Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Tirana Universiteti

41°19′04″ şm. e. 19°49′19″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Tirana Universiteti
Universiteti i Tiranës
Loqonun şəkli
Tipictimai
Əsası qoyulub16 sentyabr 1957
RektorProf. Dr. Dori Kule (2008-ci ildən)[1]
Tələbə sayı114.000
Müəllim sayı900
ÖlkəAlbaniyaAlbaniya
ŞəhərTirana
Saytunitir.edu.al
41°19′04″ şm. e. 19°49′19″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tirana Universiteti (alb.Universiteti i Tiranës) və ya qısacaTUAlbaniyanın paytaxtıTirana şəhərində yerləşən dövlət universiteti.

Tarixi

[redaktə |vikimətni redaktə et]

1957-ci ildə Tirana Dövlət Universiteti (alb.Universiteti Shtetëror i Tiranës) adı ilə aralarında ən vacibi 1947-ci ildə qurulmuş Elmlər İnstitutu olmaqla 5 institutun birləşməsi nəticəsində qurulmuşdur. 13 aprel 1983–1992-ci il tarixləri arasında universitet Enver Hoksa Tirana Universiteti (alb.Universiteti i Tiranës "Enver Hoxha") adlanmışdır.

Haqqında

[redaktə |vikimətni redaktə et]

Tirana UniversitetiAlbaniyanın ən böyük və ən nüfuzlu universitetidir.[2] Universitet 8 kollecdən, 50 akademik şöbədən, 41 təhsil proqramından ibarətdir. Təhsilin əsas hissəsiTiranada verilsə də, universitetinAlbaniyanın şimalındakı Kukes və cənubundakı Saranda şəhəri də daxil olmaqla bir çox şəhərdə filialı var.

UniversitetBolonya prosesinə uyğun olaraq üçillikbakalavr, 1 və ya 2 illikmagistr, 3–5 illikdoktaruntura dərəcəsi təklif edir.

Universitetdə 114.000-dən çox tələbə təhsil alır.

Gələcəkdə Tirananın cənub-şərqində yeni korpusun açılması planlaşdırılır.[3] Tirananın cənub-şərqində tələbə şəhərciyi yerləşir.

Tirana Universiteti kolleci 35.000 şagirdi ilə Avropada ən böyük kolleclərdən biri, Balkan yarımadasında isə ən böyük kollecdir.

Fakültələr

[redaktə |vikimətni redaktə et]

Rektorlar

[redaktə |vikimətni redaktə et]
  • Zica Kellici (1957-1961)
  • Kahreman Yilli (1961-1970)
  • Jorqyi Sota (1970-1972)
  • Aqim Mero (1972-1974)
  • Perikli Prifti (1974-1975)
  • Petrit Radoviçka (1975-1981)
  • Osman Kraya (1981-1988)
  • Nikolo Konomi (1988-1991)
  • Etem Likay (1991-1992)
  • Halil Sikya (1992-1993)
  • Raymond Şarko (1993-1995)
  • Nestor Tereska (1995-1997)
  • Mareqlen Spiro (1997-2003)
  • Şezay Pokaj (2003-2008)
  • Dori Kule (2008-h.h.)

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Arxivlənmiş surət".16 yanvar 2013 tarixindəarxivləşdirilib.İstifadə tarixi:27 aprel 2015.
  2. "Arxivlənmiş surət".13 oktyabr 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:27 aprel 2015.
  3. "Arxivlənmiş surət".26 fevral 2013 tarixindəarxivləşdirilib.İstifadə tarixi:27 aprel 2015.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaTirana Universiteti ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Tirana_Universiteti&oldid=7219815"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp