 • Ümumi603500 km²
 • Su sahəsi (%)7
 • Əhali
  • 41.167.335 nəf.(2022)
 • Sıxlıq73,8 nəf./km² (115-ci)
 • Ümumi199.765.856.765 $[2], 160.502.739.236 $[2]
ÜDM(nominal)
 • Ümumi (2013)337,360 milyard dollar  (40-cı)
 • Adambaşına7.422 dollar  (107-ci)
ValyutaQrivna
İnternet domeni.ua[3]
ISO koduUA
BOK koduUKR
Telefon kodu+380
Saat qurşaqları
Nəqliyyatın yönüsağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Ukrayna

Ukrayna (ukr.Україна [ukrɑˈjinɑ]) —Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. ŞimaldanBelarus, qərbdənPolşa,Macarıstan,Slovakiya,Moldova və şərqdənRusiya ilə həmsərhəddir. CənubdanQara dənizə çıxışı var.

Əhali

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Ukrayna əhalisi
Ukrayna əhalisinin milli tərkibi-2001 sa.
Əhali sıxlığı

2010-cu il oktyabrın 1-də Ukraynanın əhalisi 45 822 214 nəfər idi.

Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir.

1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir.[4]

Mədəniyyəti

[redaktə |vikimətni redaktə et]

Ukraynadaidman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb. Klub futbolu da heç də zəif deyil,Donetsk şəhərininŞaxtyor Donetsk klubu 2009-cu ilUEFA Kubokunun qalibidir. Ukrayna futbolunun dünyaya bəxş etdiyi ən böyük ulduzAndrey Şevçenkodur. Avropanın tanınmış klublarında oynamış Şevçenko bir çox titulların sahibidir. Hazırda Ukrayna milli komandasının baş məşqçisidir.

2004-cü il Avroviziya mahnı müsabiqəsində Ukraynanı "Wild Dances" mahnısı iləRuslana təmsil etmiş və 280 xalla qalib olmuşdu.

Ədəbiyyatı

[redaktə |vikimətni redaktə et]

XVIII əsrin sonlarında İvan Kotlyarevskinin "Eneida" poeması Ukrayna ədəbi dilinin və ədəbiyyatının başlanğıcı hesab olunur. XIX əsrin ortalarında parlayanTaras Şevçenko yaradıcılığı ilə Ukrayna ədəbiyyatında böyük bir mərhələ oldu və poeziya ilə bərabər nəsr və dramaturgiyanın da inkişafına təkan verdi. XX əsrin əvvəllərində Ukrayna ədəbiyyatı Avropa modernizminin təsirinə məruz qalır. Bu dövrün parlaq nümayəndəsi Lesya Ukrainka yaradıcılığa dünya ədəbiyyatının obrazlarını gətirdi.

Bütövlükdə keçmişSSRİ-də olduğu kimi, Ukraynada daOktyabr inqilabından sonra ədəbi proses xüsusi dramatizmi və mürəkkəbliyi ilə yadda qaldı. Sosializm realizmi janrı yazıçıları sərt çərçivəyə salmasına baxmayaraq, Ukrayna yazıçıları bu gün də aktuallığını itirməyən əsərlər yaratdılar. Pavlo Tıçina,Maksim Rılski, Vladimir Sosyura, Aleksandr Dovjenko və Oles Qonçarın əsərləri belələrindəndir.

"Altmışıncılar" kimi tanınan Vasili Stus, Lina Kostenko, Vasili Simonenko, Qriqori Tyutyunnik, Dmitri Pavlıçko, İvan Draç və başqaları yeni yaradıcılıq formaları axtarır, orijinal əsərlər yaradırdılar.

Müasir Ukrayna ədəbiyyatı deyəndə isə ilk növbədə yeni düşüncə nümayəndələri olan Yuri Andruxoviç, Aleksandr İrvanes, Oksana Zabujko, Nikolay Ryabçuk, Sergey Jadan, Vasili Şklyar və başqaları yada düşür.

Maarifçiliyi

[redaktə |vikimətni redaktə et]

Bütövlükdə müasir Ukraynanın təhsili Sovet dövründəki təhsildən xeyli fərqlənir. Sovet sistemində bağça, orta məktəb, texnikum və ali məktəb olduğu halda Ukraynada dəyişiklik edilərək, məktəbəqədər təhsil, orta məktəb və ali məktəb olan yeni sistem yaradıldı. Bununla da Ukrayna təhsili Avropa təhsilinə bir qədər də yaxınlaşdı. Təhsilin inkişaf etməsinin əsas səbəblərindən biri özəl məktəblərin yaradılmasıdır. Belə məktəblərin yaradılması ölkənin gələcəyinin güclübünövrəsi oldu.

Ərazi

[redaktə |vikimətni redaktə et]

UkraynaQaraAzov dənizlərinin sahilində yerləşir. O, şimal-şərqdəRusiya, şimaldaBelarus, qərbdəPolşa,SlovakiyaMacarıstan, cənub-qərbdəRumıniya,Moldaviya və tanınmamışDnestryanı ilə sərhədləri var. DaxilindəKrım Muxtar Respublikası, 24 vilayət və 2 xüsusi statuslu şəhər yerləşir.


Şəhərləri

[redaktə |vikimətni redaktə et]

Ukrayna şəhərlərinin siyahısı

Tarixi

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Ukrayna tarixi

Ukrayna adı qədim slavyan dilində "sərhəd ölkəsi" mənasını verir. Paytaxt şəhəri olan Kiyev 9-cu yüzilliyə qədər Xəzər xaqanlığının bir parçası idi. 16-cı əsrin ortalarında Zaparojiya bölgəsində yaşayan bəzi qruplar birlik yaratmışdılar. Özlərinə Kazak adını verən bu döyüşçü insanlar 1648-ci ildəBoqdan Xmelnitskinin rəhbərliyi ilə Polşaya qarşı böyük üsyana qalxdılar və nəticədə Ukrayna dövləti olan Kazak Atamanlığını qurdular. I Dünya Müharibəsindən sonra 1919-cu ildə Ukrayna Sovet Sosialist Respubilikası quruldu. 8 dekabr 1991-ci ildə Belorusiya, Rusiya və Ukrayna SSRİ-nin müstəqil dövlətlərə parçalanması barədə qərar verdilər və bununla da Ukrayna müstəqil dövlət oldu.

Müasir Ukrayna

[redaktə |vikimətni redaktə et]

Ukrayna – Mərkəzi-Şərqi Avropada yerləşən aqrar-sənaye ölkəsidir. Sərhədlərinin uzunluğu 7590 kilometr, ərazisi 603,7 min kvadrat kilometr, əhalisi isə 2001-ci il hesablamalarına görə təxminən 50 milyon nəfərdir. Paytaxtı Kiyev şəhəri, dövlət dili ukraynca, milli valyutası qrivnadır. 2014-cü ildə Ukraynaya aid olanKrım Muxtar Respublikası Rusiya Federasiyası tərəfindənanneksiyaya uğrayaraq Rusiyanın tərkibKrım Respublikası çevrilmişdir. Ölkənin cənub-şərqində Rusiya tərəfində dəstəklənənseparatçı və qondarmaDonetsk Xalq RespublikasıLuqansk Xalq Respublikası Ukrayna Respublikasına qarşıterror-vətəndaş müharibəsi aparırlar.

İqtisadiyyatı

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Ukrayna iqtisadiyyatı

Təsərrüfatı mürəkkəb sahə və ərazi quruluşuna malikdir. Yanacaq-energetika kompleksi kömür, yerli neft-qaz və ən çox kənardan aldığı neft-qaz yanacağına əsaslanır.Donbas iri daş kömür rayonudur. Çoxlu istilik elektirik stansiyaları və bir neçə AES-ləri vardır.Çernobıl AES-də baş verən qəza ölkə iqtisadiyyatına çox böyük zərər vurmuşdur. Metallurgiya kompleksi yerli dəmir filizləri və kömür əsasında inkişaf edir. İri mərkəzləri Donbas (kömür hasilatı),Azov sahili (nəqliyyata yaxınlıq) və Dnepryanı (filiz mərkəzi). Maşınqayırma metal tutumlu və əmək tutumlu sahələrlə təmsil olunub. Ağır maşınqayırma Donbasda,Xarkovda, dəqiq maşınqayırma Ukraynanın qərb və cənub mərkəzlərində, şəkər çuğunduru yığan maşınlarTernopolda, traktorlarXarkovda, avtomobillərLvovda,Zaporojyedə,Lutskda yerləşir. GəmiqayırmaXersonNikolayevdədir.Kimya sənayesi inkişaf etmişdir. Güclü yeyinti sənayesinə malikdir, yerli k/t məhsullarını emal edən-unüyütmə, şəkər, bitki yağı, ət-süd və meyvəkonservləri və s. istehsal olunur. Bu müəssisələr k/t rayonlarında yerləşirlər. Tikinti materialları sənayesi yüksək səviyyədə inkişaf etdirilir, zəngin xammala əsaslanır.

Kənd təsərrüfatı həm bitkiçilik və həm də heyvandarlıq sahələri yaxşı inkişaf etdirilmişdir. Əkin yerlərinin yarısından çoxunu dənli bitkilər tutur. Buğda əkinləri geniş yayılıb. 2006-cı ildə ölkədə 32 mln ton taxıl istehsal olunmuşdur. Şəkər çuğunduru becərilməsinə və şəkər tozu istehsalına görə dünyada qabaqcıl yerlərdə durur-22 mln. t. şəkər çuğunduru, 2,6 mln.t. şəkər tozu istehsal edir (2006-cı il). Əsas əkinləri meşə-çöl və qismən də çöl zonalarında yerləşir. Heyvandarlıq əsasən südlük-ətlik istiqamətdə və donuzçuluq, quşçuluq, qoyunçuluq və b. inkişaf etdirilir.Zakarpatye və cənub rayonları meyvəçlik və üzümçülük yerləşir. Nəqliyyatın bütün sahələri inkişaf etmişdir.Odessa, Xerson, Mariopul kimi limanları vardır.

Hökuməti

[redaktə |vikimətni redaktə et]

Ukrayna unitar parlament-prezident respublikasıdır.

Əsas hakimiyyət orqanları:

Prezident:Volodimir Zelenski
Parlamentin spikeri:Andrey Parubiy
Hökumət: Ukrayna nazirlər kabineti,
Ali qanunverici orqan:Ukrayna Ali Radası
2008-ci ildə Ali Radaya daxil olan partiyalar:Yuliya Timoşenko bloku, Bizim Ukrayna, Reqionlar partiyası, Ukrayna kommunist partiyası, Litvin bloku.

Dövlət tərəfindən təsdiq olunmuş rəsmi bayramlar

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 10 //(unspecified title).
  2. 12https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD.Dünya Bankı.
  3. https://finance.ua/saving/30-rokiv-nezalezhnosti-ukrainy.
  4. Державний комітет статистики України:Демографічна ситуація в Україні у січні 2013 року[ölü keçid]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
Ukrayna mövzularda
Ukrayna
⛭
MDB üzvləri
MDB-nin müşahidəçi üzvləri
TürkmənistanTürkmənistan (MDB-nin nizamnaməsini təsdiq etməyib)
MDB-ni tərk edənlər
⛭
Üzvlər
Müşahidəçilər
⛭
⛭
Qara dəniz ölkələri
Qara dənizlə həmsərhəd olan ölkələr
Şəhərlər
1 Mübahisəli dövlət — qismən beynəlxalq tanınması var, lakin əksər ölkələr tərəfindən Gürcüstanın ərazisi hesab olunur.
⛭
Map showing the Major non-NATO allies
⛭
Türk xalqlarının əhəmiyyətli dərəcədə yaşadıqları ölkələr və regionlar
Müasir dövlətlər
BMT üzvü olan dövlətlər
Qismən
tanınanlar
Türk xalqlarının
əhəmiyyətli dərəcədə yaşadıqları
və yatürk dillərindən birini
rəsmi dil kimi tanıyan
ölkələr və ya regionlar
50 %-dən artıq
10—50 %
5—10 %
1—5 %
Tarixi dövlətlər
Qədim dövr
Böyük Hun İmperiyasıQaoçe Ulu BəyliyiGöytürk xaqanlığıQırğız xaqanlığıAvar xaqanlığıQərbi Göytürk xaqanlığıŞərqi Göytürk xaqanlığıXəzər xaqanlığıBöyük Bolqar xanlığıToxaristan YabquluğuBirinci Bulqar dövlətiİdil Bulqar dövlətiTürgiş xaqanlığıKimək xaqanlığıUyğur xaqanlığıOğuz dövlətiQarluq xaqanlığıQaraxanlılar dövlətiQansu Uyğur idikutluğuQarahoca Uyğur idikutluğuPeçeneqlərTulunilər dövlətiKumanlarAğşidlər dövlətiQəznəvilər dövlətiBöyük Səlcuq İmperiyasıAnadolu bəylikləriRum sultanlığıXarəzmşahlar dövlətiBörilərAğsunqurilərZəngilərEldənizlərƏrbil bəyliyiSalqurlularMüəzzilər dövləti (Dehli Məmlükləri)Dehli sultanlığıCığatay xanlığıRəsulilər sülaləsiAltun Orda/Qıpçaq xanlığıAğ OrdaMəmlük dövləti (Qahirə Məmlükləri)Xələclər sülaləsiOsmanlı İmperiyasıTuğluqoğulları sülaləsiİlyasşahilər sülaləsiBəhməni sultanlığıBenqal sultanlığıTeymurilər dövlətiQaraqoyunluAğqoyunluŞəki hakimliyiMalva sultanlığıÖzbək xanlığıŞeybani xanlığı/Boz OrdaQazan xanlığıQırım xanlığıNoqay OrdasıQasım xanlığıQazax xanlığıMoğolustanBöyük OrdaHəştərxan xanlığıBidər sultanlığıBicapur sultanlığı (Adilşahlar sülaləsi)Sibir xanlığıBuxara xanlığıSəfəvi imperiyasıXivə xanlığıYarkənd xanlığıQütbşahlarBöyük Moğol İmperiyasıMehdioğlu xanlığıTarku şamxallığıKokand xanlığıƏfşarlar imperiyasıDaşkənd dövləti (1784)Azərbaycan xanlıqlarıAzərbaycan sultanlıqlarıKünduz xanlığıNişapur xanlığıBuxara əmirliyiQacarlar dövlətiDunqan xanlığıYettişar (Yeddişəhər) xanlığıBəlx xanlığıKumul xanlığı
Yeni dövr
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Ukrayna&oldid=8338692"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp