Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Tomas Edison

Vikipediya, azad ensiklopediya
Tomas Edison
ing.Thomas Edison
Doğum tarixi11 fevral1847(1847-02-11)[1][2][…]
Doğum yeri
Vəfat tarixi18 oktyabr1931(1931-10-18)[4][1][…](84 yaşında)
Vəfat yeri
Fəaliyyətimühəndis,ixtiraçı,sahibkar,iş adamı,fizik,riyaziyyatçı,ssenarist,kinorejissor,film prodüseri
Fəaliyyət illəri1877-ci ildən
Üzvlüyü
MükafatlarıNavy Distinguished Service Medal — 1920"Fəxri legion" ordeninin komandor dərəcəsi — 1889"Fəxri legion" ordeninin zabit dərəcəsi — 1881"Fəxri legion" ordeninin cəngavər dərəcəsi — 1879"İtaliya tacı" ordeninin böyük zabit dərəcəsi — 1889
John Fritz Medal — 1908Franklin İnstitutunun mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
 (ing.)A Day with Thomas Edison (1922)

Tomas Alva Edison (11 fevral1847[1][2][…],Maylan[d],Ohayo[3]18 oktyabr1931[4][1][…],Vest-Orinc[d],Nyu-Cersi[4][3]) — amerikalı ixtiraçı və sahibkar.

Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 minpatent mövcuddur. Oteleqrafı,telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçininelektrovoz istehsalına başlamış,fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım".

Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır.

Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilkelektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.

Heç bir insan həyatında Edison qədərpatent almamışdır.

85 yaşında axır saatlarında o öz həyat yoldaşına demişdi: "Əgər ölümdən sonra nəsə varsa, bu yaxşıdır. Yox yoxdursa, bu da yaxşıdır. Mən yaşadığım həyatda mümkün qədər yaxşı işlər görməyə çalışdım…"

Edisonun Menlo Park laboratoriyası Dearbornda Henri Ford Muzeyində nümayış etdirilir

Şəxsi keyfiyyətləri

[redaktə |vikimətni redaktə et]

Edison zəhmətkeşliyi və məqsədyönlülüyü ilə fərqlənirdi. Elektrik lampası üçün daxili xətti material axtararkən o, 6 min materialı sınaqdan keçirmişdir. Lampanın kömür zəncirinin xarakteristikasını tərtib edərkən o 45 saat laboratoriyada fasiləsiz işləmişdi. Ömrünün axır günlərinə qədər o gündə 15–16 saat işləyirdi.[5]

Edisonun birincielektrik lampası Menlo Parkda nümayiş etdirilir (1879, dekabr)

Nikola Tesla, məşhur Amerika ixtiraçısı onun haqqında deyirdi:

Əgər Edison ot tayasında iynə itirsəydi mütləq iynəni tapana qədər samanları tək-tək götürüb kənara qoyacaqdı[6]

Edisonun məşhur deyimləri

[redaktə |vikimətni redaktə et]
  • Dahi – bir faiz ilham, 99 faiz isə alın təridir.
  • narahatlıq — razı qalmamaqdır. Razı qalmamaq isə tərəqqinin birinci şərtidir. Mənə tam razı qalan adam göstərin və mən isbat edim ki, o uğursuz adamdır.
  • Sivilizasiyanın birinci vəzifəsi insanı düşünməyi öyrətməkdir.
  • Mən vegeterianam və içki içmirəm, ona görə də ağlımı işlətməyin yolunu tapıram.
  • Mən məğlubiyyəti sevmirəm.
Tomas Edison fonoqrafın ilk variantı ilə

Tomas Edisonun İxtiraları

[redaktə |vikimətni redaktə et]

Mənbə

[redaktə |vikimətni redaktə et]
  1. 1234Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 12Thomas A. Edison //Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 1234https://www.biography.com/people/thomas-edison-9284349.
  4. 1234Цверава Г. К. Эдисон Томас Алва //Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд.Москва:Советская энциклопедия, 1978. Т. 29 : Чаган — Экс-ле-Бен. С. 566–567.
  5. "Tomas Alva Edison".11 fevral 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:19 may 2010.
  6. "Tomas Alva Edison, Məşhurların psixologiyası, Vladimor Qakov".28 mart 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:19 may 2010.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
Digər layihələrdə
⛭
Tarixi
Şəxslər
Transmissiya
mühiti
Şəbəkə topologiyası
kommutasiyası
Multipleksləşdirmə
Konsepsiyalar
Şəbəkənin növləri
Məşhur şəbəkələr
Yerlər
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Tomas_Edison&oldid=8377531"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp