Tonzillit və ya angina (lat. angina – sıxılma, boğma, boğulma) — boğazgəlmə, badamcıqların vəboğaz limfaidlərininiltihablı kəskininfeksionxəstəliyi.Adenoid toxumalar kimi, bubadamcıqlar da xarici mühitdən mikrob vəinfeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır.
Geniş yayılmış kəskin yoluxucu-allergik xəstəlik. Törədiciləri: streptokokk, stafilokokk və s.Uşaqlar vəgənclərdə xüsusilə tez-tez baş verir. Xəstəliyin bir neçə forması mövcuddur: kataral, follikulyar, fibrinoz, fleqmonoz, lakunar, və s. Ən yüngül forması kataral anginadır. Bu zaman badamcıqlar qırmızı olur, bir qədər şişir;dil isə quru və ərplə örtülü olur. əsnəyin selik örtüyü qızarır, boğaz gicişir və quruyur, udqunduqda ağrı olur. Yaşlı adamlardatemperatur çox artmır, uşaqlarda isə 39–40°C-yə qədər yüksəlir. Xəstəlik 3–5 gün çəkir. Follikulyar angina adətən, qəfil titrətmə ilə başlayır, temperatur 39–40°C-yə qalxır,ağızda sulanma, boğazda kəskin ağrı olur. Xəstənin əl-ayağı,beli vəbaşı ağrıyır, özünü əzgin hiss edir. Qızarmış və şişmiş badamcıqlarda çoxlu sarı nöqtə (irin) əmələ gəlir. İnfeksiya ağır olduqda fleqmonoz anginaya keçir. Bu zaman temperatur 38–39°C-yə qalxır, titrətmə başlayır, boğaz ağrısı artır, udqunanda daha da güclənir, xəstə ağrıdan ağzını açmağaqorxur və s. Əgər tez-tezqusma baş verirsə, bumeningit əlaməti kimi qəbul edilir.Səsintembri dəyişir. Lakunar angina zamanı temperatur tez artır, xəstə özünü əzgin hiss edir, boğazı və başı ağrıyır. Badamcıq çuxurları (lakunalar) irinlə dolur. Anginaoynaq,böyrək vəürək xəstəliyinə səbəb ola bilər. Fəsad -revmatizm, meninqit, laringit, limfadenit və s.
Xəstəliyin ilkgünlərində hərarət normaya düşənə qədər yataq rejimi təyin edilir.Qidavitaminlərlə zəngin, nə soyuq, nə də çox isti olmalıdır. Bağırsağın fəaliyyəti nəzarətdə saxlanılmalıdır. Bol miqdarda maye qəbul edilməlidir. Tonzillitin yüngül formalarında sulfanilamid həblər, ağır formalarda isəantibiotiklər təyin edilir. Qarqara üçün ilıq halda borat turşusu,xörək duzu, kalium-permanqanat, furasilin,soda və duz qarışığı, kalendula, şalfey tərkibli məhlullar istifadə edilir. Gündə altı dəfəyə qədər boğaza isidici kompreslər (1/3 spirt və 2/3 su) qoymaq, buxar vannaları, həmçinin fizioterapiya təyin edilir. Tez-tezqan vəsidik analizi xəstəliyin fəsadsız ötüşməsi üçün lazımi müalicə aparılmasına kömək edir. Tonzillit yaraları zamanı yaralaryod, lyapis və s. ilə silinir. Xəstəninotağını, istifadə etdiyiqabları ayırmaq lazımdır.[3]
Orqanizmi möhkəmləndirmək,udlaq və ağız xəstəliklərini (xroniki tonzillit, xəstədiş) vaxtında müalicə etdirmək. Angina həm də bəzi ümumi yoluxucu xəstəliklərin (skarlatina,difteriya), habeləleykoz qan xəstəliyinin simptomlarından biri ola bilər. Ona görə də anginanın ilk əlamətləri baş verən kimihəkimə müraciət etmək vacibdir.[4]