Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Totalitarizm

Vikipediya, azad ensiklopediya
Bu məqalənivikiləşdirmək lazımdır.
Lütfən, məqaləniümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəheç bir məlumatın mənbəsigöstərilməmişdir.
Lütfən,etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

Faşizm

Faşizmin simvolu sayılan fassiyalı qartal motivi
Faşizmin simvolu sayılan fassiyalı qartal motivi

Totalitarizm (lat.totalis — tam, bütöv; mənaca "hər şeyi əhatə etmək" deməkdir) —antidemokratik dövlət formasıdır.

Birinci Dünya müharibəsinin geosiyasi nəticələrindən biri dəliberal-demokratizmə alternativ sistemlərin meydana gəlməsi idi. Müharibədən bir müddət sonra bəzi ölkələrdə yenisiyasi hakimiyyət formalaşdı. Bu sonradantotalitarizm adını aldı.

O ictimai həyatın bütün sahələrinin sərt dövlət nəzarətinə tabe edilməsi ilə səciyyələnir. Bu rejimXX əsrindespotizmi adlanır. Totalitar siyasi rejim şəraitindəkütləvi informasiya vasitələri də ancaq dövlətin xəttini yeridir. Totalitarizmə dörd element daxildir.

  1. hər bir cəmiyyət üzvünün riayət etməli olduğu ümumi siyasi doktrinaların cəmi;
  2. həmin ideologiyanı həyata keçirən bir lider, diktator tərəfindən idarə edilən tək partiya;
  3. iqtisadiyyat, kütləvi informasiya vasitələri və silahlı qüvvələr üzərində vahid nəzarət;
  4. kütləvi represiyalar.

Bu anlayışı ilk dəfəMussolini özünün başçılıq etdiyi hərəkatı və rejimi səciyyələndirmək üçün işlətmişdir. Onun ideya əsasları isə yeni-hegelçi italyan filosofuCovanni Centileyə gedib çıxır. Sonralar Mussolinin faşist hökumətinə daxil olmuş Centile göstərirdi ki, totalitar dövlət, xalqın mənəvi ruhunu təcəssüm etdirir. Buna görə də dövlət şəxsiyyətin həyatını qeyri-məhdud dərəcədə özünə tabe edə bilir.

Mütləqiyyətçi (absolyutist), bonapartist, faşist, bolşevik rejimlər totalitar xarakter daşıyır. Bütün qanuni təşkilatların dövlətləşdirilməsi, qeyri-məhdud hakimiyyət səlahiyyətləri, demokratik təşkilatların yasaq edilməsi, vətandaşların hüquq və azadlıqlarının ləğv edilməsi, bir qayda olaraq təkpartiyalı sistemin mövcudluğu, iqtisadiyyatın hərbiləşdirilməsi, müxalifətə və başqa cür fikirləşənlərə qarşı repressiya tətbiq edən rejimlər — totalitar rejimlərə nümunə göstərilə bilər. Beləliklə, totalitar siyasi sistemlər elə diktaturadır ki, hakimiyyət bir adamın, insan qrupunun, güruhun və ya partiyanın əlində cəmləşir və idarə olunanlar tərəfindən heç bir nəzarət olmadan həyata keçirilir.

Totalitar siyasi rejim şəraitində kütləvi informasiya vasitələrində ancaq dövlət xətti yeridilir. Şəxsiyyət hüquqsuz vəziyyətə düşür, o nəhəng dövlət maşınının sadə bir vintinə çevrilir. Totalitar rejim sadəcə vətəndaşlarda özünə qarşı itaət yox, həm də cəmiyyət üzvlərində hakimiyyətə pərəstiş, insan hüquqlarına hörmətsizlik və qarşıya çıxan məsələləri sadəlövhcəsinə anlamaq psixologiyası və təfəkkür stili formalaşdırır. Toatalitarizm şəraitində siyasi hakimiyyət mülkiyyəti tamamilə öz əlinə keçirir.XX əsrin 30-cu illərindən etibarən sosial-fəlsəfi fikirdəvə bədii ədəbiyyatda müxtəlif totalitar baxışlar yayıldı. Onlarda totalitarizmin yuxarıda qeyd olunan cəhətləri mütləqləşdirildi. Totalitar rejimə əyani nümunə kimi keçmişSSRİ-də mövcud olan quruluşu və faşizmi göstərmək olar.Faşizm totalitarizmin ifrat həddini təşkil edir. O, hər cür demokratizmə və tərəqiyyə zidd olan diktaturanı həyata keçirir. Faşizm kütləvi terroru güclü ideoloji təsir sistemi ilə tamamlayır. Həmin ideologiya isə təbliğatın çox müxtəlif demaqogiya formalarını və incə yalanları əldə tutur. O, irqçiliyə, şovinizmə, zorakılığa, şəxsiyyətə pərəstişə, dövlətin şəxsiyyət üzərində tam hökmranlığına, ictimai həyatın bütün tərəflərinin militaristləşdirilməsinə (hərbiləşdirilməsinə) haqq qazandırmağa çalışır.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
⛭
Filosoflar
Nəzəriyyələr
Konsepsiyalar
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Normativ yoxlama
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Totalitarizm&oldid=8047497"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp