Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Tovuz

40°59′32″ şm. e. 45°37′00″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Bu adın digər istifadə formaları üçün bax:Tovuz (dəqiqləşdirmə).
Şəhər
Tovuz
40°59′32″ şm. e. 45°37′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 13.520 nəf.(2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksiAZ6000[2], AZ6001[2], AZ6002[2]
Tovuz xəritədə
Tovuz
Tovuz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


TovuzAzərbaycan RespublikasınınTovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsində şəhər,[3] Tovuz rayonunun inzibati mərkəzi. 1947-ci ildə rayon tabeli şəhər statusu almışdır.[4] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Abulbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Abulbəyli kəndinin ərazisindən 276,19 ha (bundan dövlət mülkiyyətində olan 55,92 ha, bələdiyyə mülkiyyətində olan 79,43 ha və xüsusi mülkiyyətdə olan 140,84 ha), Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Öysüzlü kəndinin ərazisindən 213,68 ha (bundan dövlət mülkiyyətində olan 34,01 ha, bələdiyyə mülkiyyətində olan 56,70 ha və xüsusi mülkiyyətdə olan 122,97 ha) və Qazıqulu kəndinin ərazisindən 62,49 ha (bundan dövlət mülkiyyətində olan 5,52 ha, bələdiyyə mülkiyyətində olan 48,43 ha və xüsusi mülkiyyətdə olan 8,54 ha), Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha), Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) və Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindəki Düz Cırdaxan kəndinin ərazisindən 28,5 ha (bundan dövlət mülkiyyətində olan 0,53 ha, bələdiyyə mülkiyyətində olan 5,94 ha və xüsusi mülkiyyətdə olan 22,03 ha) torpaq sahələri Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir.[5]

Toponimikası

[redaktə |vikimətni redaktə et]

Şəhərin adı yazılı mənbələrdə ilk dəfə 827-ci il hadisələri ilə əlaqədar çəkilib. Erkən orta əsrlərdə alban qalalarından biri də Tavuş qalası idi. XII-XIV əsr mənbələrində Tavuş, Tavus, Tavuz, Taus, Tauz, Tus kimi qeyd olunmuşdur. Tovuş çayının (Tovuz çayının qolu) sağ sahilində hündür dağın başında Tovusqala adlı qədim abidə mövcuddur. Həmin qalanın xarabalığı indiki Ermənistan ərazisindədir. Qala öz adını çayın adından almışdır. İndiki yaşayış məntəqəsi XIX əsrdə salınmış dəmir yolu stansiyası əsasında formalaşmışdır. Stansiya isə sahilində yerləşdiyi çayın adı ilə adlanmışdır.

Tovuz toponiminin yayılma arealı olduqca genişdir. Başqırdıstanda Tovuş adlı çay və kənd, Qazaxıstanda Toüs, Perm vilayətində Tauş, Cənubi Azərbaycanda Taus yaşayış məntəqələri mövcuddur. Bəzi tədqiqatçılara görə, toponim qədim türk dillərində "səsli-küylü" mənasında işlədiləntaus sözü ilə bağlıdır. Digər tədqiqatçılar isə onuntov/tav/toy/tau (dağ) vəuz/us (zirvə, yüksəklik və s.) sözlərindən ibarət olduğunu göstərirlər. Toponimi həmçinin tayfa adı, "zəif, ensiz su" mənasında işlənənqovuş xalq coğrafi termini və s. ilə bağlayanlar da var. Ermənistanın Şəmsəddin rayonunda eyniadlı çay mövcuddur.[6]

Tarixi

[redaktə |vikimətni redaktə et]

Tovuz yaşayış məntəqəsi kimi 1812-ci ildə alman köçkünləri (kolonistləri) tərəfindən salınmış və Traubenfeld adlandırılmışdır (alm.Traubendfeld"Üzüm sahəsi"). 1941-ci ildə almanlar deportasiya olunmuş, qəsəbənin adı dəyişdirilmişdir. Tovuz 1935-ci ildənşəhər tipli qəsəbə, 1947-ci ildən şəhər statusunu alıb.

Tarixi abidələri

[redaktə |vikimətni redaktə et]

Tovuz şəhərində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar №Abidənin adıTarixiYerləşdiyi ünvanNövüƏhəmiyyət dərəcəsi
1790Şiş Quzey düşərgəsi[7]PaleolitTovuz şəhərindən
qərbdə
ArxeolojiÖlkə
1791Kurqan[8]Tunc dövrüTovuz şəhərindən
2 km. cənub-şərqdə
ArxeolojiÖlkə
1792Birtağlı körpü[9]X əsrTovuz şəhəri,
Tovuz çayının üzərində
ArxeolojiÖlkə
1793Karvansara qalıqları[10]XIV əsrTovuz şəhəriArxeolojiÖlkə
1794Torpaqqala yaşayış yeri[11]III-VII əsrlərTovuz şəhərindən 12 km. aralı,
Kür çayının sağ sahilində
ArxeolojiÖlkə
1805Kəhriz[12]XIX əsrTovuz şəhəriArxeolojiÖlkə
51782 mərtəbəli yaşayış evi[13]1880-ci ilTovuz şəhəriMemarlıqYerli
5179Suvarma qülləsi[14]XIX əsrTovuz şəhəriMemarlıqYerli
5180Yaşayış evi[15]XIX əsrTovuz şəhəri,
Kəhriz küçəsi, 40
MemarlıqYerli
5181Sement zavodunun binası[16]1912-ci ilTovuz şəhəriMemarlıqYerli
5700Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi[17]Qeyd olunmayıbTovuz şəhəri,
Sabir küçəsi
Monumental və xatirəYerli
6044Əvəztəpə qalası[18]Orta əsrlərTovuz şəhərindən 1 km şərqdə,
dəmiryolunun yanında
ArxeolojiYerli
6045Şəhərgah[19]Orta əsrlərTovuz şəhərindən
4 km cənubda
ArxeolojiYerli
6046Qala düzü[20]Orta əsrlərTovuz-Yevlax dəmir yolunun
sağ tərəfində
ArxeolojiYerli
6047Nekropol[21]XVI-XVIII əsrlərTovuz şəhəriArxeolojiYerli

Coğrafiyası və iqlimi

[redaktə |vikimətni redaktə et]

Şəhər Tovuz çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir.Bakı ilə arasında məsafə 439 km-dir.

Əhalisi

[redaktə |vikimətni redaktə et]
İlDaimi əhaliKişilərQadınlar
1999[22]1282460536771
2009[23]↗13520↗6431↗7089

İqtisadiyyatı

[redaktə |vikimətni redaktə et]

Şəhərdə sement, asfalt, konserv, şərab zavodları, yağ-pendir kombinatı yerləşmişdir.

Mədəniyyəti

[redaktə |vikimətni redaktə et]

Şəhərdə Tovuz Tarix-Diyarşünaslıq Muzeyi,[24] Tovuz rayon Heydər Əliyev Mərkəzi,[25] Mərkəzi Kitabxana, 1 №-li, 2 №-li və 3 №-li şəhər kitabxana filialları,[26] Rayon Mədəniyyət Evi,[27] 2 №-li və 3 №-li şəhər klubları,[28] Tovuz Dövlət Rəsm Qalereyası,[29] "Şəfəq" kinoteatrı,[30] Tovuz rayon Mədəniyyət və istirahət parkı,[31] Müştəri Xidmətləri Poçt Şöbəsi (AZ6000), Şəhər-1 poçt şöbəsi (AZ6001) və Şəhər-2 poçt şöbəsi (AZ6002)[32] fəaliyyət göstərir.

İdman

[redaktə |vikimətni redaktə et]

"Turan" İK və futbol akademiyası Tovuz şəhərini təmsil edir. "Turan" PFK ev oyunlarınıTovuz şəhər stadionunda keçirir.

Təhsil

[redaktə |vikimətni redaktə et]

Şəhərdə A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbi, Adil Qasımov adına Tovuz şəhər tam orta məktəbi, M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbi, Elxan Məmmədov adına Tovuz şəhər tam orta məktəbi,[33] Nəsrəddin Tusi adına Tovuz şəhər tam orta məktəb-liseyi, eləcə də Uşaq Gənclər İnkişaf Mərkəzi, Uşaq Gənclər İdman — Şahmat məktəbi, Tovuz Dövlət Peşə Təhsil Mərkəzi[34] və Tovuz şəhər Aşıq Ə. Rzayev adına Uşaq Musiqi məktəbi fəaliyyət göstərir.[35]

Bundan başqa şəhərdə Tovuz şəhər 1 №-li körpələr evi-uşaq bağçası, Tovuz şəhər 2 №-li körpələr evi-uşaq bağçası, Tovuz şəhər 3 №-li körpələr evi-uşaq bağçası, "Qərənfil" şəhər körpələr evi-uşaq bağçası, Tovuz şəhər 5 №-li körpələr evi-uşaq bağçası, Tovuz şəhər 6 №-li körpələr evi-uşaq bağçası, Tovuz şəhər 7 №-li körpələr evi-uşaq bağçası, "Bənövşə" şəhər körpələr evi-uşaq bağçası və "Lalə" şəhər uşaq bağçası fəaliyyətdədir.[36]

Din

[redaktə |vikimətni redaktə et]

Şəhərdə Tovuz rayon məscidi yerləşir.[37]

Səhiyyə

[redaktə |vikimətni redaktə et]

Şəhərdə Tovuz Rayon Mərkəzi Xəstəxanası[38] və Tovuz MRX-nın TTTY şöbəsi[39] yerləşir.

Şəkillər

[redaktə |vikimətni redaktə et]
  • Tovuz dövlət rəmzləri muzeyi
    Tovuz dövlət rəmzləri muzeyi
  • Tovuz rayon tarix diyarşünaslıq muzeyi
    Tovuz rayon tarix diyarşünaslıq muzeyi
  • Tovuz Asan xidmət mərkəzinin gecə görünüşü
    Tovuz Asan xidmət mərkəzinin gecə görünüşü
  • Asan xidmət mərkəzinin içərisi
    Asan xidmət mərkəzinin içərisi
  • Uşaq bağçası
    Uşaq bağçası
  • Heydər Əliyev Parkı
    Heydər Əliyev Parkı

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=106.
  2. 123https://www.e-gov.az/az/services/readwidenew/3544.
  3. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 98"(PDF).2022-01-28 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-01.
  4. Президиум Верховного Совета Азербайджанского ССР."Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
  5. "Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı".2022-08-26 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2022-08-26.
  6. Tovuz //Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 246.ISBN 978-9952-34-156-0.
  7. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 57"(PDF).2021-07-07 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-06.
  8. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 57"(PDF).2021-07-07 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-06.
  9. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 57"(PDF).2021-07-07 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-06.
  10. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 57"(PDF).2021-07-07 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-06.
  11. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 57"(PDF).2021-07-07 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-06.
  12. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 58"(PDF).2021-07-07 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-06.
  13. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 131"(PDF).2021-07-07 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-06.
  14. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 131"(PDF).2021-07-07 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-06.
  15. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 131"(PDF).2021-07-07 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-06.
  16. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 131"(PDF).2021-07-07 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-06.
  17. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 145"(PDF).2021-07-07 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-06.
  18. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 155"(PDF).2021-07-07 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-06.
  19. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 155"(PDF).2021-07-07 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-06.
  20. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 155"(PDF).2021-07-07 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-06.
  21. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 155"(PDF).2021-07-07 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-06.
  22. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 156.
  23. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 209".2022-04-11 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2022-05-27.
  24. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 8"(PDF).2021-11-10 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-04-22.
  25. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 10"(PDF).2021-11-10 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-04-22.
  26. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 56-57"(PDF).2021-11-10 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-04-22.
  27. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 102"(PDF).2021-11-10 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-04-22.
  28. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103"(PDF).2021-11-10 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-04-22.
  29. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 108"(PDF).2021-11-10 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-04-22.
  30. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 110"(PDF).2021-11-10 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-04-22.
  31. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 111"(PDF).2021-11-10 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-04-22.
  32. "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)".2022-06-18 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2022-04-24.
  33. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)".2022-06-27 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2022-04-22.
  34. "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)".2015-12-19 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2022-04-23.
  35. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 6"(PDF).2021-11-10 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-04-22.
  36. "Tovuz rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)".2015-12-19 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2022-04-23.
  37. "Seyyid Əliəsgər Behburlu (tərtibçi). Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi. Bakı: Beynəlxalq Əlhuda Nəşriyyatı, 2001, səh. 259"(PDF).2019-08-01 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2022-05-27.
  38. "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)".2022-06-18 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2022-04-23.
  39. "Tovuz rayon təcili yardım stansiyası haqqında məlumat (tovuz-ih.gov.az)".2022-06-18 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2022-04-23.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
LCCNn2007082612 ·VIAF143290796 ·WorldCat VIAF143290796

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
Şəhərlər
Kəndlər
AbbasqulularAbulbəyliAğacqalaAğbaşlarAğbulaqAğdamAğdərəAlakolAlmalıtalaAranAşağı QuşçuAşağı MülkülüAşağı ÖysüzlüAşırallarAşralarAvdalAzaflıBaqqallıBala ŞamlıqBayramlıBozalqanlıBöyük XoşdarlıBöyük QışlaqBöyük ŞamlıqCəlilliCilovdarlıCirdəkÇataxÇeşməliÇobansığnaqDəlləkliDondar QuşçuDondarlıDönük QırıqlıDüz CırdaxanDüz QırıqlıƏhmədabadƏlibəyliƏlimərdanlıƏsrik CırdaxanƏyyubluGöyəbaxanGüvəndikHacıalılıHacıhəsənliHacılarHəsənliHətəmlərHunanlarHüseynqulularXatıncanXatınlıXınnakirənİbrahimhacılıİsakəndKazımlıKəcavəndKirənKoxanəbiKöhnəqalaQalaboyunQandalarQarabağlılarQaraboyunlarQaradaşQarağatlıQaraxanlıQaralarQayadibiQazıquluQədirliQəribliQoçdərəQonaqlıQoşaQozdərəLazılarMəsimlərMəşədiqulularMəşədilər (Alakol)Məşədilər (Yanıqlı)MəşədivəlilərMolla AyrımMollalarMuncuqluMülkülüNamxoşNəsibliÖskənPapaqçılarPələkliSadıqlıSaladınlıSarıtalaSəfərliSofularŞamlıqŞıxheybətVahidliYanıqlıYoğunbulaqYuxarı Öysüzlü
Ləğv olunmuş kəndlər
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Tovuz&oldid=8035394"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp