Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Timoti Dalton

Vikipediya, azad ensiklopediya
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:Timoti.
Timoti Dalton
ing.Timothy Dalton
Doğum adıTimothy Leonard Dalton Leggett
Doğum tarixi21 mart1946(1946-03-21)(79 yaş)
Doğum yeri
Fəaliyyətikino aktyoru, teatr aktyoru, televiziya aktyoru
Fəaliyyət illəri1965-ci ildən
Təhsili
  • Dram İncəsənəti üzrə Kral Akademiyası[d](–1966)[1]
Boyu1,9 m
IMDbID0001096
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Timoti Dalton (ing.Timothy Dalton;21 mart1946,Koluin-Bey[d],Uels) —Böyük Britaniya aktyoru. Daha çox Edvard Roçester vəCeyms Bond rolları ilə məşhurluq qazanmışdır.[2]

Həyatı

[redaktə |vikimətni redaktə et]

Timoti Dalton 21 mart 1946-cı ildə Vöyük Britaniyanın Uels qraflığının Şimali Uels bölgəsində yerləşən Denbişir unitar inzibati ərazisinin Koluin Bey şəhərində doğulmuşdur. Atası İkinci dünya müharibəsində yaradılan, Böyük Britaniyanın "Xüsusi əməliyyatların idarə edilməsi" kəşfiyyat-diversant bölməsində xidmət etmişdir.[3] Bu bölmə rəsmi olaraq 1946-cı ildə ləğv edilmişdir. Həmin ildə Timoti Daltonun atası, ailəsi ilə birgə Derbişir qraflığının Belper şəhərinə köçür. Timoti Dalton 16 yaşında məktəbi bitirmiş və teatrda çalışmışdır. 1966-cı ildən başlayaraq filmlərdə, ardınca televiziya seriallarında iştirak etməyə başlayır. 1983-cü ildə Şarlotta Brontenin yazdığı "Ceyn Eyr" əsəri əsasında Culian Emyes tərəfindən çəkilən "Ceyn Eyr" filmində iştirak etmişdir. Film "Edvard Roçester" rolunu canlandırmış və böyük müvəffəqiyyət əldə etmişdir. 1987-ci ildə "Yaşayan gün işığı" və 1989-cu ildə "Öldürməyə lisenziya" filmlərində "Ceyms Bond" rolunu canlandırmışdır. 1994-cü ildə "Skarlett" filmində "Rett Batler" rolunu canlandırmış və "Ceyms Bond" rolunu canlandırmış filmlərdə, olduğu kimi böyük gəlir əldə etmişdir.[4]

Timoti Dalton 1995-ci ildə Londonda keçirilən kinofestivalda model olan Oksana Petrova Qriqoryeva ilə tanış olur. Bu kinofestivalda Oksana Rusiyanın populyar kinorejissoru Nikita Mixalkovun tərcüməçisi idi. Bir müddət sonra onlar ailə həyatı qururlar. 7 avqust 1997-ci il tarixində onların Aleksandr adında övladı dünyaya gəlir, lakin onların evliliyi uzun müddətli olmur və bir müddət sonra boşanırlar.[5]

Filmoqrafiya

[redaktə |vikimətni redaktə et]
İlFilmRolQeydlər
1968Şir qışdaFilip II Avqust
1970KromvelŞahzadə Rupert
1971Mariya — Şotlandiya kraliçasıHenri Darnli
1978–1979YüzillikOliver Sekkombminiserial
1979AqataPolkovnik Arçibald Kristiminiserial
1980Parıltı QordonŞahzadə Parin
1983Ceyn EyrEdvard Roçesterminiserial
1987Yaşadan gün işığıCeyms Bond
1989Öldürməyə icazəCeyms Bond
1994SkarlettRett Batler
1997Kosmetoloq və bədheybətBoris Poçenko
1997XəbərverənDCI Rennie
2009–2010Doktor KimZamanı idarə edən Rassilon
2010TuristBaş Müfəttiş Conson
2010Oyuncaqların hekayəsi 3Cənab Tikan

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Student & graduate profiles.Dram İncəsənəti üzrə Kral Akademiyası.
  2. "Тимоти Далтон / Timothy Dalton".2011-09-11 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2015-09-05.
  3. "Timothy Dalton Film Reference bio".2020-08-09 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2015-09-05.
  4. Rubin, Steven Jay (1995). The Complete James Bond Movie
  5. Hardy, Rebecca (24 February 2007). "Daniel Craig doesn't know what he's in for". Daily Mail (London). p. 16.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Timoti_Dalton&oldid=8012330"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp