Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Ubuntu

Vikipediya, azad ensiklopediya
Ubuntu
Loqonun şəkli
Yaradıcı
İstehsalçıCanonical[1]
Yazılma diliC++[2],C[2],Python
BazasıDebian[3]
Buraxılış tarixi20 oktyabr2004[1]
Son versiya
Yenilənmə üsuluAdvanced Package Tool[6]
Paketlər menecerləriDpkg[7],Advanced Package Tool[6]
Dəstəklənən dillərçoxdilli[d]
Dəstəklənən platformalarx86_64[d][8],x86[8],ARM[d][8]
İnterfeysGNOME[9]
Veb-saytıubuntu.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ubuntu ("insanpərvərlik"[10], "humanizm"[11][12]) —Debian əsasında yaranmış,Linux nüvəsini istifadə edən əməliyyat sistemidir. Əsas yaradıcı və sponsorCanonical şirkətidir. Hal-hazırda layihə azad cəmiyyət tərəfindən aktiv inkişaf etdirilir və dəstək edilir. "Ubuntu" sözüzulu dilindən (əsasən Cənubi Afrika Respublikasında geniş yayılmış dil) tərcümədə "insanlıq" anlamını verir. Hazırda sərbəst şəkildə inkişaf etdirilir və dəstəklənir.2009–2011-ci illərdə Beynəlxalq İnformatika Olimpiadasında (International Olympiad in Informatics, IOI) yarış iştirakçılarının kompüterində Ubuntu əməliyyat sistemi quraşdırılmışdı.Distrubitivin adi yeni veriyası 6 aydan bir çıxır və 18 ay ərzində təhlükəsizlik yenilənmələri ilə dəstək edilir. LTS[13] versiyası isə 2 ildən bir çıxır və 3 il ərzində dəstək edilir (server veriyası — 5 il).[14]

Ubuntu server və iş stansiyaları üçün ilkin yığılmış proqram təminatı[15] ilə təchiz edilir. UbuntuCD və yaDVD-daşıyıcı istifadə edərək LiveCD[16] və ya mətn sehrbazı[17] vasitəsilə masaüstü fərdi kompüterlərə yazılır. LiveDVD versiyası daha böyük proqram təminatı tutumuna malikdir. Tərkibinə tam lokalizasiyadan tutmuş sistem bərpasına qədər müxtəlif köməkçi proqramlar daxildir.

Əməliyyat sisteminin həmçinin i386, amd64, ARM tipli arxitekturaların da rəsmi dəstəyi mövcuddur. Bundan əlavə 2013-cü ildən ARM və x86 arxitekturasında olan smartfonların xüsusi Ubuntu versiyası yaradılmağa başlanılmışdır.[18]

Tarix

[redaktə |vikimətni redaktə et]

20 oktyabr 2004-cü ildə Ubuntu ilkin olaraq Debianın budağı kimi 6 aydan bir yeni versiyası çıxan əməliyyat sistemi idi.[19] Debianın digər qollarından (Xandros, Linspire, Libranet) fərqli olaraq Ubuntunu yaratmış Canonical şirkəti Debian fəlsəfəsinə sadiq qalaraqəməliyyat sisteminə azadproqram təminatı daxil edirdi.[20]

Ubuntu paketləri əsasən Debianın qeyri-stabil paketləri üzərində qurulur. Ubuntu paketləri yazmaq üçün Debiana məxsus Advanced Packaging Tool-dan istifadə edir. Buna baxmayaraq Debian və Ubuntu paketləri mütləq olaraq bir-biri ilə uyğun deyil. Ubuntu-nun bəzi yaradıcıları həm də əsas Debian paketləri ilə də məşğul olurlar. O üzdən hər-hansı layihədə dəyişiklik edəndə, digərinə də edirlər. Ancaq 2005-ci ilin aprel ayında Debian əməliyyat sisteminin yaradıcısı Yan Merdok Ubuntu-nu Debian paketləri ilə uyğunsuzluqda tənqid edərək birincinin "Debian Sarge"-dən çox uzaqlaşdığını deyir.[21]

Ubuntu indiyə kimiMark Şattlvort və onun şirkəti – Canonical tərəfindən vəsaitlə təmin olunur. 8 iyul 2005-ci ildə Canonical şirkəti Ubuntu Fondunun yaradıldığını elan edir və onu 10 milyondollar ilkin kapital ilə təmin edir. Fondun məqsədi Ubuntu-nun gələcək versiyalarının dəstəyi və inkişafına zəmanət etməkdir. Ancaq 2009-cu il üçün fond işləksizdir. Şatlvort bunu fondun qara gün üçün saxlandığı ilə izah edir.[22][23]

Ubuntu layihəsinin orijinal adı no-name-yet.com olub[24] (azərb.hələ ki adı yoxdur).

Üstünlükləri

[redaktə |vikimətni redaktə et]
Ubuntu 10.04 Lucid Lynx

Ubuntu istifadədə asanlıq və rahatlığa yönələrək hazırlanılıb. O özündə geniş yayılmış "sudo" utilitini istifadə edir. Bu sistemdə potensial təhlükəli superistifadəçi sessiyasını buraxmadan inzibati tapşırıqları yerinə yetirməyə imkan verir.[25]Bundan əlavə Ubuntu inkişaf etmiş beynəlmiləşmişliyə malikdir. Belə ki, əməliyyat sistemi 5.04 versiyasından defolt olaraqUTF-8 kodlaşdırmasından istifadə edir və çoxlu sayda dil qruplarına geniş imkanlar verir.

Ubuntu-nun işləməsi üçün 256 MBRAM, sərt diskdə isə 4 GB boş yer lazımdır.[26][27][28] Ubuntu əməliyyat sistemi bir çoxqrafik qabıqları dəstəkləyir. Defolt olaraqGNOME qrafik qabığı ilə yayılır. GNOME azad, sadə və intuitiv interfeysə malik olub, geniş diapazonda müasir masaüstü proqramlarla yayılır. GNOME-a daxil olan proqramlardan başqa Ubuntu əlavə olaraqLibreOffice,Mozilla Firefox kimi proqramlarla təchiz olunub.[29]

6.06 və daha sonrakı versiyalar LiveCD ilə CD sehrbazını bir kompakt-diskdə birləşdirir. Bu disk əməliyyat sistemini sərt diskə yazmadan onu açaraq, içindəki proqramlara nəzər yetirməyə, aparat vasitələrinin dəstəklənib-dəstəklənmədiyini öyrənməyə imkan verir. Əgər sistem bəyənilsə qrafik sehrbaz "Ubiquity" vasitəsilə elə LiveCD-dən əməliyyat sistemini yazmaq olar. Yazılma prosesi "canlı" iş masasında yaradılan sənədləri saxlayır. Bundan əlavə endirim üçün alternativ sehrbaz debian-installer-də var. O sistemi daha dərindən tanıyan üçün, çoxlu sistem yazan və çətin disk bölümünü həyata keçirən inzibatçılar üçün nəzərdə tutulub. Bura həmçinin 192 meqabayt operativ yaddaşdan az LVM və RAID-lər də daxildir. Distrubitivə həm dəUSB Flaş-disk yükləməsini yaradan proqram daxildir. Bu USB Flaş-disk LiveCD və CD sehrbazının malik olduğu bütün imkanlara malikdir. Bu xüsusiyyət adətən netbuklar üçün yararlıdır.

İstifadəçi interfeysi ilkin versiyalarda defotl olaraq qəhvəyi və narıncı rəngində olurdu. Əməliyyat sistemi ubuntu-calendar adlı əlavə proqram vasitəsilə hər ay qəhvəyi mövzular endirir. Ubuntu interfeysində 10.04 versiyasından re-brend aparılıb: emblem dəyişilib, rəng qamması qəhvəyi və narıncıdan qara və bənövşəyiyə dəyişilib.[30] Bəzi istifadəçilərin fikrinə görə Ubuntu-nun yeni interfeysiMac OS X interfeysini xatırladır.[31][32]

Hər reliz il və ay buraxılışına əsaslanan öz kod adına və veriyasına malikdir. Kod adları iki ingilis sözündən ibarət olur: adətən bu eyni hərflə başlayan heyvan adı olur. 6.06 Dapper Drake-dən başlayaraq (LTS) kod adının birinci hərfləri latın əlifbasına uyğun olaraq dəyişir.[33]

VersiyaBuraxılış tarixiKod adıAzərbaycanca qarşılığıDəstəyin son tarixiYenilənmə zamanıLinux nüvəsi[34]
4.1020 oktyabr 2004[35]Warty WarthogZiyilliZiyilcik30 aprel 20062.6.9
5.048 aprel 2005[36]Hoary HedgehogQocaKirpi31 oktyabr 20062.6.11
5.1013 oktyabr 2005[37]Breezy BadgerCavanPorsuq13 aprel 20072.6.13
6.06 LTS1 iyul 2006[38]
10 avqust 2006 (6.06.1)[39]
21 yanvar 2008 (6.06.2)[40]
Dapper DrakeŞıqYaşılbaş14 iyul 2009[41] (iş stansiyaları üçün)
iyul 2011 (server versiyaları)
2.6.15
6.1026 oktyabr 2006[42]Edgy EftƏsəbiTriton25 aprel 20082.6.18
7.0419 aprel 2007[43]Feisty FawnÜrəkliMaral19 oktyabr 20082.6.19
7.1018 oktyabr 2007[44]Gutsy GibbonCəsarətliHibbon18 aprel 20092.6.20
8.04 LTS24 aprel 2008[45]
3 iyul 2008 (8.04.1)[46]
22 yanvar 2009 (8.04.2)[47]
16 iyul 2009 (8.04.3)[48]
28 yanvar 2010 (8.04.4)[45]
Hardy HeronDözümlüVağaprel 2011 (iş stansiyaları üçün)
aprel 2013 (server versiyası)
2.6.24
8.1030 oktyabr 2008[49]Intrepid IbexQorxmazKeçi30 aprel 2010[50]2.6.27
9.0423 aprel 2009[51]Jaunty JackalopeDiribaşDovşan23 oktyabr 2010[52]2.6.28
9.1029 oktyabr 2009[53]Karmic Koala[54]KarmikKoalaaprel 20112.6.31
10.04 LTS29 aprel 2010[55]
17 avqust 2010 (10.04.1)[56]
Lucid Lynx[33]ParlaqPişikaprel 2013 (iş stansiyaları üçün)
aprel 2015 (server versiyası)
2.6.32
10.1010 oktyabr 2010[56]Maverick Meerkat[57]AzadfikirliSurikataprel 20122.6.35
11.0428 aprel 2011[58]Natty Narwhal[59]SəliqəliNarvaloktyabr 20122.6.38
11.1013 oktyabr 2011[60]Oneiric Ocelot[61]Xəyalpərəstoselot9 may 20133.0.4
12.04 LTS26 aprel 2012[62]
24 avqust 2012 (12.04.1)[63]
14 fevral 2013 (12.04.2)[64]
23 avqust 2013 (12.04.3)
6 fevral 2014 (12.04.4)
7 avqust 2014 (12.04.5)
Precise Pangolin[65]Pedantik panqolinaprel 2017
3.2, 3.5, 3.8, 3.11, 3.13
12.1018 oktyabr 2012[66]Quantal Quetzal[67]KvantKetzalaprel 20143.5
13.0418 aprel 2013[68]Raring Ringtail[69]SəbirsizKakomişlioktyabr 20153.8
13.1017 oktyabr 2013[70]Saucy Salamander[71]Kobud Salamandriyul 20143.11
14.04 LTS17 aprel 2014[72] (14.04)
24 iyul 2014-cü il (14.04.1)[73]
Trusty Tahr[74]Etibarlı Taraprel 20193.13
14.1016 oktyabr 2014[75]Utopic Unicorn[76]UtopikTaybuynuziyul 20153.16 (Daily)
15.0416 aprel 2015Vivid VervetParlaqMeymun4 fevral 20163.19
15.1022 oktyabr 2015Wily WerewolfMəkrliQulyabanıiyul 20164.2
16.04 LTS21 aprel 2016
24 iyul 2016 (16.04.1)[77]
17 fevral 2017 (16.04.2)[78]
Xenial XerusQonaqpərvərDələaprel 20214.4
16.1013 oktyabr 2016Yakkety YakBoşboğazYakavqust 20174.8[78]
17.0413 aprel 2017Zesty ZapusPikantSiçanfevral 20184.10
17.1019 oktyabr 2017[79]Artful AardvarkHiyləgərQarışqayeyəniyul 20184.13
Şərti işarələr:
dəstəklənmiryalnız server veriyası
dəstəklənir
dəstəklənirhazırkı versiyaPlanlaşdırılıb / hazırlanılır

LTS (ing.Long Term Support hərfiynən "uzun müddət ərzində dəstək") kimi işarələnən buraxılışlar Canonical tərəfindən daha çox dəstək edilir. Yenilənmə paketləri istifadəçi versiyaları üçün üç, pullu texniki dəstək ilə serverlər üçün isə beş il təşkil edir. Sonrakı LTS versiyasına qədər periodik olaraq hazırkı versiayaya eyniadlı kod adı ilə müxtəlif yenilənmələr buraxılır. Dapper Drake 6.06 versiyası üçün iki belə yenilənmə buraxılıb; Hardy Heron 8.04 versiyası yarım ildə bir dəfə çıxır. Artıq dörd 8.04 yenilənməsi çıxıb. 8.04 üçün növbəti yenilənmə gözlənilmir. Hazırkı LTS buraxılış Ubuntu 14.04 Trusty Tahr adlanır.[80]

10.04 Lucid Lynx versiyası üçün 4 yenilənmə çıxıb. Sonuncu ISO təsvir 10.04.4 versiyasına malikdir. 12.04 versiyasının dəstəklənməsi yeni təsvirlərin çıxmağı ilə bərabər qüvvədə saxlanılacaqdır.(12.04.5 və daha yuxarı aprel ayının 2017-ci ilinə qədər).[81][82] 13.04 Raring Ringtail versiyasından başlayaraq siravi (LTS olmayan) relizlərin dəstəyi 18 ay əvəzinə 9 aya endirilib.[83].

Ubuntu və onun variantlarınıinternetdən endirmək və yaShipIt xidməti vasitəsilə disk formasında əldə etmək olar[84][85]

Paketlər və dəstək

[redaktə |vikimətni redaktə et]
Ubuntu 10.04 LTS LiveCD rejimi

Ubuntuda bütün proqram təminatıkomponentlər adlanan dörd hissəyə bölünür. Bu lisenziyada fərqi və mümkün dəstəyin mərhələsini qiymətləndirmək üçündür.[86]

Paketlər komponentlər üzrə aşağıdakı kimi bölüşdürülür:[86]

UbuntuAzad PTQeyri-azad PT
DəstəklənənMainRestricted
DəstəklənməyənUniverseMultiverse

Main və Universe Ubuntu lisenziyası tələblərinə tam cavab verən proqram təminatları təşkil edir.[87]

Ubuntu üçün yaradılan qeyri-azad proqram təminatlı paketlər adətən dəstəklənmir ancaq burada müəyyən istisnalar (Restricted) da mövcuddur. Bu istisnalara müəyyən qeyri-azad drayverlər aiddir ki, bu əlavələrsiz istifadəçilərin sistemdə fəaliyyəti aşağı düşə bilər. Bu cür istisnalara xüsusilə qrafik drayverlər aiddir (məsələnNvidia və yaATi drayverləri). Dəstək səviyyəsi Main-lə müqayisədə olduqca aşağıdır. Çünki yaradıcıların mənbə kodlarına girişi məhdud ola bilər.[88]

Proqram təminatı propritiar olsa da yayılmağa məhdudiyyət olmadıqda Multiverse repozitoruna daxil olunur. Məsələn Multiverse "Ubuntu-restricted-extras" paketinə malikdir ki, bu da adətən propiritiar multimedia kodekləri Adobe Flash-plaqini, JRE və ya Windows şriftlərinə malik olur.

Bəzi proqram təminatı isə ümumiyyətlə Ubuntu ilə yayılmır:

  • Content Scramble System oynadan proqram təminatı.
  • Windows Media kimi proprietiar multimedia formatlarının kodlaşdırılması və dekodlaşdırılması üçün kitabxanalar.[89]

Bu və bəzi digər paketlər qeyri-rəsmi repozitor mənbəsində tapmaq mümkündür:Medibuntu.

EasyUbuntu[90] və Automatix tipli, qeyri-rəsmi avtomatik yazılma və nizamalama proqram təminatları da həmçinin Ubuntunun rəsmi paketlərinə daxil deyil.[91]

Ubuntu qıraq propritiar proqram təminatı üçün sertifikasiya sisteminə malikdir. Bu sistem Canonical tərəfindənPartner adlandırılır və onun tərəfindən nizamlanaraq paketlərə əlavə edilir.[92]

Multiverse paketləri yayılmağa məhdudiyyətdə olduğu halda "Partner"-a daxil olan proqram təminatı Canonical-ın istifadəyə icazə aldıqları daxildir.[93][94]

Hazırda bu repozitorluğaAdobe Reader,Adobe Flash Player,Java,Skype və bəzi digər paketlər daxildir.[95]

Ubuntu üzərində hazırlanmış Linux distributivləri

[redaktə |vikimətni redaktə et]
Kubuntu 10.10 əsas menyusu
Edubuntu
Xubuntu

Ubuntu nişanının istifadə qaydalarına əsasən, Canonical şirkəti Ubuntu üzərində qurulmuş 2 növ distibutiv tanıyır:

  • Ubuntu üzərində hazırlanmış distiburiv (Ubuntu Derivative Distribution): Ubuntu-dan gözə çarpan fərqlərə malik distributiv. Bunlardan yalnız Canonical tərəfindən rəsmi statusu almış distributivlər dəstək edilir. Digərləri üçün Canonical məsuliyyət daşımır və onların Ubuntu ilə uyğunluğuna zəmanət vermir.
  • Ubuntu yığımı (Ubuntu Remix): Ubuntu üzərində yığılan və ondan gözə çarpan fərqliliyə malik olmayan distributiv. Fərq proqram yığımı, nizamlamada və sair bu kimi xüsusiyyətlərdə ola bilər. Bu statusun alınması üçün vacib şərtlərə daxildir: Ubuntu ilə tam uyğunluq, repozitorluqda olan rəsmi paketlərin istifadəsi, distributivin qeyri-kommersiya məqsədi daşıması və sair. Yığım mütləq olaraq öz adında Ubuntu və Remix sözlərindən istifadə etməlidir. Məsələn: Ubuntu Wiki Remix.[96].
DistributivTəsvirQrafik qabığı
EdubuntuTəhsil ocaqları üçün yaradılan Ubuntu distributivi.GNOME
KubuntuKDE Plasma iş masası defolt olan Ubuntu distributivi.KDE Plasma
LubuntuLXDE masaüstü mühitini istifadə edən Ubuntu distributivi.LXDE
Ubuntu BudgieBudgie masaüstü mühitini istifadə edən Ubuntu distributivi.Budgie
Ubuntu CinnamonCinnamon masaüstü mühitini istifadə edən Ubuntu distributivi.Cinnamon
Ubuntu KylinÇin bazarı üçün yaradılmış Ubuntu distributivi.UKUI
Ubuntu MateMate masaüstü mühitini istifadə edən Ubuntu distributivi.Mate
Ubuntu StudioMediastudiyalar üçün yaradılan Ubuntu distributivi.GNOME
Ubuntu UnityUnity masaüstü mühitini istifadə edən Ubuntu distributivi.Unity
XubuntuXfce masası defolt olan Ubuntu distributivi (zəif kompüterlər üçün).Xfce
GobuntuYalnız azad komponentlərə malik Ubuntu distributivi. Əvvəllər Ubuntu flavoru idi. Hal-hazırda layihə qapalıdır.GNOME

Ubuntu əsasında yaradılan distributivlər

[redaktə |vikimətni redaktə et]
DistributivTəsvirQrafik qabığı
CrunchBangUbuntu minimal sehrbazı bazasında qurulmuş distributiv. Yüksək sürət və funksionallığı özündə birləşdirmək məqsədilə yaradılıbOpenbox
Linux MintUbuntu üzərində qurulmuş distributiv. Çoxlu media-kodeklərin yazılması ilə fərqlənir.Müxtəlif
nUbuntuŞəbəkə təhlükəsizliyini analiz etmək üçün distributiv.xwindow
AuroraASUS EEE PC üçün distributiv.xwindow
OpenGEUEnlightenment yügnül pəncərə menecerini istifadə edən distributiv.Enlightenment DR17
SabilyMüsəlmanlar üçün yaradılmış Ubuntu distributivi.GNOME

Yuxarıda göstərilən bütünəməliyyat sistemləri bu və ya digər formada Ubuntu üzərində hazırlanıb.

İnkişafı

[redaktə |vikimətni redaktə et]
Belçikadakı sammitdən foto

Ən-ənəvi olaraq proqram təminatı yaradıcıları "Ubuntu Developer Summit" keçirib əməliyyat sisteminin gələcək perspektivləri haqda müzakirələr aparırlar. Bu cür görüşlərdən ən mühümü sonuncu Ubuntu çıxmamışdan bir müddət əvvəl baş tutdu.[98]

Ubuntu əməliyyat sisteminin yeni inkişaf sikli başlamamışdan bir az əvvəl bü samit keçirilərək gələcək inkişaf forma və sferası müəyyənləşdirilir, müzakirələr aparılır. Sammit bütün ictimaiyyətə açıqdır. Ancaq "Ubuntu Developer Summit" konfrans, sərgi və ya auditoriya üçün hesablanmamış, Ubuntu yaradıcıları və onun inkişafında əməyi olanların sırf birgə görüşü, müzakirə xarakteri daşıyır.Sammit istənilən kəsə açıq elan olunsada, orada iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək və mehmanxana problemlərini həll etmək lazımdır. Sammmitlər adətənAvropaABŞ, həmçininOkeaniya şəhərlərində keçirilir.

Məqsəd

[redaktə |vikimətni redaktə et]

Canonical iddia edir ki, Ubuntu istifadəçiyə azadlığı zəmanət verir (klassik tərifdəFree Software Foundation). Bu, ruhən GPL-i xatırladan deklarasiya onun manifestində (ictimai oferta,ing."the Ubuntu promise") yer alıb. Ancaq yuxarıda qeyd edildiyi kimi Ubuntu əməliyyat sistemi bazasında qurulan müəyyən digər distributivlər özündə qeyri-azad dekoderləri də birləşdirə bilər.[99]

İstifadəsi

[redaktə |vikimətni redaktə et]
  • 2007-ci ildəFransa parlamentiWindows XP əməliyyat sistemindən Ubuntu istifadəsinə keçir. 2008-ci ildə fransız polisinin istifadə etdiyi 70 min kompüterin də planlı şəkildə Ubuntu-ya keçəcəyi haqda xəbərlər yayılıb.[100][101].
  • İspaniyada (2008-ci ildəki vəziyyətə görə) təhsil ocaqlarında 400 min kompüterə Ubuntu əməliyyat sistemi yazılıb[102].
  • UbuntuGürcüstanMakedoniya Respublikası orta məktəblərinin bütün kompüterlinə yazılıb.
  • Google korporasiyasında işçilər Ubuntu əsasında hazırlanmış Gobuntu əməliyyat sistemindən istifadə edirlər.[103]
  • UbuntuVikipediya layihəsinin serverlərində əsas əməliyyat sistemi kimi istifadə edilir.[104].
  • 2009-cu il oktyabr ayına görə Ubuntu-dan dünyada 12 milyon istifadəçi istifadə edir.[105].

Sistem tələbləri

[redaktə |vikimətni redaktə et]

Ubuntu-nun masaüstü versiyası Intel x86, AMD64 və ARM arxitekturalarını dəstəkləyir. Bəzi server-buraxılışları SPARC arxitekturasını da dəstəkləyir. Ubuntu həmçinin qeyri-rəsmi PowerPC, IA-64 (Itanium) иPlayStation 3 arxitekturalarını da dəstəkləyir.

Minimal tələblər[106][107][108]ServerDesktop
Prosessor (x86)300 MHz1 GHz
Yaddaş128MiB512 MiB
Sərt disk (boş sahə)1GB5 GB
Monitorölçüsü640×4801024×768

Yerli qruplar (LoCo qruplar)

[redaktə |vikimətni redaktə et]

Texniki xırdalıqları və incəlikləri anlamayan istifadəçilər üçün Ubuntu əməliyyat sisteminin inkişafı üçün yerli "cəmiyyətlər" qurulub[109] ki, bunun da çox yayılmış adı "Locos"-dur. İlkin olaraq hər ölkə yalnız bir LoCo komandaya malik idi. Ancaq məsələn ABŞ-də müəyyən ştarlar özlərinin yerli LoCo qruplarına malikdirlər. Ümumiyyətlə bu qruplar Ubuntu-da sırf dil ilə bağlı baryeri aradan qaldırmaq üçün çalışır.
Azərbaycanın da öz LoCo qrupu var:Ubuntu Azerbaijan LoCo

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 123http://www.ubuntu.com/about/about-ubuntu.
  2. 12https://www.openhub.net/p/ubuntu/analyses/latest/languages_summary.
  3. https://web.archive.org/web/20160823232119/http://www.ubuntu.com/about/about-ubuntu.
  4. Gupta U.Ubuntu 25.10 ("Questing Quokka") released. 2025.
  5. Florent 'Skia' JacquetUbuntu 24.04.4 LTS released. 2026.
  6. 12https://wiki.ubuntuusers.de/APT/.
  7. https://wiki.ubuntuusers.de/dpkg/.
  8. 123https://ubuntu.com/community#download.
  9. https://help.ubuntu.com/lts/ubuntu-help/index.html.
  10. About the Name[ölü keçid]
  11. Mandela, Nelson."The Ubuntu Experience (Nelson Mandela Interview)" (Motion picture). 11 yanvar 2006.3 noyabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  12. About UbuntuArxivləşdirilib 2012-10-15 at theWayback Machine.
  13. ing.Long Term Support ingilis dilindən — "uzun müddət ərzində dəstək"
  14. "Arxivlənmiş surət".29 aprel 2010 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  15. "Ubuntu packages"(ingilis).24 avqust 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:27 dekabr 2007.
  16. "Desktop" versiyası.
  17. "Alternate" versiyası
  18. Божинов, Анжел."Canonical выпускает Ubuntu Mobile"(rus).OSZone. 2 yanvar 2013.5 yanvar 2013 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2 yanvar 2013.Компания Canonical, известная по разработке операционной системы Ubuntu, сегодня официально заявила о своём твёрдом намерении выйти на рынок смартфонов и планшетов с помощью новой мобильной системы Ubuntu
  19. Shuttleworth, Mark.What about binary compatibility between distributions?Arxivləşdirilib 2006-10-13 at theWayback Machine. Edubuntu Wiki.
  20. Ubuntu PhilosophyArxivləşdirilib 2007-03-15 at theWayback Machine. Ubuntu.com
  21. "internetnews.com Sarge vs. The Hoary Hedgehog?".1 iyun 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  22. Mako Hill, Benjamin."Announcing Launch of ($10m) Ubuntu Foundation"(ingilis).3 mart 2016 tarixindəarxivləşdirilib.İstifadə tarixi:12 sentyabr 2010.
  23. "New Ubuntu Foundation Announced". Canonical(ingilis). Ubuntu.com.25 noyabr 2014 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:12 sentyabr 2010.
  24. Hill, Benjamin Mako (26 noyabr 2004).Ubuntu is BornArxivləşdirilib 2007-03-20 at theWayback Machine. Ubuntu (A GNU/Linux Operating System): Past Present and Future.
  25. RootSudoArxivləşdirilib 2006-11-27 at theWayback Machine. Ubuntu Wiki
  26. Ubuntu 6.06 Release Notes: Hardware RequirementsArxivləşdirilib 2008-07-25 at theWayback Machine (ing.)
  27. Ubuntu 8.10 System RequirementsArxivləşdirilib 2019-08-23 at theWayback Machine (ing.)
  28. Ubuntu 9.04 Release Notes: System RequirementsArxivləşdirilib 2010-05-23 at theWayback Machine (ing.)
  29. "Desktop | Ubuntu".21 fevral 2008 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  30. "Brand — Ubuntu Wiki".19 iyun 2010 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  31. "Ребрендинг Ubuntu, или ОбМАКивание и модернизация | Пингвиноff.нет".10 aprel 2010 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  32. "Для Ubuntu Linux 10.04 подготовили ребрендинг (Страница 1) — Новости — LinuxForum — Форум о Linux".5 iyun 2011 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  33. 12"DevelopmentCodeNames — Ubuntu Wiki".4 iyul 2007 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  34. https://wiki.ubuntu.com/Kernel/Dev/ExtendedStableArxivləşdirilib 2022-09-16 at theWayback Machine This is the table with status of linux kernel versions that Ubuntu Kernel Team (UKT) provided, provides or plan to provide with stable patches support
  35. "Ubuntu 4.10 announcement".10 mart 2016 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  36. "Ubuntu 5.04 announcement".3 mart 2016 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  37. "Ubuntu 5.10 announcement".6 sentyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  38. "Ubuntu 6.06 LTS announcement".24 avqust 2011 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  39. "Ubuntu 6.06.1 LTS announcement".27 yanvar 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  40. "Ubuntu 6.06.2 LTS announcement".2 oktyabr 2008 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  41. "Ubuntu 6.06 LTS Desktop Edition reaches end-of-life on July 14, 2009".21 mart 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  42. "Ubuntu 6.10 announcement".16 iyun 2015 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  43. "Ubuntu buraxılışı haqda məlumat 7.04 (Feisty Fawn)".19 oktyabr 2008 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  44. "Ubuntu buraxılışı haqda məlumat 7.10 (Gutsy Gibbon)".28 mart 2009 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  45. 12"Ubuntu 8.04 LTS (Hardy Heron) yaradılması haqda məlumat".8 iyun 2016 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  46. "Ubuntu 8.04.1 LTS (Hardy Heron) yaradılması haqda məlumat".2 oktyabr 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  47. "8.04.2 LTS (Hardy Heron) yaradılması haqda məlumat".21 mart 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  48. "Ubuntu 8.04.3 LTS (Hardy Heron) yaradılması haqda məlumat".9 avqust 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  49. "Ubuntu 8.10 (Intrepid Ibex) yaradılması haqda məlumat".4 yanvar 2010 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  50. "Ubuntu 8.10 reaches end-of-life on April 30, 2010".21 mart 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  51. "Ubuntu 9.04 (Jaunty Jackalope) Intrepid Ibex".13 iyun 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  52. "Ubuntu 9.04 reaches end-of-life on October 23, 2010".25 yanvar 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  53. "Ubuntu 9.10 (Karmic Koala) yaradılması haqda məlumat".16 may 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  54. "Introducing the Karmic Koala, our mascot for Ubuntu 9.10".16 may 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  55. "Информация о разработке Ubuntu 10.04 (Lucid Lynx)".25 may 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  56. 12Ubuntu 10.10 yaradılması haqda məlumat
  57. "Shooting for the Perfect 10.10 with Maverick Meerkat".10 aprel 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  58. Ubuntu 11.04 yaradılması haqda məlumat
  59. "N-imal?".22 avqust 2010 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  60. "OneiricReleaseSchedule — Ubuntu Wiki".6 iyul 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:28 sentyabr 2014.
  61. Next after Natty? (ing.)Arxivləşdirilib 2011-07-14 at theWayback Machine Ubuntu 11.10-un kod adının seçilməsi ilə əlaqədar Mark Şattlvortun məqaləsi
  62. "PrecisePangolin — Ubuntu Wiki".2 sentyabr 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:28 sentyabr 2014.
  63. "12.04.1".1 oktyabr 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:28 sentyabr 2014.
  64. "Ubuntu 12.04.2 LTS released".1 oktyabr 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:17 fevral 2013.
  65. P is for… (ing.)Arxivləşdirilib 2012-05-12 at theWayback Machine Mark Şatlvortun bloqundakı yazı
  66. "Quantal Quetzal — Ubuntu Wiki".22 noyabr 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:3 noyabr 2012.
  67. Quality has a new name (ing.)Arxivləşdirilib 2012-05-03 at theWayback Machine Mark Şatlvortun bloqundakı yazı
  68. "Raring Ringtail — Ubuntu Wiki".15 yanvar 2013 tarixindəarxivləşdirilib.İstifadə tarixi:3 noyabr 2012.
  69. Not the Runty Raccoon, the Rufflered Rhino or (even) the Randall Ross (ing.)Arxivləşdirilib 2012-10-18 at theWayback Machine Mark Şatlvortun bloqundakı yazı
  70. "Ubuntu 13.10 (Saucy Salamander) released (ing.)".21 mart 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:28 sentyabr 2014.
  71. Arxivləşdirilib 2013-04-30 at theWayback Machine Mark Şatlvortun bloqundakı yazı
  72. releases.ubuntu.com/14.04
  73. "Ubuntu 14.04.1 LTS released"(ingilis). 25 iyul 2014.21 mart 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 iyul 2014.
  74. Quantal, raring, saucy… (ing.)Arxivləşdirilib 2022-09-29 at theWayback Machine Mark Şatlvortun bloqundakı yazı
  75. "Broken Steel: Расписание Выпусков Ubuntu 14.10".30 iyul 2014 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:28 sentyabr 2014.
  76. U talking to me? (штп.)Arxivləşdirilib 2014-04-24 at theWayback Machine Kobud
  77. "XenialXerus/ReleaseNotes - Ubuntu Wiki". wiki.ubuntu.com.17 iyun 2016 tarixindəarxivləşdirilib.İstifadə tarixi:21 iyul 2016.
  78. 12"Kernel/LTSEnablementStack — Ubuntu Wiki".21 sentyabr 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:4 iyun 2017.
  79. wiki.ubuntu.com/ArtfulAardvark/ReleaseSchedule
  80. "Видеоанонс Mark Şatlvortun Atlanta Linux Fest-ində UbuCon çərçivəsində Ubuntu 10.04 video konfransı".17 may 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  81. "PrecisePangolin/ReleaseSchedule — Ubuntu Wiki".2 sentyabr 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:28 sentyabr 2014.
  82. "TrustyTahr/ReleaseSchedule — Ubuntu Wiki".20 oktyabr 2013 tarixindəarxivləşdirilib.İstifadə tarixi:28 sentyabr 2014.
  83. "Ubuntu Technical Board Looks at Shuttleworth's Proposal for Release Management Methodology". Ubuntu News on The Fridge(ingilis). 19 mart 2013.15 aprel 2013 tarixindəarxivləşdirilib.İstifadə tarixi:15 aprel 2013.
  84. Ubuntu Support: ShipIt FAQArxivləşdirilib 2010-04-10 at theWayback Machine (ing.)
  85. ShipIt changesArxivləşdirilib 2009-10-25 at theWayback Machine (ing.)
  86. 12"Ubuntu/components".2011-08-24 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 2010-11-3.
  87. "Ubuntu Licensing".28 fevral 2007 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  88. "NVIDIA Software License".21 avqust 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  89. Codecs installArxivləşdirilib 2007-06-10 at theWayback Machine. Ubuntu Wiki
  90. "EasyUbuntu".13 iyun 2006 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  91. "Arxivlənmiş surət".17 aprel 2010 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  92. "partners/certification/software".7 mart 2007 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  93. Introducing the Dapper Commercial RepositoryArxivləşdirilib 2007-06-01 at theWayback Machine. Unofficial Ubuntu blog
  94. "Adding Canonical Partner Repositories".15 may 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  95. "Canonical Partner Repository index".23 noyabr 2010 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  96. Canonical Inc."Ubuntu Trademark Policy"(ingilis).2 sentyabr 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:28 may 2010.
  97. "Arxivlənmiş surət".4 iyul 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:1 noyabr 2024.
  98. "Arxivlənmiş surət".6 iyun 2011 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  99. Gerry Carr."Codecs and DVD playback on Ubuntu 8.04 for all users". Canonical Blog(ingilis). Canonical.15 avqust 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:18 sentyabr 2008.
  100. "Французская полиция перешла на Linux | Новости. Новости дня на сайте Подробности".4 may 2008 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  101. French police deal blow to Microsoft (ing.)
  102. "Владимир Крюков: "Ubuntu — операционная система, не подверженная вирусной угрозе" / ТехноПортал".22 fevral 2009 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  103. Mark Shuttleworth " Blog Archive " Absolutely no truth to the rumour…Arxivləşdirilib 2015-12-08 at theWayback Machine (ing.)
  104. "Arxivlənmiş surət".20 fevral 2009 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  105. "Телекомпания НТВ. Официальный сайт | Новости НТВ | Новинка от "Линукс"".30 oktyabr 2009 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.
  106. "Ubuntu System Requirements".23 avqust 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:19 aprel 2010.
  107. "Preparing to Install".İstifadə tarixi:19 aprel 2010.[ölü keçid]
  108. "Meeting Minimum Hardware Requirements".İstifadə tarixi:19 aprel 2010.[ölü keçid]
  109. "Ubuntu Local Community Teams".25 fevral 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 noyabr 2010.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
Linux
Əməliyyat sistemləri
İstifadəçi interfeysi
Əmr sətiri GNOME KDE Xfce Cinnamon Unity
Şəxslər
Daşına bilən
⛭
Android
Arch
Debian
Ubuntu
Digər
Fedora
Gentoo
Slackware
Mandriva
SUSE
Digər
Dayandırılmış
Debian
Gentoo
Red Hat/Fedora
Slackware
Digər
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Ubuntu&oldid=8264933"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2026 Movatter.jp