Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Tomas Peyn

Vikipediya, azad ensiklopediya
Tomas Peyn
Doğum tarixi29 yanvar (9 fevral)1737[1][2]
Vəfat tarixi8 iyun1809(1809-06-08)[1][2][…](72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyətifilosof, siyasətçi, yazıçı, sahibkar, jurnalist, nasir, publisist
Üzvlüyü
  • Amerika Fəlsəfə Cəmiyyəti[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tomas Peyn (ing.Thomas Paine,29 yanvar (9 fevral)1737[1][2]8 iyun1809[1][2][…],Qrinviç Villic[d],Nyu-York ştatı[3]) — məşhur ingilis publisisti, inqilabçısı və intellektualı.

Fəaliyyəti

[redaktə |vikimətni redaktə et]

Tomas Peyn təhsilini yerli məktəbdə almış, gənc yaşlarında gömrük məmuru kimi işləmiş, lakin müəyyən səbəblərdən işdən azad edilmişdi, 1774-cü ildə İngiltərədə tanış olduğuBencamin Franklinin dəvəti iləABŞ-yə yollanmışdır. Bu Birləşmiş Ştatlar vəİngiltərə arasındakı müharibə ərəfəsində baş tutur, ABŞ-də izdihamlı kütlə qarşısında çıxış edən Peyn o dövr İngiltərə hakimiyyətini amansız tənqid atəşinə tutaraq amerikalıları özlərini müstəqil elan etməyə çağırmışdır.

1775-ci ildəKonqresin tapşırığı əsasında koloniyaların müraciətini çatdırmaq məqsədilə İngiltərəyə yollanır. Müraciət cavabsız qaldıqda Peyn Amerikaya qayıdır və özünün "Sağlam Düşüncə" (ing."Common Sense") broşürsını dərc etdirir. Peyn bu əsərində hər bir xalqın özünün arzuladığı hökuməti qurmaq hüququna malik olduğunu göstərir.Corc Vaşinqtonun sözlərinə görə Peynin broşürsı şüurlarda çevrilişə səbəb oldu.İstiqlaliyyət Bəyannaməsi elan olunduqdan sonra ABŞ və İngiltərə arasında müharibə başlayır və Peyn Vaşinqtonun düşərgəsinə yollanaraq Amerika ordusunun nümayiş etdirdiyi şücaəti təsvir edən "Amerika Böhranı" qəzetini nəşr etdirir. Belə məqalələrdən biri Vaşinqtonun əmri ilə əsgərlərın gündəlik əmr yerinə oxunur və ordunu o dərəcədə ruhlandırır ki, döyüşə atılan amerikalı əsgərlər Peynin məqaləsindən olan ilk kəlməni durmadan təkrarlayırlar: "İnsan ruhunun gücünü nümayiş etdirməyin vaxtı gəldi".

Tomas Peynin həyatını keçirdiyi ev

Bunların sayəsində Peyn Amerikada Vaşinqtondan sonra ikinci ən məşhur adam sayılır. 1780-ci ildə Çarlstoun ingilislər tərəfindən ələ keçiriləndə Vaşinqton çıxılmaz vəziyyətə düşür. Bu vaxt Peyn hərbi xərcləri ödəmək üçün milli iltizam təşkil etməyi təklif edir və özü 500 dollar yazdırır. 1781-ci ildə o Amerika hökumətinin qərarı iləParisə maddi yardım almaq üçün göndərilir və bu tapşırığın öhdəsindən uğurla gəlir.

Tomas Peynin büstü,Nyu-York

Müharibədən sonra Peyn İngiltərəyə qayıdır, Peyn Berns və Vordvordla birgə 1789-cu ildə baş verən Fransa inqilabını bütün bəşəriyyətin azadlığının başlanğıcı adlandıraraq alqışlayır. 1790-cı ildə Bork "Fransa inqilabı haqqında düşüncələr" əsərini dərc etdirəndə Peyn Borka qarşı "İnsanın hüququ" ("The Rights for Man") adlı böyük bir məqalə ilə çıxış edir Peyn bu məqaləsində insanın təbii hüquqlarını müdafiə edir. Peynin fikrincə insan ictimai birliyə öz təbii hüquqlarını qurban vermək üçün deyil, hüquqlarının bir qismini cəmiyyətin maraqlarına güzəştə getməklə onların təmin edilməsi məqsədilə daxil olur. Özündən sonra fikir azadlığı, vicdan azadlığı və başqalarına zərər yetirmədən öz xoşbəxtliyi üçün çalışmaq hüququnu qoyur. Borkla bu məsələ barəsində mübahisə aparan Peyn ən cüzi vergi verən fransıza belə səsvermə hüququ bəxş edənFransanın yeni konstitusiyasını alqışlayır və bununla yanaşı İngiltərə konstitusiyasını şiddətli tənqid atəşinə tutur. Hakimiyyət məqalənin müəllifini təqib etmək qərarına gəlir.

1792-ci ilin mayında Peynə qarşı kral və konstitusiyanı təhqir etmə ittihamı irəli sürülür. Milli Konventin üzvü olan və Parisdə yaşayan Peyn məhkəmədə özü iştirak edə bilmədiyindən kitabının və şəxsiyyətinin müdafiəsini məşhur vəkil Tomas Erskinə həvalə edir. Gənc Erskinin məhkəmədəki möhtəşəm cıxışına baxmayaraq məhkəmə Peyni müqəssir elan edir. Konventin üzvü olan Peyn jirondistlərin qəti tərəfdarı idi və həmişə onlara səs verirdi. Kralın məhkəmə prosesində Peyn XVI Lüdoviqin sürgün edilməsini təklif edir və kralın edamının böyük siyasi yanlışlıq olacağını kütlənin diqqətinə çatdırır. Edam əvəzinə o kralın Amerikaya sürgün edilməsini təklif edir və kralın orada azadlıq və ədalətli hakimiyyət prinsiplərinə əsaslanan respublika idarəetmə sistemində ictimai rifahın necə çiçəkləndiyini öz gözləri ilə görəcəyini bildirir.Montanyarlar Peynin krala havadarlığını heç cür bağışlaya bilmirlər. Jirondistlərin məğlubiyyətindən sorna Peyn həbs olunur, ölümə məhkum edilir və yalnız möcüzə sayəsində edamdan qaça bilir. Dustaq olduğu vaxt özünün məşhur "Ağıl əsri" məqaləsini qələmə alır. Bu əsərdə Peynİncilin təhlilində rasional təndiq üsullarını tətbiq etməyə cəhd göstərir.

Tomas Peynin heykəli

Dini görüşlərində Peyn ingilisdeistlərinin ardıcılı idi. Onun məqsədi özünün ifadə etdiyi kimi İncilin və xristian mifologiyasının nüfuzunu sarsıtmaq idi. 1795-ci ildə Peyn özünün siyasi baxışları əks olunmuş kiçik bir traktatını dərc etdirir. 1797-ci ildə o, teofilantropik dərnək təsis edir. Bu dərnəyin görüşlərində o özünün mövhumatdan ayrılmış dininin əsaslarını qoyur. 1804-cü ildə Peyn Amerikaya yollanır. PrezidentTomas Cefferson Peynin Amerikanın azadlığında göstərdiyi xidmətlərini xatırlayaraq bir gəmini onun ixtiyarına verir. Ozünün yenə də böyük sevinc hissi ilə qarşılanacağını düşünən Peyn dərindən yanılır. "Ağlın əsri" əsəri Amerika cəmiyyətini əsərin müəllifinə qarşı qoyur. Ən yaxın dostları belə ondan öz döndərir. Peyn bunlara dözə bilməyərək içkiyə qurşanır. ONyu-Yorkda hamı tərəfindən atılmış, lakin rahat bir halda, həyatını heç də əbəs yerə yaşamadığı hissi ilə vəfat edir. "Mənim həyatım bəşəriyyət üçün xeyirli oldu, mən bacardığım qədər yaxşılıq etdim və odur ki tanrının mərhəmətinə ümid edərək rahat ölürəm".

Peyn həm siyasi, həm də dini baxışlarında rasionalizmin tipik nümayəndəsi idi. Onun qədər insan ağlına inana biləcək ikinci şəxs yox idi. Bəzən fikirlərini olduqca sadəlövhlüklə bildirdiyindən özünə kifayət qədər düşmən qazanmışdı. Lakin şübhəsiz ki, Peyn sağlam düşüncəsi, güclü məntiqi və özünü gözəl və aydın ifadə etmə qabiliyyətinə görə başqalarından fərqlənirdi. Peyn sözün əsl mənasındaxalq tribunu idi. Bu təkcə onun sadə xalqın başa düşə biləcəyi dildə danışmaq qabiliyyəti ilə bağlı deyildi, həm də həyatının ən aparıcı ideyalarını məhz xalqa xidmətdə görməsində idi. Bencamin Franklinin məşhur "Mənim vətənim, harda azadlıq varsa, oradır" kəlamına bir qədər düzəliş verən Peyn isə belə deyirdi: "Mənim vətənim oradır ki, orda azadlıq yoxdur, amma insanları azadlıq əldə etmək üçün vuruşurlar". Bu sözlər onu xarakterizə edə biləcək ən yaxşı sözlərdir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 1234Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1234Thomas Paine (fr.). /Assemblée nationale
  3. 12http://www.ushistory.org/paine.

Xarici kəçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaTomas Peyn ilə əlaqəli mediafayllar var.
⛭
Qədim dövr
Orta əsrlər
Erkən müasir dövr
XVIII—XIX əsrlər
XX—XXI əsrlər
Sosial nəzəriyyələr
Əlaqəli
 Bu şablona bax 
  Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
BAVADV10997711 ·BIBSYS90353247 ·BNCa11764302 ·BNEXX1057953 ·BNF11918444q ·BPN80660848 ·CiNiiDA00453184 ·CONOR40149603 ·EGAXAvtls001096338 ·GND118591215 ·GTAA139884 ·ICCUUBOV026503 ·ISNI0000000108643658 ·LCCNn79021666 ·LNB000009949 ·NDL00452022 ·NKCjn19990006333 ·NLA35406134 ·NLG164240 ·NLPa0000001222115 ·NSK000086219 ·NTA069043957 ·NUKATn99002819 ·PTBNP95891 ·LIBRIS243115 ·SUDOC027056104 ·VIAF4934659 ·WorldCat VIAF4934659
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Tomas_Peyn&oldid=7462013"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp