Berners-Li 1989-cu ildəHTML işarələmə dilini inkişaf etdirərəkDünya Səviyyəsində Şəbəkə (WWW) olaraq da təyin olunan məlumat paylaşma sistemini qurmuş olan kompüter profesorudur. Eyni zamanda ilkŞəbəkə skaneri proqramını, 1990-cı ildə, inkişaf etdirmişdir. 1994-cü ildə Şəbəkə ilə əlaqədar standartları dünya səviyyəsində təyin edəcək açıq bir təşkilat olanW3C qurmuşdur, hələ də rəhbərlik edir.
Ümumdünya Hörümçək Torunun (World Wide Web) banisi, ingiltərəli mütəxəssis Tim Berners-Li dünyada ilk veb-saytın və ilk veb-brauzerin müəllifidir. Bir çox universitetlərin fəxri professoru seçilmiş Berners-Li onlarla nüfuzlu mükafatın laureatıdır. 1999-cu ildə onun adı "Time" jurnalında dərc olunan "20-ci əsrin 100 ən görkəmli insanları" siyahısına daxil edilmişdir.
Oxford Universitetindən Fizika Diplomunu alıb. HTML kodunu daha çox tanıtmaq üçün Con Pool's Image kampaniyasında işə girdi.
2004-cü ildə Southampton İnsti özünə təqdim edilən araşdırma yerini qəbul etdi.[9].
Tim Berners-Li 2004-cü ildə “İlin Adamı” adına layiq görülmüşdür.[10]
Hal-hazırda World Wide Web Consortium-un (W3C) sədri,MIT-də tədqiqatçı və Southampton Üniversitetində kompüter elmləri professorudur.
Məşhur Sözü — "İnternetdəki səyahətiniz Dünyaya təsir edir"