Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

The Weeknd

Vikipediya, azad ensiklopediya
The Weeknd
The Weeknd 2021-ci ildə
The Weeknd 2021-ci ildə
Ümumi məlumatlar
Doğum adıAbel Makkonen Tesfaye[3]
LəqəbləriThe Noise, Kin Kane[1]
Doğum tarixi16 fevral1990(1990-02-16)[2](35 yaş)
Partnyorları
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni, mahnı yazarı[d], musiqi prodüseri, aktyor, söz yazıçısı[d]
Fəaliyyət illəri2009-cu ildən
Janrlaralternativ R&B[d][6], pop musiqisi[6], elektropop[d]
Musiqi alətləriklavişli alət[d]
Albom şirkətləriRepublic Records, XO[d]
Təhsili
  • Birchmount Park Collegiate Institute[d],
  • West Hill Collegiate Institute[d]
İmzanın şəkli
theweeknd.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

The Weeknd (əsl adı:Eybel Makkonen Tesfaye;16 fevral1990[2]) — Kanadalı müğənni, mahnı yazarı və prodüser. Müasir populyar musiqinin aparıcı siması kimi qəbul edilir,. O, mahnılarında falsetto səsinin istifadəsi ilə diqqət çəkir.[7] O, dörd"Qremmi" mükafatı, iyirmi Billboard musiqi mükafatı, iyirmi iki "Juno mükafatı", altı "Amerika musiqi" mükafatı, iki "MTV Video" musiqi mükafatı və Latın "Qremmi" mükafatı laureatıdır. Eyni zamanda,"Oskar" və "Praymtaym Emmi" mükafatına namizəd olub.

Torontoda doğulub böyüyən Tesfaye karyerasına 2009-cu ildəYouTube kanalına anonim şəkildə mahnılar yerləşdirərək başlayıb. Bundan iki il sonra XO səsyazma şirkətini təsis edir. Çox keçməmiş "House of Balloons", "Thursday" və "Echoes of Silence" adlı müasir pop və alternativ R&B janrı ilə diqqətçəkən miksteyplər yayımlayır.[8] 2012-ci ildəRepublic Records ilə müqavilə bağladıqdan sonra o, "Trilogy" adlı kompilasiya albomu buraxdı. Onun debüt studiya albomu "Kiss Land" 2013-cü ildə işıq üzü görür və Billboard albomlar hit-paradında ikinci pillədə qərarlaşır. Onun "Bozun əlli çaları" filmi üçün yazdığı "Earned it" mahnısı "Qremmi" mükafatı almış və bununla bərabər"Oskar" mükafatına da namizəd olmuşdur.[9]

Tesfayenin 2015-ci ildə buraxdığı əsasən pop üslublu ikinci albomu "Beauty Behind the Madness" kommersiya uğuru və tənqidçilərin müsbət rəyləri ilə qarşılandı. Albom ABŞ-də bir nömrə oldu və "İlin albomu" mükafatına namizədlik qazandı. Çartlara başçılıq edən "Can't Feel My Face" və "The Hills" trekləri isə "Qremmi" alıb.[10] Onuntrep janrlı üçüncü studiya albomu olan "Starboy" əvvəlki buraxılışları kimi dinləyicilərin rəğbəti ilə qarşılandı. "Die For You" və albomun adını daşıyan mahnısı ona daha bir "Qremmi" qazandırıb.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Eybel Makkonen Tesfaye 16 fevral 1990-cı ildə KanadanınOntario şəhərində anadan olub.[11] Oefiopiyalı miqrant ailənin yeganə övladıdır. Tesfayenin valideynləri o dünyaya gələndən qısa müddət sonra ayrılıblar.[12][13] O, anası və nənəsi tərəfindən Ontarionun Skarboro bölgəsində böyüdülüb.[11][14] 2015-ci ildəRolling Stone jurnalına danışan Tesfaye atası haqqında bunları deyib: "Onu altı yaşımdan görməməyə başladım, onu 11 və ya 12 yaşımda yenidən görəndə yeni ailəsi və uşaqları var idi. Onun harada yaşadığını belə bilmirəm amma onun yaxşı insan olduğuna əminəm. O, əyyaş və ya pis adam deyildi, sadəcə bizimlə birlikdə deyildi".

Tesfayexristian kimi böyüdülüb.[13][15] Onun ana diliamhar dilidir.[16] O, fransız məktəbində təhsil alıb və fransızca sərbəst şəkildə danışa bilir.[17]

Tesfaye 17 yaşında olarkən məktəbi buraxdı və iki dostu ilə birlikdə Torontonun Parkdale məhəlləsindəki mənzilə köçdü.[18] O, 1995-ci ildə çəkilmiş "Uşaqlar" filminə bənzərhedonist həyat tərzi yaşadığını bildirib.[11][19] O, bu dövrlərdə küçələrdə qalmış həmçinin bir neçə dəfə həbs edilmişdir.[20][21]

O, gənc yaşlarında ketamin,kokain, MDMA (ekstazi), sehrli göbələk və öskürək şərbəti daxil olmaqla müxtəlif qanunsuz və narkotik vasitələrin aludəçisi olub.[22] O, 2016-cı ildə narkotiklərin onun mahnı yazmağına köməklik göstərdiyini bildirib.[23] 2021-ci ilin avqustundaGQ jurnalına verdiyi müsahibədə "sober" olduğunu, əvvəlki kimi çox içmədiyini vəmarixunadan başqa digər maddələr istifadə etmədiyini deyib.[24]

Diskoqrafiya

[redaktə |vikimətni redaktə et]

Studiya albomları

Filmoqrafiya

[redaktə |vikimətni redaktə et]
  • Michael Jackson's Journey from Motown to Off the Wall (2016)
  • Uncut Gems (2019)
  • The Show (2021)
  • The Weeknd: Live at SoFi Stadium (2023)
  • The Idol (2023)

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Marsh, Calum."Everything We Know About The Weeknd Before He Blew Up". Complex. 16 fevral 2021.15 mart 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:22 sentyabr 2023.He apparently also recorded music under the names The Noise and Kin Kane.
  2. 12Bauer P. the Weeknd //Encyclopædia Britannica (ing.).
  3. Sex, Drugs and R&B: Inside The Weeknd's Dark Twisted Fantasy (ing.). //Rolling Stone /J. WennerNYC:Penske Media Corporation, 2015. ISSN0035-791X;3066-0580
  4. McDonald S. N.Kylie Jenner and Bella Hadid are 18. Their boyfriends are 25. Why do their relationships elicit such different reactions? (ing.). //The Washington Post /M. MurrayWashington:Fred Ryan, 2015. ISSN0190-8286;2641-9599
  5. Harrison L.Bella Hadid and The Weeknd Break Up (ing.). //E! Online 2016.
  6. 12Kellman A. The Weeknd //(unspecified title).
  7. Eells, Josh."Sex, Drugs and R&B: Inside The Weeknd's Dark Twisted Fantasy".Rolling Stone. 21 oktyabr 2015.15 iyun 2018 tarixindəarxivləşdirilib.
  8. "House of Balloons – The Weeknd".Metacritic.7 yanvar 2021 tarixindəarxivləşdirilib.
  9. Cox, Jamieson."Watch The Weeknd reenact the "Earned It" video on the Oscar stage". The Verge(ingilis). 28 fevral 2016.18 aprel 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 noyabr 2021.
  10. "59th Annual GRAMMY Awards".59th Annual Grammy Awards. 28 noyabr 2017.31 yanvar 2018 tarixindəarxivləşdirilib.
  11. 123Caramanica, Jon."Can The Weeknd Turn Himself into the Biggest Pop Star in the World?".The New York Times Magazine. 27 iyul 2015.1 oktyabr 2015 tarixindəarxivləşdirilib.
  12. Mistry, Anupa."Daily Disc: The Weeknd's 'Echoes Of Silence'". Toronto Standard. MeshSquared Ventures. 23 dekabr 2011.29 noyabr 2019 tarixindəarxivləşdirilib.
  13. 12Eells, Josh."Sex, Drugs and R&B: Inside The Weeknd's Dark Twisted Fantasy".Rolling Stone. 21 oktyabr 2015.15 iyun 2018 tarixindəarxivləşdirilib.
  14. Rivera, Joe."Who is The Weeknd? Super Bowl 55 halftime show performer's songs, lyrics & more to know".Sporting News. 7 fevral 2021.8 fevral 2021 tarixindəarxivləşdirilib.
  15. Ehrlich, Brenna."The Weeknd Reveals How He Got His Name... And Where The 'E' Went".MTV News. 13 sentyabr 2013.7 yanvar 2021 tarixindəarxivləşdirilib.
  16. Lamb, Karas."The Weeknd Reveals The Origin Of His Name + More".Okayplayer. 16 sentyabr 2013.7 yanvar 2021 tarixindəarxivləşdirilib.
  17. Aswad, Jem."The Weeknd Opens Up About His Past, Turning 30 and Getting Vulnerable on 'After Hours'". Variety(ingilis). 8 aprel 2020.8 aprel 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:22 mart 2022.
  18. Mistry, Anupa."Why The Weeknd is truly Toronto's very own".The Globe and Mail. 30 oktyabr 2015.7 yanvar 2021 tarixindəarxivləşdirilib.
  19. Wagstaff, Keith; Swanson, David."10 Things You Should Know About the Weeknd".GQ. 26 oktyabr 2015.4 iyul 2018 tarixindəarxivləşdirilib.
  20. "The Weeknd Went From Being Homeless To Headlining The Super Bowl". www.ladbible.com(ingilis). 8 fevral 2021.28 may 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:23 mart 2022.
  21. Kennedy, John R."The Weeknd Talks About Troubled Past, Friendship With Jim Carrey". www.iheartradio.ca(ingilis).23 mart 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:23 mart 2022.
  22. Fisher, Luchina."The Weeknd Opens Up About His 'Dark' Past".ABC News. 5 dekabr 2016.7 yanvar 2021 tarixindəarxivləşdirilib.
  23. "The Weeknd opens up about 'heavy' drug use".NME. 3 dekabr 2016.7 yanvar 2021 tarixindəarxivləşdirilib.
  24. "The Weeknd says he's 'sober lite' after giving up drugs, except for weed". www.yahoo.com(ingilis). 2 avqust 2021.2 avqust 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:3 avqust 2021.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Vkontakte.ru ·Facebook (ing.) ·Myspace ·X (ing.)
Foto, video və audio
Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
BNF165601727 ·CONOR253991779 ·GND1043131655 ·ICCUDDSV310807 ·ISNI0000000382556637 ·LCCNno2011195603 ·NKCpag2017959695 ·NTA401616037 ·SUDOC251496651 ·VIAF265868278 ·WorldCat VIAF265868278
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=The_Weeknd&oldid=8089982"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp