Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Uilkins (aerodrom)

66°41′27″ c. e. 111°31′34″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Uilkins
Xəritə

66°41′27″ c. e. 111°31′34″ ş. u.HGYO


IATA:yoxdurICAO:YWKS
Açılış tarixi2008

Uilkins (ing.Wilkins Runway) —Antarktidanın şərqində,Cənub okeanından 65 km aralıda,Mouson dənizinin şərq sahillərindən bir qədər aralıda yerləşən aerodrom. Aerodrom Antarktida üzərindən ilk uçuş təşkil edən Corc Qubert Uilkinsin şərəfinə adlandırılmışdır[1].

Bir uçuş-eniş zolağına malikdir. Sərt buz qatı üzərində yerləşir. Uzunluğu 4000 metr təşkil edir.

Tikinti

[redaktə |vikimətni redaktə et]

Uçuş-eniş zolağıAvstraliya Antarktika ərazisi hələ 1950-ci illərdə planlaşdırılırdı. Texniki, siyası və ekoloji problemlər səbəbindən imtina edilirdi.

Tikinti ancaq 2005-ci ildə başa çatmışdır. Uçuş-eniş zolağı Yuxarı Peterson buzlağı üzərində qurulmuşdur. Buzlağın qalınlığı 700 metr təşkil edir. Burada buzlaq il ərzində 12 metr hərəkət edir. Bu layihənin qiyməti 46,3 mln$ AUD[1],təşkil etmişdir.

İstifadəsi

[redaktə |vikimətni redaktə et]

İlk uçuş hələ 2007-ci ilin dekabrında həyata keçirilməli olsa da mülki nəqliyyatda tətbiq olunan sərt qanunlar səbəbindən geçikir. Üstəlik dövlət daşıyıcılardan yüklərin və sərnişinlərin"Keysi" qütb stansiyasına daşınmasını tələb etmişdir. Bu stansiya Antarktida sahillərində Yaponiyaya məxsusbalina ovunu həyata keçirən gəmilərə nəzarətin təmin olunmasına xidmət edir.

İlk uçuşHobart-Uilkina xətti üzrə 11 yanvar 2008-ci ildə həyata keçirilmişdir.4,5 saat ərzində qət edilmiş və hədəfə çatılmışdır. Təyyarədə 19 sərnişin olmuşdur[2].

HazırdaTasmaniya-Antarktida reysi oktyabrdan marta kimi həyata keçirilir. Bu uçuşlar turistlər üçün nəzərdə tutulmur.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12"Wilkins Ice Runway – Australian Antarctic Territory"(ingilis). Airport Technology.30 mart 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:5 may 2009.
  2. "Lenta.ru: Mütəmadi Avstraliya-Antarktida xətti açılmışdır".5 mart 2016 tarixindəarxivləşdirilib.İstifadə tarixi:16 oktyabr 2016.

Mənbə

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Uilkins_(aerodrom)&oldid=7636559"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp