Tiuanako — ŞimaliBoliviyada e.ə. I minilliyin sonu, eramızın I minilliyinə aid hindi mədəniyyəti. MərkəziTitikaka gölünün cənub-şərqində yerləşən şəhər yeri olmuşdur. Burada monumental tikinti qalıqları (Akapana piramidası,Kalasasayya məbəd kompleksi,Günəşin qapısı,Sarkofaqlar sarayı və s.) qalmaqdadır. Tiuanakodan daş heykəllər, naxışlı keramika, metal məmulatı aşkar edilmişdir. Tiuanako mədəniyyətiniPerunun mərkəzi hissəsində yaşayan qohum tayfalar yaratmışlar. Əkinçilik vəlama saxlamaqla məşğul olmuş həmin tayfaların o dövrdə təsiri geniş yayılmış və siyasi hakimiyyətləri güclənmişdir.
Kalasasayya pilləkənləri (1903)
Kalasasayya məbədi (1903)
Günəşin qapısı (1903)
Günəşin qapısının arxadan görünüşü (1903)